Sədaqət DİLQƏM: Küsdü arzularım, kama yetmədi...

Sədaqət DİLQƏM: Küsdü arzularım, kama yetmədi... Sədaqət DİLQƏM

Küsdü arzularım, kama yetmədi...

İstədim unudum olanları mən,
Ömrümə qəmxanə quranları mən.
Könlüm gizli gəzib soraqlar etdi,
İncidi urəyim “ah”-a varmadı,
Qəlbim üsyan etdi razı qalmadı.


Dedi ahu-zarla sevdalıyam mən,
Eşqə dair yükü daşıyıram mən.
Səninlə doğuldum sənlə ölərəm,
Savaşdı fikirlər yola gəlmədi,
Kədər hücum çəkdi sərhəd bilmədi.

Bir məhkəmə qurdu hisslər icimdə,
Yuku boyuk oldu dunya bicimdə.
Udmayıb, uduzub çətin seçimdə,
Puc oldu gumanim, əkdim bitmədi,
Küsdü arzularım, kama yetmədi.

Axtarıb hərarət solqun dodaqlar,
Catlayib qəhərdən etdi soraqlar.
Gozumde caqladi narin bulaqlar,

Savasdim vurusdum gucum catmadı,
Nə qəlbim, nə könlüm sözə baxmadı....
Yordu həzin-həzin, məni dağladı,
Sədaqət kor eşqə çarə tapmadı.


MƏNIM GÜNAHSIZ KORPƏ MƏLƏYIM -
ELVINAM, RUHUN SAD OLSUN!!!


Göz yaşından boqulan,
Caresiz ana gordum,
Gullu tabutda yatan ,
Bir korpe bala gordum.

Ata tutmus buz elden,
Varmi bele gozelden -
Qisqirib aqlayirdi,
Baqri yanani gordum.

Dehset -yuxu cin cixdi,
Felek bele ev yixdi.
Basinda qara wali,
Layla calani gordum.

Gozler gul sanayirdi ,
Kim gorse quruyurdu,
Bir melek uyuyurdu,
Qebir qazani gordum.

Bala olmek ne zulum -
Ana olur min olum.
Bir yol olume ne var ,
Min yol oleni gordum .

Bele fani dunyada,
Doz ey urek feryada .
Bir gunahsiz korpeye,
Vaxtsiz qiyani gordum,

Yanan-yaxan nə şamdı,
Ne ciraqdi, ne şamdı?
Din-imanim usandı,
Ölmədim nələr gördüm.
Arzular nakam qaldı,
Ananı meler gördüm.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: