Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu...

Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu... Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu... Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu... Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu... Sədaqət Dilqem: Xəzərim göy idi qırmızı oldu...
Əziz Millətim,
sevincin sevincimdi,
qəmin də qəmimdi...
Tanrıdan SİZƏ
bu ağrılı-acılı gündə
səbr diləyirəm...
BAŞIN SAĞ OLSUN,
AZƏRBAYCANIM!..
Günəşli" yatagındaki
10 saylı
Dərin Dəniz Özülündə
baş vermiş qəza ilə əlaqdar
dunyasını dəyişənlərə isə
Allahdan
RƏHMƏT diləyirəm!...


Millətim bu günü qara bağladı,
Dəhşət bir faciə ürək dağladı -
Qıydı göy Xəzərim neçə insana ,
Dalğa min arzunu girov saxladı...

İşləyən işçini uddu, of...dəniz,
Fəlaket eylədi vaxsız, vədəsiz.
Odlarla toqquşdu yanmayan sular,
Ümidlər talandı, yandı çarəsiz...

Xəzərim göy idi qırmızı oldu,
Qərənfil qan görüb yenə doğuldu ,
Onsuz da dərdliyidi, Vətən, Millətim,
Onlarla Neftçim də suda boğuldu,
Görəsən Allahım yenə nə oldu ?!...

Sədaqet Dilqəm.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: