“Haqqdan yanan çıraq sönməz” – onu bil

“Haqqdan yanan çıraq  sönməz” – onu bil“Haqqdan yanan çıraq
sönməz” – onu bil

Qərib (Rauf Alagözov) 26 oktyabr 1982-ci ildə Gürcüstan Respublikasının Zalqa rayonundakı Dağ-Sarvan kəndində dünyana göz açıb. Bakı Slavyan Universitetinin Ədəbi Yaradıcılıq fakültəsini bitirib, “Ədəbiyyat” portalının qurucusu və rəhbəridir. Azərbaycan Yazıçılar Birliyinin üzvidür. “Silə” şeirlər kitabı müəllifin oxucularla ikinci görüşüdür. Şairi yeni kitabı nəşr olunması münasibəti ilə ürəkdən təbrik edir, ona daha uca zirvələr fəht etməyi arzu edirik.



Təravət duyulur hər kəlməsində,
Tərənnüm olunur gül nəfəsində.
Pakdır, cavandır, əməli təmiz,
Şeri də dil açır saz havasında.

Ürəkdən bağlıdı bizim dağlara,
Ayna bulaqlara, buz bulaqlara.
Böyüklü, kiçikli, elim fəxr edir,
Çatıbdır sədası bu oymaqlara.

Bəllidir şairə həyat zəhməti,
Azadlı dünyası, söz həqiqəti.
İlhamlı görürəm, ay Qərib, səni,
Ürəkdən sevdirdin ulu milləti.

Gün gələr yazarsan tarixi-dastan,
Bunu öncə deyib bu qoca bağban.
Sinəndə payın var, fikrin uludur,
“Haqqdan yanan çıraq sönməz heç zaman”.

Var olsun eşqli yazan əllərin,
Güvənc yeri olan doğma ellərin.
Ələddin ürəkdən duaçı sənə,
Hər yana boy açsın köklü güllərin.

Hörmətlə,
Ələddin Rövşənoğlu,
Gürcüstan Respublikası
Ərcivan-Sarvan kəndi,
“Şərəf” ordenli müəllim.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: