prokurorluq orqanlarında
böyük şərəf və ləyaqətlə çalışmış,
I Qarabağ müharibəsi zamanı
Şuşa və Laçının müdafiəsi uğrunda
gedən döyüşlərdə fəal iştirak etmiş
baş ədliyyə müşaviri
Telman Əliş oğlu Tanrıverdiyev
ötən gün gecə saatlarında
koronavirusdan dünyasını dəyişib.
Bu gün avqustun 17-də isə
mərhum torpağa tapşırılıb.
Qeyd edək ki, Telman Əliş oğlu Tanrıverdiyev
Laçın rayonunda doğulmuşdur.
Laçın Rayon Polis Şöbəsinin rəis müavini,
Laçın rayon prokuroru və prokurorluq orqanlarında
müxtəlif vəzifələrdə çalışmışdır.
İki il öncə isə təqaüdə çıxmışdır.
Biz də tanınmış el ağsaqqalı, çox hörmətli
Telman Əliş oğlu Tanrıverdiyevin vəfatından
kədərləndiyimizi bildirir, mərhumun ailəsinə,
yaxınlarına və bütün doğmalarına dərin hüznlə
başsağlığı veririk.
Allah rəhmət eləsin.
Məkanı cənnət, Ruhu şad olsun.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.