Görürəm azı da, çoxu da hərdən,
Duyuram varı da, yoxu da hərdən.
Gedirəm, gəlirəm yuxuda hərdən,
Yenə səndən düşür yolum, Borçalı!
Mənimdi qəlbimdən keçən hər dilək,
Bir yerdə sevinək, bir yerdə gülək.
Əlimi əlindən üzməsin fələk,
Dolansın boynuma qolun, Borçalı.
Səhər də, axşam da əyilir min iş,
Bilmədiyin işi bilənə genəş.
Durmuşam, başımın üstündə günəş,
Yenə sağım Dərbənd, solum Borçalı.
Yenə buludların burulub axır,
Yenə başın üstdə şimşəklər çaxır.
Dünyanı nə qədər dolansa, axır,
Ancaq səndən keçir yolum, Borçalı.
Gül Açım Mən Də...
Göy başım üstə bir mavi çətir,
Yerlərə baxıram min rəngə çalır.
Bürüyüb dünyanı neçə min ətir,
Adamın huşunu başından alır.
Hər gülün çiçəyin öz nəğməsi var,
Burda qulağima neçə səs gəlir.
Burda yaşamaqdan doymaqmi olar?
Könlümə min istək min həvəs gəlir.
Az qala bülbül tək ötüm burdaça,
Bu nə gözəllikdir çöldə, çəməndə?..
Elə istəyirəm itim burdaca
Ürəyim çirtlasin gül açim mən də...
Bilmirəm
Sazımı sinəmə sıxmayanda mən,
Bir gün görüşünə çixmayanda mən,
O gül çamalına baxmayanda mən,
Gözlərim qaralir görə bilmirəm...
Sən məni unudub yalqız qoyanda,
Həsrətin əlindən cana doyanda,
Bir dərd xənçər kimi bağrımı oyanda
Ürəyim alışır ölə bilmirəm.
Ömrümə günümə açilan yazmı ?
Hicran baharının sonu olmazmı ?!
Səni sevmək üçün bir ürək azmı ?
Səni bir ürəklə sevə bilmirəm...
Bu Gecə
Bu gecə aylı gecə,
Ulduzları sayrışan,
Yuxuları qarışan
Haraylı-haylı gecə.
Dünyanın darliğına
Darıldım mən bu gecə.
Kiminsə varliğına
Vuruldum mən bu gecə.
Səsimə səs verdilər
Mələklər bax bu gecə.
Əsirdi başın üstdən
Küləklər bax bu gecə.
Deyirəm ahım-naləm
Qoy qalsın bu gecədə.
Səhərə bax, səhərim
Gözəl gəlir necə də...
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.