GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." TƏBRİK EDİRİK!...

Martın 3-ü bizim sevimli əməkdaşımız,
istedadlı şairə Gilə Əliqızının ad günüdür.
Onun 43 yaşı tamam olur...


Gilə Əli qızı Rzayeva - 1976-cı il martın 3-də
Laçın rayonunun Alxaslı kəndində anadan olub.

Hələ kiçik yaşlarından şeir yazmağa baş­layan
Gilə Əliqızı istedadı ilə yaşıdlarından seçilib.

Şeirləri ilk dəfə "Ziya", "Təhsil"
"Şərqin səsi" qəzetlərində işıqüzü görüb.

Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə
və poeziya məcmuələrində çap olunub.

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." «Sevgi nəğ­mələri» adlı ilk şeirlər kitabı
2001-ci ildə - 25 yaşında - işıqüzü görüb.
2002-ci ildə «Bir payız günün­də…» adlı ikinci,
2004-cü ildə «Yollarıma yağan yağış» adlı
üçün­cü şeirlər və hekayələr kitabı
«Borçalı» nəşriyyatı tərə­findən nəfis şəkildə
çap olunaraq oxucuların ixtiyarına ve­rilib.
Müəllifin oxucularla dördüncü gö­rüşü olan
«Xatırla məni» adlı kitabı isə 2008-ci ildə
yenə də «Borçalı» nəşriyyatında işıq üzü görüb.

Şeirləri geniş oxucu kütləsi tərəfin­dən
böyük maraq­la və xüsusi rəğbətlə qarşılanan
tanınmış şairə-jurnalist Gilə Əli­qızı 2005-ci ildə
Azər­baycan Respublikası «Təhsil» Mərkəzi
«Şərqin səsi» qə­ze­tinin birgə keçirdiyi
sorğu və müsa­biqənin nəticələrinə əsasən
«ABDULLA ŞAİQ» mükafatı ilə təltif olunub,
bir az sonra isə «Qızıl Qələm» Media mü­kafatı
laureatı
adına layiq görülüb.

2014-cü ildə "Laçın yurdu" jurnalı özünün -
№1 (12) - sayında əməkdaşımız Gilə Əliqızını
oxuculara təqdim edib. Jurnalın həmin sayında
Gilə Əliqızının bir neçə şeiri də dərc olunub.

2018-ci ildə isə Gilə Əliqızının şeirləri
"Zirvə" poeziya antologiyasında çap olunub.


Biz də əməkdaşımız Gilə Əli­qızının
bütün bu uğurlara görə sevinir və
fürsətdən istifadə edərək onu
ZiM.Az-ın bütün yaradıcı heyəti adından
doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi hə­yatında, eləcə də bə­dii yara­dıcılığında
yeni-yeni uğurlar arzula­yırıq!..

Və aşağıda sevimli şairəmizin bir neçə
yeni şeirini ZiM.Az-ın dəyərli oxucularına
ərmağan edirik.
Ümid edirik ki, Gilə Əlqızının bu şeirləri də
əvvəlki şeirləri kimi oxucularımız tərəfindən
rəğbətlə qarşılanacaqdır.

Müşfiq BORÇALI,
ZiM.Az


GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."



***

Sən niyə bu qədər dogmasan mənə,
Qəlbim dura bilmir özündən ayrı.
Haraya baxıram səni görürəm,
Sözüm dura bilmir sözündən ayrı...

Yanıram oduna mən dönə-dönə,
Varım da, yoxum da baglıdır sənə.
Kecdiyin hər cıgır əzizdir mənə,
İzim gəzə bilmir izindən ayrı...

Sən elə başqasan, elə fərqlisən,
Məni qolu baglı qul eyləmisən.
Sanki, danışmagı sən öyrətmisən,
Dilimə söz gəlmir sözündən ayrı...

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." ***

Gəl məndən incimə, ay məni sevən,
Məni görmədiyin gözündən inci.
Bir vaxt sevdamıza yanan ocaqdım,
Gedib söndürdüyün közündən inci.

Özün ayrı saldın məni özündən,
Yox oldun gözümün gördüyü yerdən.
Gedib yurd saldıgın başqa şəhərdən,
İzimdən ayrılan izindən inci.

Oldun göylər qədər uzaq ömrümə,
Sən saldın kölgəni mənim sevgimə.
Sənin yoxlugundan talan könlümə.
Birdə yara vuran sözündən inci.

Çatdırdın səbrimin bitdiyi yerə,
Yoruldum, tükəndim etdiklərinə.
Kəsmə ayrılıgın hesabın mənə,
Bizi bizdən edən izindən inci...

***

O sənin şəhərin,
o səmtin,
o salam verdiklərin,
hər gün gördüklərin
nə xoşbəxtdir yar...
Cünki, varlıgında
böyük huzur var,
Səsin sanki, ilk bahar,
gülüşün də güllər acar,
gözlərin göy üzü tək baxar.
Sevgi sənlə,
sevda sənlə,
həyat sənlə yaşanar...

***

Qadın ürəyi də dəniz kimidir,
Bəzən dalgalıdır, bəzən səssizdir.
Bəzən qorxuludur, bəzən acizdir,
Bəzən sir, muamma, bəzən tutqulu.

Qadın ürəyi də bir göy üzüdür,
Bəzən günəşlidir, həyat rəngidir,
Bəzənsə dumanlı, qara buludlu...

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." ***

Şeir deyil, həsrətindir yazdıgım,
Kəlmələrə sığınmışam bilmirsən.
Ayrılığın hec sönməyən odunda,
Yanıb-yanıb kül olmuşam bilmirsən.

Ürəyim anlamır bu ayrılıqdan,
Gözlərim yıgılmır uzaq yolundan.
Səni düşünməkdən, səni anmaqdan,
Mən özümü unutmuşam, bilmirsən.

Təkcə çarəm yoxluğuna dözümdür,
Ömür deyə yaşadığım zülümdür.
Ayrılığın bir adı da ölümdür,
Mən bir küncə sıxışmışam, bilmirsən...


BORÇALININ MÜŞFİQ OĞLU

Yolun elm, söz yoludur,
Könlün də şair könlüdür.
Ömrün ziyalı ömrüdür
Borçalının Müşfiq oğlu.

Adın kimi mehribansan,
Elinə dayaq duransan.
Elmə ömür calayansan,
Borçalının Müşfiq oğlu.

Neçə-neçə şairlərə,
Olmusan xoş xəbər, müjdə
Adın yazılıb tarixə
Borçalının Müşfiq oğlu.

Yolun daim açıq olsun,
Könlün də şadlıqla dolsun,
Qələmin yazdıqca yazsın,
Borçalının Müşfiq oğlu!..


Gilə ƏLİQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: