Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ədəd dərslik və metodik vəsait göndərib

Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ədəd dərslik və metodik vəsait göndərib Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ədəd dərslik və metodik vəsait göndərib Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.
Nazirlik Gürcüstana 2016-2017-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərin I, II, III, V, VII və IX sinifləri üçün 14 adda 16900 ədəd "Azərbaycan dili""Ədəbiyyat" dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsaitlər göndərib.


Azərbaycan Təhsil Nazirliyindən ZiM.Az-a bildiriblər ki, dərsliklər və metodik vəsaitlər dekabrın 27-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunub.
Dərsliklərin təhvil verilməsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Kamil Həbibzadə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva iştirak edib.

Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə 16900 ədəd dərslik və metodik vəsait göndərib Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. Hər ol olduğu kimi, bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycan dövlətinin soydaşlarımıza göndərdiyi bayram hədiyyəsini çatdırmağı özümüzə borc bilirik.

Qeyd edək ki, 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün
560 mindən çox müxtəlif adda dərs vəsaiti göndərilib.
Son üç ildə Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı
56,915 ədəd təşkil edən “Azərbaycan dili”, “Ədəbiyyat” dərslikləri və müəllimlər üçün nəzərdə tutulan
metodik vəsaitlər səfirlik vasitəsilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə təhvil verilib.

Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən bütün dərsliklər və metodik vəsaitlər
yaxın bir neçə gün ərzində siyahı üzrə Azərbaycan dilli məktəblərə paylanacaq.

Əminik ki, bu kitablar Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin
daha mükəmməl təhsil almalarında mühüm rol oynayacaq.
Odur ki, Gürcüstanda yaşayan bütün soydaşlarımız adından Azərbaycan dövlərinə,
Azərbaycan dövlətinin başçısı - prezident Cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, şəxsən nazir Mikayıl Cabbarova
və eləcə də dərsliklərin Gürcüstana göndərilməsində və çatdırılmasında əməyi olan hər kəsə
təşəkkür edir, öz dərin minnətdarlığımızı bildiririk.


Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: