Məhəmməd TURAN: "Darıxmaq belə olur..."

Məhəmməd TURAN: "Darıxmaq belə olur..."
Addımlar asta-asta
Gəzər gecəni gəzər...
Xəyalım qanadlanar
Sizin küçəni gəzər...

Ulduz qonar çiynimə
Təbəssümə bataram...
Bir röya uyduraram
Dizlərində yataram...

Gözlərimdə bitərsən...
Üstünə yüyürərəm...
Xəyalına sarılıb
Yoxluğunu görərəm...

Gecələri sayıram
Hər nəfəs dilək olur...
Kölgəmlə oynayıram-
Darıxmaq belə olur...

Məhəmməd Turan,
Şəmkir şəhər Əhməd Cavad adına
tam orta məktəbin 11a sinif şagirdi

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: