ELİMİZİN ŞAİR OĞLU İSMİXAN CƏFƏROV AĞIR SÜRƏN XƏSTƏLİKDƏN SONRA BU GÜN HAQ DÜNYASINA QOVUŞDU. AİLƏSİNƏ, YAXINLARINA, ÜMUMİLİKDƏ İSMİXANSEVƏRLƏRƏ DƏRİN HÜZNLƏ BAŞ SAĞLIĞI VERİRİK VƏ KƏDƏRLƏNDİYİMİZİ BİLDİRİRİK!
MƏKANI CƏNNƏT OLSUN!
QƏBRİ NUR İLƏ DOLSUN!..
SADAXLI EL MƏCLİSİ
* * *
Biz də ZiM.Az saytının bütün yaradıcı heyəti adından,
dəyərli eloğlumuz, tanınmış şair Sadaxlı İsmixan Cəfərovun
uzunsürən xəstəlikdən sonra 2017-ci il oktyabın 11-də
vəfat etməsindən kədərləndiyimizi bildirir, onun ailəsinə,
doğmalarına, yaxınlarına və bir sözlə, bütün oxucularına
dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!..
Ruhu şad, məkanlı cənnət olsun!..
Aşağıda isə ZiM.Az-ın dəyərli oxucularına
Sadaxlı İsmixan Cəfərovun bir neçə şeirini təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
BORÇALININ
Tamam dillər əzbəridi,
Adı sirdi, Borçalının.
Babalardan miras qalıb
Özü pirdi, Borçalının.
Mərd oğullar oylağıdı,
Əri-ərdi, Borçalının.
Dar ayaqda dayaq olur,
Hər bir mərdi, Borçalının.
Bu mahaldan söhbət açım,
Qızıl-gümüş nə mənədi.
İnanmırsan gəl özün qaz,
Hər qarışı dürdanədi.
Qədir bilən balalar var,
Üzüklərin gövhəridi.
Qəzəbli dəvə kimidi,
Nəri-nərdi, Borçalının.
Hər Zal oğlu Zalın lələ,
Yurdunda bir sonası var.
Heç kəs məni qınamasın,
Bu yurdun öz dünyası var.
Osman kişi, dəvriş libas,
Zəlimxanı, Abbası var.
Qalmaz inşallah kədəri,
Nə bir dərdi, Borçalının.
Məhəmmədin,başxanımı
İranı-turanı gəzdi.
Kamandarı telli sazla,
Dolandı hər yanı gəzdi.
Əmrah aləmə səs saldi,
Qəlbində sübhanı gəzdi.
Usdadı Xındı Məmmədlə,
Aşıq Söyün qoşa süzdü.
Valeh oldum,nizamına,
Sərasərdi, Borçalının.
DÜNYA
Kimlər pozdu nizamını,
Dəyişdi zamana dünya.
Əməllərin fırıldaqdı ,
Gəlmədin imana dünya.
Ətrafın od alıb yanır
Yayılıb hər yana dünya.
Səni kor ol,möhtac oldu
Yaxşılar yamana dünya.
Didərgindi balaların,
Batıb nahaq qana düşüb
Qara gözlü durnaların,
Tüsdüyə dumana düşüb.
Ah-naləni görmür gözün,
Səsi asimana düşüb.
Mən söyləyəm əməlini,
Çəkələr divana dünya.
Hökmüdarlar gedib səndən,
Özün boyda çalasısan.
Soltanları yola saldın,
Sən mənəmi qalasısan,
Fürsəti iblisə verib
Yaman yalana uymusan.
Əməlindən gileyliyəm
Mən mərdi-mərdana dünya.
Gəl rəhm eylə yaranmışa
Bir az yumşal,sərt gəzirsən,
İnsanlarla nədir qəsdin
Çalmağa fürsət gəzirsən,
Əqrəbsən,çayansan,nəsən
Mən bilmirəm nə mənəsən,
İsmixanın gözlərində
Dönmüsən ilana dünya,
Səni kor ol,möhdac oldu
Yaxşılar yamana dünya.
GƏLƏSƏN
Bir quşa dönəsən,Qartal sayağı,
Gedib o, dağları gəzib gələsən.
"Haytada,Todarda,Suqarışanda"
Baş vurub çaylara üzüb gələsən.
"Əyriqarda"Borçalıdı,ay qağa,
Qonaq qalsan,qonaq edər qaymağa,
Baş çəkəsən, çubuqluya,maymağa,
Birazda zəhmətə,dözüb gələsən.
Yaman xəbərsizəm,"oy dərəsindən"
Şırıl-şırıl axan sunun səsindən,
Hacı Xəlil babamın məqbərəsindən,
Öpüb bir təsəlli verib gələsən.
Dayan "yasdıqarın"düzənliyində,
Gül-gülü çağırır çəmənliyində,
Gözəl "Baş keçidin,el şənliyində.
Bir hava çaldırıb ,süzüb gələsən.
Axır məqamında"Ləlvəri" gəzib,
Çiçək toplayasan,daşlardan üzüb.
Sallanıb çınqılda,dabanın əzib,
Axşamı dar-daşdan,enib gələsən.
İsmixan, yenədə xəyalın çaşıb,
Dinməmək olmurmu,şairtək coşub.
Bir el gözəlinin,şəninə qoşub,
Yazıb misralarda düzüb gələsən.
Ay "SARITEL"
Mən qurbanam səni çalan,
Barmaqlara,ay "Sarıtel".
Yaraşıqsan bu dağlara,
İrmaqlara,ay "Sarıtel".
Küləyə verdim əllimi,
Səndə tapdım təsəllimi,
Yenə çəkdim bu könlümü,
Sınaqlara, ay "Sarıtel".
Geri dönməz keçən günlər,
Xatirədi ötən günlər,
Çağır gəlsin qız-gəlinlər,
Bulaqlara, ay "Sarıtel".
Gileyliyəm beləsindən,
Bu dağların sinəsindən,
Atam keçə bərəsindən,
Oylaqlara, ay "Sarıtel".
Məlhamisən cümlə-canın,
Könül açır hər məqamın,
Şeir deyə İsmixanın,
Duyanlara, ay "Sarıtel".
SADAXLIM
Ay qardaşım,görün necə gözəldi,
Şirin dilli,ağır elli Sadaxlım.
Yaşını bilmirəm,xeyli yaşı var,
İxtiyardı bu ağ telli Sadaxlım.
Yaz olanda bulud gəlir qaşına,
Qurban olum,torpağına,daşına,
Ağ buluddan çalma çıkir başına
Ləl-ləlvarli, coşğun selli Sadaxlım.
Dosta mehribandı, yada acıdı,
Sevən könüllərin o, mehracıdı,
Cəvahirdi, hər bir elin tacıdı,
Borçalıda adı bəlli Sadaxlım.
Təməli gözəldi,haqqın yoludu,
Gözəllik doqquzsa, bu el onudu,
İsmixanın əzəlidi, sonudu,
Xoş ləhcəli şirin dilli Sadaxlım.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.