Min pəhlivan gəlsə əyilmərəm mən,
Başkeçıdtək qolum, belim var mənim.
Min bir aşıq gəlsə yenilmərəm mən,
Başkecid tək ötən, dilim var mənim.
Hər bitən sümbülə, sümbül demərəm,
Hər ötən bülbülə, bülbül demərəm,
Hər gördüyüm güllə güldü demərəm,
Başkeçidtək gözəl gülüm var mənim.
İlhamoğlu, dayanmadan yaz tərif,
Hay vur, meydana gir, sən sinə gərif,
Yüksək bir səslə de, sinənə döyüf,
Başkeçid tək ərən elim var mənim.
* * *
Məndən ünvanımı, soruşan dostum,
Adım Başkeçiddi, soyum Borçalı,
Məndən sağ - solumu, soruşan dostum,
Solum Başkeçıddi, sağım Borçalı.
Kamandarın Xan səsindən səs olmaz,
Zəlimxanın bərabəri tapılmaz,
Butasız yaz gəlməz, bahar açılmaz,
Şöhrətim Başkeçid, şanım Borçalı.
Əhmədəm mən, həm aranlı-dağlıyam,
Bağçalıyam, həm də güllü-bağlıyam,
Buz bulağam, gərək daim çağlıyam,
Canım Başkeçıddi, qanım Borçalı.
* * *
Sənin qoynunda mən, gəldim dünyaya,
Sənin torpağına qurban, Başkeçid.
Sənsən mənim elim-obam, yurd-yuvam,
Yurduna yuvana qurban, Başkeçid.
O yerdən qaynayan buz bulaqların,
Əl çatmayan başı qarlı dağların,
Vurğun olub sənə çox qonaxların,
Görən olur sənə heyran, Başkeçid.
Əhmədəm, deyirəm, kim tutar-tutar,
Mərddir o, söz verər, sözünü tutar,
İnanmıram ki, mən nadana çatar,
Söz tutanlarına qurban, Başkeçid...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.