Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...
Ramiz ABDULLAYEV


SƏN EY VƏTƏN!...

Bu gün Vətən, sənin üçün həyatımdan keçərəm mən,
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
Səni azad etmək üçün son qanımı tökərəm mən,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən.

Bəsləyərək qucağında, bol nemət bəxş etdin bizə,
Şıltaqlığa sən dözərək, nə istədik verdin bizə,
Qeyrət, namus, Vətən eşqi, - bunu sən öyrətdin bizə,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən.

Bu gün sənin üzünü bürümüş soyuq küləklər,
Günəşin üzü tutqundur, çaxır göydə də şimşəklər,
Vətən oğlu, gəl birləşək, qovuşsun arzu, diləklər,
Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən!

AZAD EDƏCƏYƏM, SƏNİ QARABAĞ!..

Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Gəzirlər dağında, həm də düzündə,
İçirlər suyundan bulaq gözündə,
Demə ki, vəfasız çıxdın sözündə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Mənim də rüzgarım, günüm xoş deyil,
Çoxları didərgin, həm qaçqın deyir,
Ağlayır halıma yazılan şeir.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!

Axsa da cismimdən damla - damla qan,
Sənə qurban dedim sənindir bu can,
Baxacam hüsnündən açılanda dan.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!


SƏNİN QOLLARINDA ÖLMƏK İSTƏDİM

Düşünərək səni uzandim yatam,
Röyada hüsnünü görmək istədim.
Yorğun gündüzümü əzabin atam,
Sənin qollarında ölmək istədim.

Hər gecə təkrara dönür səhnələr,
Əllərim çöhrəndən saçları yığır.
Dəniz sahilini yuyur ləpələr,
Mənim göz yaşımı gözləyir baxir.

Bu gecən xeyirli qoy olsun sənin,
Sabahın sübh çağı mənli açılsın.
Ramiz, süz badənə mey dolsun sənin,
İç ki, sübh dumanlı, çənli açılsın.


Bundan gözəl nə var,
Mədəd müəllim!


Professor Mədəd Çobanovun
70 illik yubleyi münasibətilə


Dünya tərəfindən tanınan alim,
Vətənin adını yüksəltdin daim,
Fədakar zəhmətə,qovuşub əlim,
Bundan gözəl nə var Mədəd müəllim.

Dayaqsan gənclərə,örnəksən bizə,
Həqiqəti amalın,məsləkdir düzə,
Bilirik məqsədim çatmaqdır yüzə,
Bundan gözəl nə var, Mədəd müəllim.

Şeirimə,sözümə verib qiyməti,
Söylədin yaz,yarat,dayanma qəti,
Tanrı bəxş eylərkən,halal neməti,
Bundan gözəl nə var, Mədəd müəllim.

Azərbaycan adlı gözəl ölkədə,
Sevilə-sevilə çatdın hörmətə,
Yetərkən bu yolda şana şöhrətə,
Bundan gözəl nə var, Mədəd müəllim!

Yetmiş bir bəhanə,ömür yolunda,
Yüz qolların açıb,görür yolun da,
Dostlar ürəyi tən,bölür yolunda,
Bundan gözəl nə var,Mədəd müəllim!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: