Astara rayonunun Balaca Şahagac kəndində
fəhlə ailəsində anadan olmuşdur.
Atasını erkən yaşlarında itirmişdir.
Demək olar ki, onu heç görməmişdir.
1973-1983-cü illərdə doğma kəndlərindəki
orta məktəbdə təhsil almışdır.
1985-ci ildə Lənkəran şəhərindəki
Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş,
1988-ci ildə oranı bitirmişdir.
Bir müddət ixtisası üzrə aqronom işləmişdir.
Şeir yaradıcılığına isə bir neçə il öncə başlamışdır.
Qayıt, qurbanın olum...
Yaman itirmişəm, yaman özümü
Dikmişəm yollara hesret gözümü
Qaytar o evvelki sebri, dözümü
Qayit gel ömrüme qurbanin olum..
Hele ne gün yari, ömür yaridir
Sinem zirvedeki quzey qaridir.
Belke de ömrümün son baharidir
Qayit gel, ömrüme qurbanin olum..
Günün birində
Seni dünya qeder sevsem də bil ki
Meni terk edersen günün birinde
Elimde olsaydi taleyin hökmü
Seni gizlederdim könül evimde
Meni terk edersen günün birinde..
Kimese qowulub sen gedeceksen
Arxanca hesretle baxsam da bele
Neler çekdiyimi bilmeyeceksen
Eriyib yansam da men gile, gile
Meni terk edersen günün birinde..
Kiminse sevimli yari olarsan
Kiminse gözünde dönersen sele
Menim yox, sen dönüb yadin olarsan
Seni özümünkü bilsem de bele
Meni terk edersen günün birinde
De ne oldu?
Bir ocaqdim qaldi külüm
Açilmadan soldu gülüm
Bagrim oldu dilim, dilim
Ne oldusa mene oldu.
Çox ezabli yollar keçdim
Vefasizi hemdem seçdim
Ömrü zemi kimi biçdim
Qem oylagim sine oldu.
Könül verib uydu yada
Arzularin getdi bada
Taliwqizi, bu dünyada
Sene qalan de ne oldu.
Seni ömre ten bilirem
Varligimi sen bilirem
Nelerin var men bilirem
Bundan artiq naz olur ki.
Yar qedrini bilende yar
Yaxin düwmez ne gerd, qübar.
Elde bele mesel de var
Bir gül ile yaz olur ki.
Uzaq durmur bir an menden
Gizli, gizli süzür genden
Hey çoxalir günü günden
Derdi, serim az olur ki..
GÜLÜM
Özüm de bilmirem, ne üçün, niye
Ne yere sigiram ne de ki göye
Senden özgesini görmeyim deye
Resmini gözüme cekmiwem, gülüm.
Göynetsen göyneyer, qelbimin simi
Ne çare tapilar, ne de hekimi
Ebedi solmayan bir çiçek kimi
Seni üreyime ekmiwem gülüm..
Ele iz salmisan, ele derinde
Menden xebersizdir derdi, serimde
Sene sevgi dolu könül evimde
Alinmaz bir qala tikmiwem gülüm.
Qizil de verseler her bir anima
Sensiz bil ki yatmaz menim canima
Ne olar gel meni apar yanima
Sensiz bu dünyada tekmiwem gülüm.
Dünya
Bezen gözün yumub fikre dalirsbn
Kim bilir, neleri yada salirsan.
Gör ki bir ne qeder canlar alirsan
Qalmasin gözlerin berele dünya.
Axidib gözümden sel kimi yawi
Sen vaxtsiz getirdin ömrüme qiwi
Naleni, nifrini, ahi, qargiwi
Almirsan eynine, hermele dünya..
Ezelden nehs gelib, bextim kem olub
Agrilar, acilar mende cem olub
Taleden qismetim qüsse, qem olub
Vermiwem qem ile el, ele dünya..
Pis günler olmasin ömrüme çetir
Rabite sözünü burada bitir.
Ne qeder agrin var, acin var getir
Welele çiynime, welele dünya..
Oxuyur Elnarə: "Sona bülbüllər!.."
Ne sehr, ne efsun var ki bu sesde
Ona valeh olur dinleyen kesde
Bülbül nale çekir sanki qefesde
Yarini sesleyir yar deyen diller
Oxuyur Elnarə: "Sona bülbüllər!.."
Quwlar da bir anliq qanad saxlayir
Kerem nale çekir, Esli aglayir
Bu ses ürekleri ele daglayir
Yanib küle dönür seven könüller
Oxuyur Elnarə: "Sona bülbüllər!.."
Sanki buludlar da göz yawi tökür
Bir yanda benövwe boynunu bükür
Içimi yandirir, ruhumu sökür
Bagrimin bawina sancilir miller
Oxuyur Elnarə: "Sona bülbüllər!.."
Bir segah oxusa bilin, besimdi
En ülvü, müqeddes dogma kesimdi
Birce gün olmasa, son nefesimdi
Rabite o sessiz öler, ay eller
Oxuyur Elnarə: "Sona bülbüllər!.."
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.