Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olubFransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olubFransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub 2017-ci il Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) olub.

Təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində tələbələrlə görüşüb.

ADNSU-dan Yusif Ağayev xəbər verib ki, görüş çərçivəsində, həmçinin Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb.

Sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen media üçün brifinq keçirib.

2016-2017-ci tədris ilində tələbə qəbul edən UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb.

ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 nəfər tələbə təhsil alır. Universitetdə kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları tədris olunur.

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: