Özüm boyda dərdləri
Daşıya bilmirəm mən.
Yaşlanmağa nə var ki?
Yaşaya bilmirəm mən.
Qaralıbdı bəxtimdə,
Qara gözlərim kimi.
Qabarıbdı həyatım,
Kobud əllərim kimi.
"Yadımdan özüm çıxıb"
Hey alışıb yanıram,
Birazca közüm çıxıb.
İndi vecsiz olmuşam,
Yadımdan özüm çıxıb.
"Dəniz"
Hərdən çox gözəl olur bu dənizlər,
Adamın demeyə sözüdə gəlmir.
Hərdən adamları udur dənizlər
Üzməyə adamın üzü də gəlmir.
Hərdən vəhşi olur bu dalğalar da,
Gözləmədiyin an boğur adamı.
İndi çox uçuşur qağayılar da,
Dənizlər daha çox udur adamı.
İndi bu dənizlərdə rahatlıq da yox,
Baxanda adamın öləsi gəlir.
İndi bu dənizlərdə daha çox,
Hər səhər insanın iyisi gəlir.
Orxan SAFFARİ,
Lənkəran Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin
Turizm və otelçilik ixtisasıüzrə I kurstələbəsi.
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.