Borçalı elinin qartalı, Müşfiq!..

Borçalı elinin qartalı, Müşfiq!.. MÜŞFİQ BORCALI - 45
--------------------------

Borçalının ziyalı oğlu, tədqiqatçı yazar, publisist,
"Ziya", “Şərqin səsi” və “Elm və Təhsil” qəzetlərinin Baş redaktoru,
“Borçalı” Nəşryyat-Poliqrafiya Müəssisəsinin Baş direktoru
Müşfiq Mədəd oğlu Çobanlıya

Borçalı yurdunun ərən oğludur,
Qazanıb hamıdan halalı, Müşfiq.
Unutmur heç zaman Darbaz elini,
Ondan yaşasa da aralı, Müşfiq.

Sevirlər hər zaman Mədəd oğlunu,
Elinə, yurduna qeyrət oğlunu,
Tanrıdan verilən ömür yolunu,
Yaşayıb, yaşayır mənalı, Müşfiq.

Düşüb adı-sanı bütün dillərə,
Özü sipər olub daşqın sellərə, 
O qədər yaxındı bütün ellərə,
Bilinmir, bilinməz haralı, Müşfiq.

Atası hər zaman olub, meracı,
Şirin balaları başının tacı,
Gəzdiyi həmişə dağlar yamacı,
Zirvəyə meyl edir xəyalı, Müşfiq.

Ayrılmır dostları onun başınnan,
Sevgisi dünyadır yar-yoldaşınnan,
Deyirlər adına körpəyaşınnan,
Borçalı elinin qartalı, Müşfiq.

Həsəd aparırlar onda ürəyə,
Sevinci bir seldi, arzu-diləyə,
Mənzili nurludur xoş gələcəyə,
Görməsin ömründə məlalı, Müşfiq.

Dost deyən kəslərin etibarıdır,
Darbaz dağlarının dövlət-varıdır,
O qədər munisdir, zirvə qarıdır,
Göylərin günəşi, hilalı Müşfiq.

Tərpədər ürəkdə ən nazik simi,
Olubdu hər zaman könül hakimi,
Özünə yurd salıb, doğması kimi,
Uyğunun qəlbində, Borçalı Müşfiq.

Səyavuş UYĞUN. 
Borçalı.


***
Əziz və hörmətli qardaşım Müşfiq Mədəd oğlu!..
Ad gününüz mübarək olsun!..
Sizə təbiətin ən gözəl neməti olan can sağlığı
və səadət arzulayıram.
Qoy ulu Tanrı həyat yollarınızda
həmişə yaşıl işıq yandırsın.
100-yaşını görmək ümidiylə 22 yanvar 2013-cü il
Ad gününüzə bu kiçik şeiri ərmağan edirəm.


MÜBARƏKDİ AD GÜNÜN!
GÖZƏL GÜNÜN, ŞAD GÜNÜN!
MƏNALI TALEYİNDƏ
BƏXTİNƏ MURAD GÜNÜN!

ÜRƏYİN NURLA DOLSUN,
SEVSİN ELİN-ULUSUN,
BAŞIN ÜSTƏ HƏR ZAMAN
SƏMALAR AÇIQ OLSUN!

ŞƏFƏQLƏRİ YAYASAN,
QƏM-KƏDƏRİ UZAQ SAN,
HƏYATIN YOLLARINDA,
MƏTİN ADDIMLAYASAN!

Səyavuş UYĞUN,
Borçalı.



Dost Təbriki

Qartallar uçar

Gözəl insan, ensiklopedik biliyə malik olan
ziyalı, dəyərli soydaşımız Muşfiq Borçalının
elmi ad alması münasibətilə


Bir zaman söyləyib ulu babalar,
Qartal yuvasından qartallar uçar.
Günəş qızmarında köçü başlanar,
Sərin yaylaqlara xəyallar uçar.

Zəhmətlə çalışıb bu ana çatdı,
Borçalı elindən biri də artdı,
Alim ocağına yeni sovqatdı,
O qoca Darbazdan kamallar uçar.

Ziyalı yazardı adı-sanı var,
Mədəd müəllim kimi bir loğmanı var,
Hər oğlun, hər qızın öz zamanı var,
Bəxtinə günəşlər, hilallar uçar.

Artıq dən düşsə də qara telinə,
Ürəyin bənzəyir dağlar selinə,
Hərdən qədəm qoysan Darbaz elinə,
Önündə ceyranlar, marallar uçar.

Vurğunsan elinin təbiətinə,
İnandın yurdunun sədaqətinə,
Növrəstə qızların saf ismətinə,
Yanaqda görünən o xallar uçar.

Ürəkdə tutduğun hər mətləbində,
Ucalar göylərə qəlbin sənin də,
Hərdən görünəndə kənd məktəbində,
Ustünə şıdırğı suallar uçar.

Muşfiq Mədəd oğlu yolun mübarək,
Alimlik şərəfin-adın mübarək,
Ocaqdan od aldın, odun mübarək,
Hələ çox, qarşında amallar uçar.

Bilirdim bu məsəl bir hal olacaq,
Qartalın balası qartal olacaq!
Alovlu könlünə qardaş hər zaman,
Uyğuna xoş olan iqballar uçar.
Səyavuş UYĞUN,
Borçalı.

My Webpage

Borçalı elinin qartalı, Müşfiq!.. Yüz yaşa Müşfiq Borçalı!

“Ziya” qəzetinin Baş redaktoru
Müşfiq Borçalıya həsr edirəm
.


Oğludur qədim Darvazın,
Aşiqidir telli sazın.
Gül açsın ömrünün yazı,
Müşfiq Borçalı, Borçalı.

Yaratmaq eşqi başında,
Yazandır uşaq yaşından,
Paxıl dostdan, yoldaşından,
Uzaqdır Müşfiq Borçalı.

Dərsini atadan alıb,
Tarixlərə nəzər salıb,
Öz zəhmətilə ucalıb,
Müşfiq Borçalı, Borçalı.

Yazardır, güclü qələmli,
Əsəri sevincli, qəmli,
Düşündürəndir aləmi,
Yazmaqla Müşfiq Borçalı.

Oğludur alim Mədədin,
Azəri adlı millətin,
Xalqın namusun, qeyrətin,
Çəkəndir Müşfiq Borçalı.

Ümmanıdır səbrin, tabın,
Müəllifi əlli kitabın,
İstəyini elmdə tapdın,
Müşfiq Borçalı, Borçalı.

Yazıçı haqqın təməli,
Yazmaqdır işi, əməli,
Hər işi nurlu, əməlli,
Müşfiq Borçalı, Borçalı.

Obalara gedib hərdən,
Bir-birinə aşiqlərdən,
Yazır ölməz aşıqlardan,
Müşfiq Borçalı, Borçalı.

Atası kimi oğlu da,
Müstəqilliyin uğrunda,
Çalışır xalqın yolunda,
Müşfiq Borçalı, Borçalı.

Hər əsərə can qoyub, can,
Yazıb neçə yazıçıdan,
Haqsızlara verməz aman,
Müşfiq Borçalı, Borçalı.

Xalqın haqqında xəyalı,
Yazmaqdır fikri, məlalı,
Elmdir cəhi-cəmalın,
Müşfiq Borçalı, Borçalı.

Zəmanənin müasiri,
Əla yazanlardan biri,
Hər sözü, söhbəti sirli,
Müşfiq Borçalı, Borçalı.

Gör neçə illərdən bəri,
Çoxların umacaq yeri
Olub, bölür dərdi, səri,
Müşfiq Borçalı, Borçalı.

Haqq yolunu tutub gedir,
Köməksizə kömək edir,
Millətin dərdini çəkir,
Müşfiq Borçalı, Borçalı.

Yazır əsrin gedişindən,
Nəsillərin gəlişindən,
Əsrin zülmkar işindən,
Müşfiq Borçalı, Borçalı.

Yazardır ağlın dəryası,
Allahdandır təmannası,
Ünvanı xeyir-dualı,
Müşfiq Borçalı, Borçalı.

Elin taxirçi yazarı,
Yollanıb ellərə sarı,
Neçə mərhum sənətkarı,
Tanıdıb xalqa Borçalı.

Əsərləri Türkiyədə,
Bir-bir keçib əldən-ələ,
Əzbərlənib dildən-dilə,
Düşübdü Müşfiq Borçalı.

Neçə kitabı İranda,
Dillərdə gəzir Turanda,
Yazmaqla qışda, boranda,
Qalib çıxandı Borçalı.

Hər əsəri xalqa kömək,
Gərək olub hava, su tək,
Haqq yolundan dönməyəcək,
Müşfiq Borçalı, Borçalı.

Müdrikdir atası kimi,
Xeyirxah babası kimi,
Neçə məzunun müəllimi,
Müşfiq Borçalı, Borçalı.

Çox yazandır Bəxtiyardan,
Saraclı tək sənətkardan,
Neçə obadan, diyardan,
Yazandır Müşfiq Borçalı.

Qafqaz boyu əsərləri,
Olub dillərin əzbəri,
Hörməti var sənə dərin,
Xalqın Borçalı, Borçalı.

Şöhrətisən yurdumuzun,
Atasısan iki qızın,
Parlasın tale ulduzun,
Müşfiq Borçalı, Borçalı.

İnsanlıqda şöhrət tacı,
Dörd bacının bir qardaşı,
Keçməsin bir günün acı,
Müşfiq Borçalı, Borçalı.

Əyilməyib heç vaxt yada,
Çətin gündə varlıya da,
Xoşbəxt olsun bu dünyada,
Ailəsiylə Borçalı.

Düşmənidir xəyanətin,
Vurğunudur dəyanətin,
Arzusudur Şərafətin,
Yüz yaşa Müşfiq Borçalı.

Şərafət DAĞISTANLI

Borçalı elinin qartalı, Müşfiq!..Bu şeiri ULU BORÇALIMIN ULU OĞLUNA,
AzTU-nun Metbuat Şöbəsinin müdiri,
"Ziya", "Şərqin səsi", "Elm və Təhsil" qezetlərinin baş redaktoru,
"Borçalı " nəşriyyatının baş direktoru,
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü
MÜŞFİQ BORÇALIYA İTHAF EDİRƏM...



BORÇALIMIN ULU OĞLU,

SƏN XALQIMIN DAYAĞISAN.

TORPAQIMIN HAQQA DOQRU,

IŞIQ SAÇAN ÇIRAQISAN.

QIZIL ADLI QELEMINLƏ,

DUNYANIN SEYRINE CIXDIN.

UCA BILIB ELIMI, FEXRI, ADI

MILLETIMI TEMSIL ETDIN.

XOSH MERAMLA, XOSH DILEKLE,

HALAL OLAN DUZ COREKLE.

SINENDEKI SAF UREKLE,

COX QELBLERDE YERIN TUTDUN.


HÖRMETLİ MÜŞFİQ MÜELLIM,
Size oz derin tesekkurumu bildirirem,
bize, xalqimiza, milletimize evezsiz gosterdiyiniz
diqqet ve qayqiya gore,
sizin gördüyünüz işler, möhteşem işler,
xalqimiz üçün önemli olan atilan addimlar
- Boyuk nailiyyetler demekdir!!!...
Var olasiniz,
ALLAH SIZE
VE SIZIN YAXINLARINIZA
YAR OLSUN,
YOLUNUZ ISHIQLI, NURLU, GORDUYUNUZ ISLER UQURLU,
QELEMINIZ ITI, SOZUNUZ KESERLI OLSUN,
AMIN!!!


Hormetle Sedaqet Dilqem Садо (Sedaqet Dilqem) Мирзоева Аббасова
37 лет, Белгород
5 дек.2014.



AD GÜNÜNÜZ MÜBARƏK!!!

Düz 45 il evvel, ne coxdur ne az,

Gozel bir ailede sevinc yasandi.

Qisin qarli gunu acildi bir yaz,

Bir qardas, bir oqul Musfiq yarandi.


Ilahi bexsisi, bu bir uqurdu,

Onunla beraber wefeq doquldu .

Boyuyub yetisdi layiqli insan,

Yuksek zirvelerin sahibi oldu.


Gozel ciceklerle dostlar tanislar,

Yiqisib gelecek DOQUM GUNUDU.

Here bir arzuyla , bir hediyyeyle,

Menim de hediyyem urek sozumdu:


Hörmətli MÜŞFİQ MÜƏLLİM,
Millətimin DƏYƏRLİ OĞLU ,
Mübarəkdi AD GÜNÜN,
DOĞUM GÜNÜN - ŞAD GÜNÜN!
Mən də arzulayıram ,
Heç olmasın bəd günün!

Qara gözlər nur saçsın,
Aləmə günəş kimi.
Arzuların gül açsın,
Çəməndə çiçək kimi!

Çağların xoş avazlı,
Ömrün mənalı olsun.
Gələcək səhərlərin,
Mələklərlə qorunsun!

Hər tutduğun yol, mövqe,
Daim uğur gətirsin.
Hər niyyətin, amalın,
Bar-bəhərin yetirsin!

Yenilməsin vüqarın,
Əzəmətli dağ kimi,
Tükənməsin ilhamın,
Qaynayan bulaq kimi!

Doğmaların, yurdunun,
Fəxareti, fəxrisən .
Ata-ana sevinci,
Evlada baş tacisan.
Min-bir budaq olasan.

Yenə də arzum budur:
Övlad barı dərəsən.
Məhsum kökün üstündə,
Sağlam zəka, can ilə,
100 il heyat sürəsən!!!

Hörmətlə Sədaqət Dilqəm.
22.01.2015.



















Xoş arzularla , dərin hörmətlə S.D
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: