Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin ilk görüşü keçirilib

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin ilk görüşü keçirilibTəhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin ilk görüşü keçirilib Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin ilk görüşü keçirilib Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin ilk görüşü keçirilib Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu layihənin icrası ilə bağlı ilk görüş keçirilib.

Görüşdə AzTU-nun layihə üzrə komanda heyəti, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri iştirak edib.


“AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi mobillik yolu ilə professor-müəllim heyətinin elmi potensialını artırmağı nəzərdə tutur.

Görüşdə layihənin konsepti, komponentləri üzrə mövcud və qarşıda duran məqsəd və vəzifələri müzakirə olunub.
Həmçinin layihədən gözlənilən nəticələr haqqında tərəfdaşlara ətraflı məlumat verilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: