1966-cı ildə Cəngan kənd orta məktəbində birinci sinifə qəbul olunmuş, 1976-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirmiş və Bakı Plan-Uçot Texnikumuna daxil olmuşdur.
Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərində başlamışdır. Şeirləri “İcmal”, “Sərbəst dūşūncə”, “Azad Qələm” və sair qəzetlərdə, “Sözūn işığı” jurnalında çap olunub. "Ürəyimdəsən hələ" kitabının müəllifidir. Bunlardan başqa şairin şeirləri “Avrasiya şairleri antolojisi”ndə və “Atəş 2016” antalogiyasında çap olunmuşdur. Evlidir. 3 övladı və 5 nəvəsi var.
Dūnyanın
Yağdırdı başıma yağışı, qarı
Soldu gözlərimdə ömūr baharı
Bu imiş verdiyi tükənməz varı?
Dəysin təpəsinə payı dūnyanın.
Gözūmdə nur bitir, titrəyir əlim.
Dəyişib yerişim, əyilib belim.
Qalmayıb saçımda bir qara telim,
Dağılsın, çalınsın vayı dūnyanın.
Yaddaşım pozulub dəyişib səsim
Dinib danışanda çatmır nəfəsim
Azalır gūnbəgūn eşqim, həvəsim
Kəsilsin biryolluq hayı dūnyanın.
Namərdə arxadır, mərdinə qənim
Qoynunda qəribdir haqqı deyənim.
Söylə, bu dūnyanı necə bəyənim?
Yoxdur namərdlikdə tayı dünyanın.
16.10.2016.
Dūnya
Nə erkən yağdırdın saçıma qarı?
Doldurdun qəlbimə qəmi, qubarı?
Birazca insafın olaydı barı,
Yapışıb yaxamdan çəkməzdin dünya.
Uşaqkən aldatdın başımı qatdın,
Böyūdūm dalğadan, dalğaya atdın.
Dərd verdin dərdimlə məni ovutdun,
Daşını başıma tökməzdin dūnya.
Yeridim, yolumda badalaq vurdun,
Min hiylə işlətdin, min bir tor qurdun.
Olan olmazımı göyə sovurdun,
Ömür sarayımı sökməzdin dūnya.
İNDİ
Ömür evimə ilmə-ilmə hördüyüm,
Həm aşkarda həm yuxumda gördüyüm.
Vüsalına yetmək üçün öldüyüm,
Sənsizlədim, gəl yanımda dur indi.
Viranədir, sənsiz dünyam talanıb,
Sinəm üstə həsrət odu qalanıb.
Könlüm evi min yerə parçalanıb,
Sənsizlədim, gəl yenidən qur indi.
24.07.2016
Dünyanın
Qoyub qabağıma qaraçı tasın,
Baxacam falına, tutacam yasın.
Sizdə qol çırmayıb gözünü basın,
Nə qədər ayılmır başı dünyanın.
Aqili, nadanı bilinmir nədən?
Halallıq əlini çəkib süfrədən,
Kişisi papaqsız,qadın lüt bədən,
Tökülmür başına daşı dünyanın.
Haqqın tərəzisi çəkmir düzünə,
Göydən od ələnir yerin üzünə.
Bəylər boyun əyir arvad sözünə,
Tökülüb ağzından dişi dünyanın.
Dəyib qulağına deyəsən adı,
Çoxalır günbəgün fitnə fəsadı,
Dünya dünya kimi dünya olmadı,
Gəlsə gəlməsədə xoşu dünyanın.
19.07.2015.
Bilsən
İllərin, ayların intizarını,
Gülüm, gözlərimdən sil, silə bilsən,
Nələr yaşamışam nələr çəkmişəm,
Oxu gözlərimdən,bil, bilə bilsən,
Baharda düşmüşəm borana,qara,
Həsrətin sinəmdə sağalmaz yara.
Bir odlu baxışın dərdimə çara,
Süzdürüb qaş, gözü, gül gülə bilsən.
Bu sınıq könlümü köklə sevincə,
Danış şirin-şirin, din incə-incə.
Çəkərəm nazını desən ölüncə,
Dağ olan dərdimi böl, bölə bilsən.
03.07.2015.
Gələsən
Bahar mehi əsə çəmənə, çölə,
Buludlar şehindən pay verə gülə,
Ulduzlar gecənin bağrını dələ,
Hər dərdi, möhnəti atıb gələsən.
Baxçamda gül əkəm, aça güllərim,
Saçının sığalı ola əllərim.
Qəlbimdən qəlbinə könül tellərim,
Yol ola, yolları tutub gələsən.
Yel vura budaqda yarpaqlar əsə,
Quşlar nəğmə deyə, verə səs-səsə,
Baxışın od saça,səbrimi kəsə,
Sevinci sevincə qatıb gələsən.
Sənin üçün
(Sevda xanımın
"SƏNİN ÜÇÜN" şeirindən
təsirlənərək)
Ömrün gözəl, şən vaxtıdır,
Bahar fəsli, çən vaxtıdır.
Baxma saçın dən vaxtıdır,
Darıxmışam sənin üçün.
Odum,közüm qorumda sən,
Eşq soraqlı yolumda sən.
Sağımda sən, solumda sən,
Darıxmışam sənin üçün.
Məni odlara salanım,
Od ol, oduna qalanım,
Dönüm, başına dolanım,
Darıxmışam sənin üçün.
Bağban olum gül bağına,
Hər gün dönüm qonağına.
Dodaq sıxım dodağına,
Darıxmışam sənin üçün.
İstə sən, gəlim gətirim,
Baxçanda güllər bitirim.
Olginən müşkim,ətirim,
Darıxmışam sənin üçün.
Sevda sevincin olaram,
Axıb gözünə dolaram,
Hər gün qadanı alaram,
Darıxmışam sənin üçün.
Qulaq asma hər qınağa,
Öpüş düzüm al yanağa,
Əlövsəti çək sınağa,
Axtarıram sənin üçün.
Hay ver hardasan ay ana
Gəzdirərdin çöl-çəməni
Sevib oxşayardın məni
Sən idin könlūm həmdəmi
Hay ver hardasan ay ana.
Səsim çatmır ūnūm yetmir
Həsrətin tūkənib bitmir
Surətin gözūmdən getmir
Hay ver hardasan ay ana.
Yoxsan, ömūr baxçam solub
Qəm kədər qəlbimə dolub
Könūl dūnyam viran olub
Hay ver hardasan, ay ana.
Daşa dönsūn zalım fələk
Sənsiz necə ömūr sūrək
Yoxluğuna dözmūr ūrək
Hay ver hardasan, ay ana.
Oyuluram oyum-oyum,
De mən səndən necə doyum,
Hay ver bir səsini duyum,
Hay ver hardasan, ay ana.
05.05 2016
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.