AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunub

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunubTƏBRİK EDİRİK!..

AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub.


ZiM.Az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Əminağa Sadıqov bundan öncə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışırdı.

* * *

Əminağa Bəhmən oğlu Sadıqov - 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur.
1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir.
Əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlamışdır.
1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, baş mütəxəssis vəzifəsində çalışmışdır.
1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
1998-ci ildə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
2010-cu ildə dosent elmi adını almışdır.
2013-cü ildə AMEA Rəyasət Heyəti Elmi-Təşkilat İdarəsinin rəisi təyin olunmuşdur.
2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
2015-ci ildən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2016-cı ildə professor elmi adını almışdır.
2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi (vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir.
11 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir.
28 iyul 2022-ci ildən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışırdı.
O, eyni zamanda, müxtəlif illərdə Azərbaycanın aparıcı universitetlərdə pedaqoji fəaliyyət göstərmişdir. Əqli mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, İdarəetmə Sistemləri İnstitutunda və Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində fəaliyyət göstərən dissertasiya şuralarının üzvü, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının eksperti, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmşünaslıq üzrə Elmi Şurasının üzvüdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

Əminağa Sadıqov dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatları, Kanada, İsrail, Almaniya, Fransa, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsveç, Malayziya və s. ölkələrdə keçirilmiş 60-dan çox nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Respublikasını və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil etmişdir.

Əminağa Sadıqov 190 elmi əsərin, o cümlədən 4 elmi monoqrafiyanın, 6 kitabın, habelə 2 patentin və 2 ixtiranın müəllifidir. Onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru, 5 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Hazırda elmlər doktoru pilləsi üzrə 3 doktorantın elmi məsləhətçisi, fəlsəfə doktoru pilləsi üzrə 5 doktorantın elmi rəhbəridir.

Əminağa Sadıqov - Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə 4 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Beynəlxalq Reytinq Akademiyasının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medallarına, həm­çi­nin bir sıra beynəlxalq və respublika səviyyəli qeyri-höku­mət təşkilatlarının təltiflərinə layiq görülmüşdür.

2017-ci ildə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilən rəy sorğusuna görə Ə.Sadıqov “İlin nüfuzlu ziyalısı” ali media mükafatına layiq görülmüşdür.

Ana dilindən başqa ingilis, rus, türk və ukrayn dillərini bilir.

Evlidir, 1 qızı və 2 oğlu var.


Biz də, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, hörmətli professor Əminağa Bəhmən oğlu Sadıqovu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru Nərmin Rzayeva kollektivə təqdim olunub

AzTU
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Digər bölmələr
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

Digər bölmələr, Orta Asiya
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
Rəy yazın: