Ali təhsilidir. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib.
"Qızıl Qələm" Media Mükafatı laureatıdır, "Azərbaycanın Fəxri" "İlin Yazarı", "Ilin Jurnalisti" "Feşakar Jurnalist", "Dəmir Yumruq", "Ilin Vətənpərvər şairi" "İlin Nəgməkar şairi”, "Ustad Şəhriyar", "Nəsimi" və s. çoxlu sayda fəxri diplomlara layiq görülüb.
AJB-nin, Azər.KİVİHİ-nin və ASKEF-in üzvüdür.
"XXI əsr, ədalətli iş, düzgün söz" qəzetinin redaktoru və məsul katibi, "Əsrin ziyalıları" qəzetinin xüsusi müxbiri, "Yurd" jurnalının redaktor müavini, "Ay Tv1" (internet tv) və "Laçın TV"-nin (internet tv) layihə rəhbəri və tele-aparıcısı; "Şeir Dünyamız" ədəbi məclisinin sədri olaraq fəaliyyətini davam etdirir.
"Əsrlərə körpü" antologiyasının redaktor müavini, "Yaşıl işıq", "Günəşə sarı", "Günəşə doğru", "Təbiət ruhumdur", "Vətənə gedən yol" və "Ömür silsiləsindən" (tanınmış ziyalıların həyat və yaradıcılığı haqqında məlumat) nəşrlərinin layihə rəhbəri, təsisçisi və baş redaktorudur.
İstedalı şair-jurnalist xanım bir çox maraqlı məqalələrin, şeirlərin də müəlifidir. Müxtəlif pozeziya antologiyalarda, almanaxlarda, qəzet və jurnallarda şeirləri dərc olunub.
Türkiyede hazırlanmış "Türk şeir Şeçkisi" almanaxında silsilə olaraq şeirləri işıqlanır.
“Axtaracaqsan” adlı şeirlər kitabının müəllifidir.
Məmmədli Elmira adlı qız övladı vardır.
Biz də Aynurə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
QÜRUR İLƏ DALĞALAN!
Bayraqların içində yeganəsən bayrağım!
Üç rənginlə fəxrimsən,əfsanəsən, bayrağım!
Koroğlular,Babəklər öyünc yerim, dayağım
Qoca Şərqə mayaqsan! Qürur ilə dalğalan!
Yadellilər həmişə köks ötürdü,sarsıldı
Torpağıma göz dikdi,lakin sonda basıldı
Əbədi,enməz oldun, paxtaxtımda asıldın
Qoca Şərqə mayaksan! Qürur ilə dalğalan!
Həmişə sadiq olduq Rəsulzadə irsinə
Heydər baba səsini qatdı xalqın səsinə
Aynurə elan etdi bütün yer kürəsinə:
Sən yenilməz, sən haqsan! Qürur ilə dalğalan!
ŞUŞADIR QİBLƏSİ AZƏRBAYCANIN
Şuşadır qibləsi Azərbaycanın,
Şuşadır haqq səsi Azərbaycanın!
Sən ey Vətənimin qüruru Şuşa!
Musiqi beşiyi, uğuru Şuşa!
Üzeyir, Niyazi, Vaqif, Natəvan
Sənlə öyünmüşdür Bülbül, Xan hər an!
Sən qəddar düşmənə qala bilməzdin,
Xainin, oğrunun ola bilməzdin,
Var olsun Sərkərdəm, qalib Ordumuz!
İşğaldan qurtardı, azad yurdumuz!
İndi qəddimiz dik, başımız uca,
Şuşa fəxrimizdir, dünya durunca!
ÇİÇƏK AÇAR DOĞMA DİYAR
Nankor adamların hörməti olmaz
Qədirbilməzlərin sərvəti olmaz.
Torpaq babaların yadigarıdır
Torpaq satanların qeyrəti olmaz.
Sinəsi Arazla iki bölünən
Tarix boyu adı,sanı bilinən
Qarabağın bəxti qara olubdu,
Xocalıda qanlar axdı selinən.
Cahada çökmələr, qabarmalar var
Çoxillik savaşlar, çox qovğalar var.
Aynurə Ulduzam,arzumdur mənim
Yenə çiçək açsın bu doğma diyar
Bütöv Azərbaycan olsun bəxtiyar.
İLLƏRİMİ ALDIN ƏLİMDƏN
(Rəfiqəmin dilindən)
Bir zaman bir könül çiçəyin idim,
Zalım, illərimi aldın əlimdən.
Qarşında dayanan göyçəyin idim,
Qara tellərimi aldın əlimdən.
Deyirdin ki, sən mənim mələyimsən,
Arzumsan, diləyimsən, ürəyimsən,
Ömür yolumda sən gərəyimsən,
Gözəl illərimi aldın əlimdən.
Demək, yalan oldu sözlərin sənin,
Əğyara baxdımı gözlərin sənin?
Demək əbəs yerə gözlədim səni,
Gözəl illərimi aldın əlimdən.
Sanma ki, Aynurə bağışlar səni,
Yenə taleyinə naxışlar səni,
Gecə-gündüz ruhum qarğışlar səni,
Gözəl illərimi aldın əlimdən.
TƏƏSSÜF Kİ...
Mən səni seçməkdə səhv eyləmişəm
Hayıf, ilk eşqimi məhv eyləmişəm
Gəncliyim günahkar olsa da belə
Səni bağışlayıb əfv eyləmişəm
"Ağ atlı oğlanı tapdım", sanırdım
Gözəl bir insanı tapdım, sanırdım
Sən demə, sevgimin gözü kor imiş:
O zaman eşqimlə mən də yanırdım
Ayıldım, anıla anıla qaldım
Sevgisi danıla danıla qaldım
Aynurə Ulduzam, qismətimə bax:
Təəssüf, yanıla yanıla qaldım.
VAR OLSUN!
Vətənimin hər qarışına qurban!
Xoş yazına,qarlı qışına qurban!
Tarix yatan hər bir daşına qurban!
Qədir bilən ellərimiz var olsun!
Vətən daim övladların çiynində
Həzilərin,Poladların çiynində
Mərdlərimin yalnız vətən eynində
Qədir bilən ellərimiz var olsun!
"Vətən sağ ol!"deyər bizim analar
Oğulların öyər, bizim analar
Onların içində Aynurə də var
Qədir bilən ellərimiz var olsun!
07.08.2020
BAŞ ƏYİRƏM
Görməmişəm Qarabağı,
Sədasını eşitmişəm
Qəlbən sevib o, torpağı
Ürəyimlə isitmişəm.
Bu torpağın hər qarışı
Hamımıza doğma,əziz
Vətən üzük,Şuşa qaşı
Coşaq,adı gələndə biz!
Bu xalq düşmən üzərində
Əsrlərlə zəfər çalmış.
Çox dahinin əsərində
İgidlərin adı, qalmış.
Şimal dinsiz,cənub yağı
Yaxın qonşu xain oldu
Talan etdi Qarabağı
Şəhidimiz, min-min oldu.
Lakin basılmadı Vətən
Xəncərində qın olmadı;
Həmişə fəxr edəcəm mən:
Bizlərdən satqın olmadı...
Düşmən pərən-pərən oldu
Ordumuz qələbə çaldı!
Tutduğumuz doğru yoldu
Bu zəfər tarixdə qaldı.
Aynurəyəm,şəhidlərin
Ruhuna rəhmət deyirəm!
Qazilərin, igidlərin
Qarşısında baş əyirəm!
KÖLGƏSİZLİK SƏHNƏSİ
Bax, bu gələn təşər adam
Filankəsin kölgəsidir
Filankəs də filankəsin
Arxasıdı ,"bəlgəsidir"
Xoş əməldir kölgə olmaq
Çox pisdi kölgədə qalmaq
Arxasıza kölgə olmaq
İnsanlığın bəhrəsidir.
Kimə isə yalaq olmaq
Hibridləşib calaq olmaq
Sarmaşıq tək alaq olmaq
Simasızın çöhrəsidir.
Köməksizlik, arxasızlıq
Sayılmasın, ağlı azlıq
Kölgələnən, insan-yazıq
Çürük ağac pöhrəsidir.
Aynurə də desin düzün
Kölgədə gizlətməz üzün
Bu dünya çox kölgəsizin
Bir tamaşa səhnəsidir.
29.07.2019
SORUŞ
(Bir rəfiqəmin dilindən)
Boynuma alıram qısqanclığımı,
Kağızdan çıxıram öz açığımı.
Səndə ki,zəbt etdin qəlb bucağımı,
İndi məni küskün halımdan soruş.
Düşünüb daşıdım dağı arana,
Ürəyim ağrıdan boyandı qana.
Nə sən ata oldun, nə mən bir ana
Səbəbin o fələk, zalımdan soruş.
Mən sənə vəd verdim, gücüm çatmadı,
Mənə "yananlar"da addım atmadı,
Yalançı dostlarım sözün tutmadı,
İnanmırsan sağım,solumdan soruş.
Aynurə Ulduzam mətanətim var,
Qəlbimdə pak hissim, xoş niyyətim var,
Eşqimə sadiqəm, dəyanətim var,
Getdiyim ünvandan, yolumdan soruş.
18.09 2016
ZiM.Az
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.