Bir vətən həsrətli şair itirdik...

Bir vətən həsrətli şair itirdik... Bu şeirimi bu gün vəfatından 10 il ötən böyük Xalq şairimiz Nəbi Xəzri müəllimin əziz xatirəsinə ithaf edirəm. Başda şairin əziz ruhundan, oğlu Arzu müəllimdən, şair dostlarım Dəmir müəllim Gədəbəylidən, Anar Məmmədovdan üzr istəyirəm ki, cəsarət edib şairin ruhuna
bir şeir ithaf etdim.
Allah rəhmət eləsin!!!


Çəkdi keşiyini sonası kimi,
Öz doğma övladı, balası kimi.
Sevdi vətənini anası kimi,
Bir vətən həsrətli şair itirdik.

Ağladı dərələr, düzlər ağladı,
Ürəklər ağladı, gözlər ağladı.
Analar ağladı, qızlar ağladı,
Çox böyük hörmətli şair itirdik.

O güllə, çiçəklə xoş nəfəs aldı,
Doğmanın, özgənin qeydinə qaldı.
Meylini dənizə, çinara saldı,
Bir çinar qamətli şair itirdik.

Arzu bəy ata yox, böyük qardaşın,
Ağsaqqal ustadın, könül sirdaşın.
Şeir, söz aləmi zərin, daş-qaşın,
Əsil türk millətli şair itirdik.

Fuad Biləsuvarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Cəsarətli qələm" mükafatçısı


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: