Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları təqdim edib

Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları təqdim edib Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları təqdim edib Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları təqdim edib Təhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları təqdim edibTəhsil naziri “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomları təqdim edibAprelin 18-də “Code Academy”nin ilk məzunları olan Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə diplomların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, AzTU-nun rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, AzTU-nun “Code Academy” tələbələri və müəllimləri, eləcə də digər qonaqlar iştirak ediblər.


Əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyev AzTU, Təhsil Nazirliyi və “Code Academy”nin birgə hazırladığı layihə barədə məlumat verib. Vilayət Vəliyev bildirib ki, layihə ilk olaraq AzTU-da həyata keçirilib. Daha sonra ölkənin digər ali məktəbləri də layihəyə qoşulub. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan III və IV kurs tələbələri “Code Academy” proqramı əsasında AzTU-da yaradılan və müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda 4 ay müddətində proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə tədris alıblar.

Rektor qeyd edib ki, “Code Academy”nin proqramına uyğun tədrisin aparılması tələbələrin IT biliklərinin artırılmasına müsbət təsir göstərib. Artıq 80 tələbə proqramı uğurla başa vurub. AzTU-nun bütün fakültələrindən 228 tələbə isə davam edən proqram üzrə dərslərdə iştirak edir.

Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev “Code Academy” ilə əməkdaşlığın yaranma zərurətindən danışıb. Nazir bildirib ki, bu tədris üsulu ali təhsil müəssisələri üçün yeni modeldir. Bu modeldə tələbələrin tədrisi və gələcəkdə məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı bütün nüanslar nəzərə alınıb.

Emin Əmrullayev qeyd edib ki, ali təhsil müəssisələri ölkənin gələcək inkişafı naminə tədris proqramlarını hər 2-3 ildən bir yeniləməlidirlər. Təhsil naziri onu da əlavə edib ki, bu ilin sonuna kimi tərəfdaş universitetlərin “Code Academy” ilə əməkdaşlığı nəticəsində 1000-dən çox tələbə məzun olacaq. Qarşıdakı illərdə isə hədəf 5000 tələbənin məzun olmasına hesablanıb.

BDU-nun rektoru Elçin Babayev də öz növbəsində “Code Academy” ilə rəhbərlik etdiyi universitetin əməkdaşlığı və layihə çərçivəsində görülən işlərdən danışıb.

Layihənin direktoru Ülvi Aslanov AzTU-da həyata keçirilən layihə çərçivəsində görülən işlərlə bağlı geniş təqdimatla çıxış edib.

Daha sonra “Code Academy”də tədrisi başa vuran AzTU tələbələrinin hazırladıqları layihələrin təqdimatı keçirilib.

Tədbirin sonunda “Code Academy”nin məzunu olan AzTU tələbələrinə diplomlar təqdim olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: