Siyavuş Uyğunun kiçik qardaşı İsmayıl müəllim
qəflətən vəfat etmişdir.
O, 1953-cü ildə qədim Borçalının dilbər güşələrindən biri olan Qasımlı kəndində anadan olmuşdur.
Ona Babaları İstil İsmayılın adını qoymuşdular.
Qasımlı kənd orta məktəbini bitirən İsmayıl Bakıya gedərək Azərbaycan Dövlət Neft və Kimya İnistitunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) mühəndis iqdisad fakültəsinə daxil olmuşdur. Ali məktəbi bitən İsmayıl Azərbaycan Dövlət Texniki təchizat İdarəsində əmək fəaliyyətinə başlamışdır. Bu idarədə pillə-pillə yüksılərək böyük hörmət sahibi olmuşdur. Sonra onu bu mötəbər təşkilatda şöbə rəisi vəzifəsinə təyin etmişlər. Bu şöbə bütün Azərbaycanı texniki avadanlıq və avtomobillə təmin edirdi. Sovetlər Birliyi dağıldıqdan sonra İsmayıl müəllim truba istehsalı və satışı idarəsində işləmişdir.
Gözəl ailə başçısıydı. Bir oğlu və iki qızına ali məktəb təhsili vermişdir.
Ancaq təəssüflər olsun ki, amansız xəstəlik onu sevdiyi həyatdan ayırmış, o, 1 sentiyabr 2016 ildə haqqın dərgahına qovuşmuşdur.
ALLAH RƏHMƏT EYLƏSİN!..
RUHU ŞAD OLSUN!..
“Ziya” qəzetinin və Zim.az saytının
Baş redaktoru Müşfiq Borçalı
Borçalıda yaşayıb-yaradan
dəyərli ziyalımız, tanınmış şair-
jurnalist Siyavuş Uyğuna,
qardaşı İsmayıl müəllimin
vəfatından kədərləndiyini bildirir,
mərhumun bütün yaxınlarına
və doğmalarına dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..
Baş redaktoru Müşfiq Borçalı
Borçalıda yaşayıb-yaradan
dəyərli ziyalımız, tanınmış şair-
jurnalist Siyavuş Uyğuna,
qardaşı İsmayıl müəllimin
vəfatından kədərləndiyini bildirir,
mərhumun bütün yaxınlarına
və doğmalarına dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..
İSMAYIL QARDAŞIMA
(Həyatdan vaxtsız getmiş qardaşım İsmayıl müəllimə göz yaşları ilə)
Mən onu şox sevirdim. Birinci o böyük el qəhrəmanı babamız İstil İsmayılın adını daşıyırdı. İkinci o öz qayğıkeşliyi ilə, qeyirxahlığı ilə, öz mərdanəliyi ilə hamının hörmətini qazanmışdı. Rəhmətlik atam Dilman müəllim həmişə danışardı: İsmayıl öz duruşu, öz baxışı, öz müdrik kəlamları ilə İstil İsmayıla çox bənzəyirdi. Dünən onu qara torpağa tapşıranda, qeyri-ixtiyarı ürəyimdə aşağıdakı misralar sıralanmağa başladı...
Bu ağır xəbəri eşidən andan,
Qurumur gözümün yaşı İsmayıl.
Hamının sevdiyi gözəl həyatın,
Başına kim saldı daşı İsmayıl.
Əzəl gündən qara günlü baharam,
Yolunuzda qanlar sızar bu yaram,
Axtarsamda bu dünyanı tapmaram,
Sənin kimi bir qardaşı İsmayıl.
Şikəst olmuş bu insanın qəsti nə,
Qardaş yanda hey danışa, hey dinə,
Qoy durmasın qardaşların qəstinə,
El içində namərd naşı İsmayıl.
Qardaş əli uzalıdır mətnlə,
Baban tək ad aldın hər qeyrətinlə,
Həm duruşun, həm baxışın, söz söhbətinlə,
Sayılırsan qardaş başı İsmayıl.
Kövrəlirəm bu xəbəri alandan,
Könlüm sazı qəmli hava çalandan,
Bu ayrılıq məni dərdə salandan,
Zəhər olub Uyğun aşı İsmayıl.
Səyavuş UYĞUN
Bakı şəhəri, Keşlə qəsəbəsi
2 sentiyabr 2016-cı il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.