Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
2020-ci il 27 iyul Sərəncamı ilə
Emin Əmrullayev Təhsil naziri təyin edilmişdir.
Emin Eldar oğlu Əmrullayev - 1982-ci ildə anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.
2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.
Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul Sərəncamı ilə Təhsil naziri təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
Xalqımız, Millətimiz və Təhsilimiz üçün Xeyirli, Uğurlu olsun!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.