SALƏDDİN DƏMİRÇİ (1964)

SALƏDDİN DƏMİRÇİ (1964) Saləddin Dəmirçi (Saləddin Gülmirzə oğlu Rəhimov) - 1 aprel 1964-cü ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1971-ci ildə Gəyəçöl kənd tam orta məktəbinin birinci sinfinə gedib. 1981-ci ildə həmin orta məktəbi bitirib. 1982-1984-cü illərdə Belarusiyanın Qrodno şəhərində əsgəri xidmət borcunu yerinə yetirib. Sonra Dənizçilik məktəbində matros-matarist sənətinə yiyələnib. Bakı Balıqçılıq flotunda matros-motorist işləyib. Sonra təhsilini Astraxan ali məktəbində mexanik ixtisası üzrə davam etdirib. Daha sonra Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindəki 190 nömrəli peşə məktəbində qaynaqçı sənətinə yiyələnib. Əmək fəaliyyətini indiki Heydər Əliyev adına Bakı Dərin Dəniz Özüllər Zavodunda qaynaqçı vəzifəsində davam etdirib. 1988-ci ildə Meydan hərəkatından sonra çoxlu çətinliklərlə üzləşib. 1991-1994-cü illərdə Qarabağ müharibəsin-də könüllü olaraq döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusilə qəhrəmanlq göstərib. 1995-ci ildə hərbidən I Qarabağ müharibəsi veteran kimi təxris olunub. Əmək fəaliyyətini yenidən indiki Heydər Əliyev adına Bakı Dərin Dəniz Özüllər Zavodunda qaynaqçı vəzifəsində da-vam etdirib. Hazırda da elə həmin vəzifəsində çalışır.
Saləddin Rəhimov orta məktəb illərindən bədii ədəbiyyata maraq göstərib, çoxlu mütaliələr edib, şeiriyata həvəsi olduğundan, özü də şeirlər yazmağa başlayıb.
Şeirləri dövri mətbuat orqanlarında, "Heydər zirvəsi" və s. müxtəlif ədəbi məcmuələrdə “Dəmirçi” təxəllüsü ilə çap olunur.
“Dəniz özüməm” adlı şeirlər kitabının müəllifidir.
SALƏDDİN DƏMİRÇİ (1964)
Biz də Saləddin Dəmirçiyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



CAN AZƏRBAYCAN

Qandan qadalardan keçdin vətənim,
Keçdin sınaqlardan oddan alovdan,
Bəzən zülümlərə dözdün vətənim,
Azad istiqlalım can Azərbaycan.

Hünər cəbhəsində oğul qızların,
Yolundan çəkilsin çirkin işbazların,
Qarşında öhdəlik imtiyazların,
Azad istiqlalım can Azərbaycan.

Araz çay qədimdir parcasısan,
Dəli Kürüm doğmadır qucasısan,
Şuşadır baş tacın sərt qalasısan,
Azad istiqlalım can Azərbaycan,

Gözəldir yurdumun uca dağları,
Limon ərik ,heyva,alma bağları,
Səfalı Mil muğanı düzən yaylağı,
Azad istiqlalım can Azərbaycan.

Ucadan ucadır əlvan bayrağın,
Naxçıvan da şah damarın torpağın,
Füsunkardı gözəl yurdum oylağın,
Azad istiqlalım can Azərbaycan.

Sənə göz tikənin burnu ovuldu,
Bu torpaqdan yağı düşmən qovuldu,
Nankor nadan göyə külün sovruldu,
Azad istiqlalım can Azərbaycan.

Fəxr edirəm ki, var müqəddəs ordun,
Özünə xas azad bir ordu qurdun,
Nizam intizamlı qürurlu yurdun,
Azad istiqlalım can Azərbaycan.


AZƏRBAYCANIMA

Sən işıq sal ey günəşim, canım Azərbaycanıma,
Qurbandır sənə vətənim, qanım Azərbaycanıma.

Gəl öz İsti ocağında sən ey azad, Azərbaycan,
Gəl dolanım başına ünvanım Azərbaycanıma...

Vətənin sinəsindən sevgi şərbətini, içmişəm,
Bir nəğmə qoşum mahnı ad sanım,Azərbaycanıma.

Öz isti qoynunda qucaq açmısan,övladıına,
Canım qurban cənnəti rizvanım, Azərbaycanıma.

Oğullar can fəda etmiş torpağına həm daşına,
Ucaldar bayraq adına, canım Azərbaycanıma.

Bənzərsiz təbiyətin Vətənin köksündə özəlliyin,
Dədəm qorqud örnəyi ozanım,Azərbaycanıma

Adına dastan qoşular cəsur qəhrəman yurdumun,
Mənə candanda əziz həyanım Azərbaycanıma.

Doğmadır əziz mənə vətən,Ana torpaq əzəlim,
Ana yurdum müqəddəs məkanım Azərbaycanıma

Saləddinəm, bu xalqın gözə görünməz zərrəsiyəm,
Bəzəkdir təkanım bütöv, məkanım Azərbaycanıma.


TARİXDİR ULU ÖNDƏR
HEYDƏR BABA

Unudulmaz Ulu ÖndərTurk dünyasının
böyük lideri Heydər Əlirza oğlu Əliyevin
100 illik yubileyinə ithaf edirəm


Boylanan günəşdir nuru dayaqdır,
Sözləri dillərdə əzbər soraqdır,
Ali kürsülərdə rəhbər mayakdır,
Əbədi Ulu Öndər Heydər baba.

Qamətində duruşunda bəşərdir,
Zəkasında nur çağlayan təpərdir,
Sabaha yol açan ali zəfərdir,
Əbədi Ulu Öndər Heydər baba.

Müstəqil vətənin özəl memarı,
Bu torpağın unudulmaz şüarı,
Eilimizin səsi əzmi vüqarı,
Əbədi Ulu Öndər Heydər baba.

Qətiyyətli öndər elın çırağı,
Şah İsmayıl Xətainin sorağı,
Koroğlu Babəkin müjdə ocağı,
Əbədi Ulu Öndər Heydər baba.

Gələcəyin şah əsəri, gur səsi,
Yer üzündə təkamülün nər səsi,
Azərbaycan yurdunun salnaməsi,
Əbədi Ulu Öndər Heydər baba.

Hər kəsin dilində yaşa ürəkdə,
Min bir arzularda xoş söz diləkdə,
Vətənə bağlılıq vətən çiçəkdə,
Əbədi Ulu Öndər Heydər baba.

Dərin üfüqlərdən boylanır günəş,
Ürəyində sevdası sönməyən atəş,
Türkün aynasıdır böyük zəhmətkeş,
Tarixdir Ulu Öndər Heydər baba.


Ali BAŞ KOMANDAN

Elə bir anda tarixi zamanda,
Zəfərə bürüdün bütün hər yanı.
Azğınları qovdun sən Qarabağda,
Qurtardın işğaldan Azərbaycanı.

Ata vəsiyyətin dinləyib oğul,
Müzəffər bir igid paşam komandan,
Özünə müqəddəs andı sayırdı,
Qaytarsın düşməndən vətən torpağın,

Dəmir yumruq olub qalxdın ayağa
Qaytardın qürurun andın millətin.
Bir amal altında sütun dayağa,
Vaxtlnda ölçülən sərrast diqqətin.

Duyduqca kövrəlir ata nəğməsin,
İşğal anlamı göynədirdi onu.
Dinir tarixlərdə qəm için için,
Biçir hər xəbər inlədirdi onu.

Nəyi nə vaxt etmək lazımdır bilib,
Sübüt etdi siyasətlə döyüşdə,
Qırx dörd günlük zəfər salnaməsini,
Qızıl həriflərlə yazdı tarixə.

Ata vəsiyyətin ali komandan,
Doğrultdu öz müqəddəs varlığında,
Əfsanə bir ordu qurub yaratdı,
Həyatın amansız sərt darlığında.

Ötər zaman tarix unutmaz sizi,
Həyat salnaməsinə yazdı dastan.
Xatırlanar sətir sətir hər izi,
Yaşa, yaşa sən Ali Baş komandan.

Yenilməz oğuldan söz açmışam mən,
Bil yaşatmaq oldu müqəddəs anı,
Öz müstəqil müdrik siyasətiylə,
Yenidən yaşatdı Azərbaycanı.


PAŞAM ALİ KOMANDAN
MƏRD OĞULLAR


Qürurludur qəhrəman diyarım,
Siz ey yurdumun igid oğulları.
Savaşda göstərdiniz sücayət,
Vətənin qəhrəman mərd oğulları.

Savaşdın döyüşlərdə Aslan kimi,
Hər savaşda göstərdin əsil hünər.
Ana Vətən dardadır qəhrəman kimi,
Qorxu bilməz sinəni etdin sipər.

Vətənin uğrunda gedən oğullar,
Fəda etdi canın Vətən uğrunda
Tarixə adını yazan oğullar,
Qəhrəmanlar yenidən doğuldular.

Vətən səmasında, günəş tək doğan,
Oğulların nəyə qadir gör ana torpaq,
Nizamlı ordumuz milli ordumuz,
Bu Vətən yetirmiş cəsur oğullar.

Zəfər çaldı zəfər milli ordumuz,
Öyünür qürurlu ana yurdumuz,
Qalibsən qəhrəman milli ordumuz,
Paşam Ali komandan mərd oğullar.


MÜQƏDDƏS BİLMİŞƏM

Mən azadlıq şərbətin qurtum-qurtum içmişəm,
Yamacında, çeşməli bulaq olub keçmişəm,
Obamı elimi, özümə məskən secmişəm,
Vətəni anam,torpağın müqəddəs bilmişəm.

Xoş xəbər mügdəli, sülh soraqlı günlərində,
Ana yurdun millətin, səfalı günlərində,
Azərbaycan çətin keşməkeşli günlərində,
Vətəni anam, torpağın müqəddəs bilmişəm.

Ürəyimlə ruhumla sənə mən bağlıyam,
Parlayan sönməz günəşim elin oğluyam,
Mən Azərbaycanlıyam rişəli budağlıyam,
Vətəni anam, torpağın müqəddəs bilmişəm.

Vətəndaşıyam, odunda yanıb külün ollam,
Bağında bağçanda yarpağam saralıb sollam,
Damarımda axan qanın,adın sanın qallam,
Vətəni anam,torpağın müqəddəs bilmişəm.


MİLLƏTİM

Sən nər nəfəslisən iradən mətin,
İstəyin haqq səsi oldu öz səsin.
Ədalət axtarıb haqqını seçdin,
Bütün çətinliyə dözən millətim,

Doğri düzgün tarix anlatdın özün,
Həqiqət söylədın yazıldı sözün,
Keşməkeş yollarda acıldı gözün,
Əzəldən tarixin yazan millətim.

Haqqı tanıtdırdın düzlüyü seçdin,
Aradın yaxşını dostunu seçdin,
Ədalət axtarıb çətin yol keçdin
Əyrini doğrudan seçən millətim.

Doğma adın şəkər dadır elində,
Aləmə nur saçan həzin dilində,
Yaşa Azərbaycan elin gözundə,
Könüllər fəth edib sevən millətim.


BAKI

Sən ey Bakı qədim ulu şəhərim,
Köksündə al bayraq ulu zəfərim,
Sahilindədir gözəl mavi dənizim,
Doğmasan əzizsən gözəlsən Bakı.

Hündür binaların göz qamaşdırır,
Valeh edir gözəllik üz yaraşdirir
Neft Qara qızıl sərvət daşdirir,
Doğmasan əzizsən gözəlsən Bakı.

Gecələr rəngarəng geyir köynəyin,
Yollara işıqlar salır örpəyin,
Dünyada vüssətin adın örnəyin,
Doğmasan əzizsən gözəlsən Bakı.

Səslənir ürəydə könlümdə sevgin,
Vəsfində nəğmələr bəstəsi zəngin,
Hüsnündə gözəllik hörmətdi rəngin,
Doğmasan əzizsən gözəlsən Bakı.

Qız qalası qədimdir yaddaşında,
Alov sönməyəcək atəşgahında,
Tarixi xəzinə Şirvanşahında,
Doğmasan əzizsən gözəlsən Bakı.

Gönlümün gözəllik Allahısan,
Gözəlləşən abadlaşan sabahısan,
Özün örnək şəhərlərin şahısan,
Doğmasan əzizsən gözəlsən Bakı.


AZƏRBAYCAN ƏSGƏRİ

Vətən fədailərinə

Sənsən əsgər, sənsən cəsur, qəhrəman,
Savaş meydanında cəsur komandan,
Dəmir yumruq dəmir bilək komandan.
Zəfərlər qazandın, döyüşdün əsgər.

Qalxdıqca ayağa qürurunla sən,
Hiyləgər İşğalçı, qurmuşdu səngər.
Düşmənin keçilməz səddini aşdın,
Savaş meydanında döyüşdün əsgər.

Ləyaqət şərəfin qürurla öndə,
Düşmənə layiqli dərs keçdin öndə,
Dizi üstə çökdü düşmən döyüşdə,
Vətən sevdasıyla döyüşdün əsgər.

Azadlıqdır amalın qaldır bayrağın,
Eşqinlə ucaltdın zəfər bayrağın,
Qürurla şərəflə sancdın bayrağın,
Ucalt dalğalansın, döyüşdün əsgər.

Vətən uğrunda fəda etdin canın,
Əvəzində şəhidin almısan qanın,
Qarabağ azaddır azad torpağın,
Azadlıqdır şüarın döyüşdün əsgər.

Savaş meydanında Şəhid oldular,
Vətən üçün yanan çıraq oldular,
Qırx dörd gün ərzində qalib oldular,
Qələbə əzminlə döyüşdün əsgər.

Sənsən əsgər, sənsən cəsur, qəhrəman,
Döyüş meydanında cəsur komandan,
Dəmir yumruq dəmir bilək komandan,
Zəfərlər qazandın, döyüşdün əsgər.


ƏSGƏRİM OLDU

Cəsur igid Azərbaycan əsgəri,
Vətən uğurunda şəhidim oldun.
And içmişdin Azərbaycan əsgəri,
Yurdumun vüqarı, şəhidim oldun.

Qəhrəmanlar eli şirlər məskəni,
Yetişdirdin öz yurdunda şirləri,
Qəhrəman cəngavər Mübarizləri,
Yurdumun vüqarı, dayağım oldu.

Qorxu bilməz azad etdi bu yurdu,
Qoc Koroğlu Babək Cavad qürurdu,
Qaçaq Nəbi Həcər öyüd doğurdu,
Tarix yazan cəsur sərkərdəm oldu.

O, uca dağlar səs versin sizə,
Gülləniz boş yerə getməsin düzə,
Qatı düşməni əlbəyaxa üz üzə,
Döyüşdə məhv edən əsgərim oldu.

Azad etdi əsgər aldı torpağı,
Zəfərlə, ucaltdi sacndı bayrağı,
Qaytardın qürurun andı Qarabağı,
Şuşada yüksələn vüqarım oldu.


QƏHRƏMAN GENERAL
POLAD KOMANDAN


Sən idin döyüşən sənsən komandan,
Əfsanəvi general Polad komandan,
Hər zaman öndə hər zaman döyüşdə.
Qəhrəman general Polad komandan.

Döyüşlər gedən vaxtı öndə getdin,
İgid Cəsur qorxu bilməz qəhrəman,
Əsgərlərlə birgə öndə döyüşdün,
Çəkinməz general Polad komandan.

Hiyləgər düşmənin yolunu kəsdin,
Həm sağını həm də solunu kəsdin,
Şərəfsiz düşmənin izini kəsdin,
Sərkərdə general Polad komandan.

Ağır bir yuk idi daşıdıgın yuk,
Dağdan ağır idi ürəyin böyük,
Vətənə sədaqət əməldə çevik,
Gülərüz general Polad komandan

Düşmən qurduğu qorxunc yaraymış,
Ananın bağrı da param paraymış,
Bacının vədəsiz ahı haraymış,
Şərəfli general Polad komandan.

Ötər zaman Tarix unutmaz sizi,
Həzi Aslanovla birləşdi izi,
Qəhrəman Şəhidlər ölməz düzü,
Müsəlləh general Polad komandan.

Sən idin döyüşən öndə komandan,
Əfsanəvi general POLAD KOMANDAN .
Haman döyüşdə hər zaman döyüşdə,
Qəhrəman general POLAD KOMANDAN.
Saləddin Rəhimov Dəmirçi


QƏHRƏMAN MÜBARİZ

Azərbaycanın Milli Qəhrəman
Mübariz İbrahimova
İthaf edirəm


İgid canın səndən alan düşmənə,
Göz dağını çəkdirmisən Mübariz.
Torpağın uğrunda vətən yolunda,
İgid cəsur qəhrəmansan Mübariz.

Düşmənin bağrını yardın qəhrəman,
Oldun şəhid sənsən İgid pəhləvan,
Tarix yazdın səni unutmaz zaman,
İgid cəsur qəhrəmansan Mübariz.

Düşmənin kürkünə qorxu salmısan,
Səhidlərin qisas qanın almısan,
Vətənin uğrunda şəhid olmısan,
İgid cəsur qəhrəmansan Mübariz.

Vətən darda atılmısan meydana,
Cəngə girib qandırmısan düşmana,
Mənfurun leşini düzdün yan yana,
İgid cəsur qəhrəmansan Mübariz.

Ya vətən ya ölüm yolunu seçdin,
Şəhidlik zirvəsin yolunu keçdin,
Düşmənin sağını solunu biçdın,
İgid cəsur qəhrəmansan Mübariz.

Şəhidlər heç vaxt unudulan deyil,
Qəhrəmanlar ölməz bu yalan deyil,
Yaddaşlardan yaddan silinən deyil,
İgid cəsur qəhrəmansan Mübariz.


ŞƏHİD

Dumanlı dağların başında durdu,
Xalqın ürəyində min yuva qurdu,
Nəğmə ilə düşmən, belini qırdı,
Xudayar dastanı nəğməkar, şəhid.

Döyüşdə oxunan nəğmə min oldu,
Qurulan xeybərin məskənin oldu,
Hər kəsin qəlbində taxtını qurdu,
Xudayar dastanı nəğməkar şəhid.

Nəğməli dastanın tarixi qaldı,
Oxunmamış nəğmə sözləri qaldı,
Tarix yazdın bir salnaməsi qaldı,
Xudayar dastanı nəğməkar şəhid.

Neçə gözəlin gözü yolda vardı,
Şəhid əfsanələrdə yadda yardı,
Düşmənə göz dağı yaddaşda cardı,
Xudayar dastanı nəğməkar şəhid.

Qəhrəman yaşanan eşqini tapdı,
Uca dağ başında zirvəni tapdı,
Düşmənə lazımi zərbəni yapdı,
Xudayar dastanı nəğməkar şəhid.


ŞƏHİD

Ucalıqdır əbədiyyət torpaq uğrunda şəhid...
Sənə qismətdi şəhadət Vətən uğrunda şəhid...

Cəbhədə indidə var sən kimi oğlanlarımız,
Göstərər hünər rəşadət Vətən uğurunda şəhid...

Bəlkə var bu şəhidlər kimi şəhid yer üzündə,
Tapmısan gör nə səadət Vətən uğrunda şəhid...

Büründün üç rəngli bayrağa fəda etdin canı
Müqəddəs torpaq ülviyət Vətən uğrunda şəhid...

Ən Ali uca pillədə uca bayraqdı bilib,
Torpaqlar uğrunda izzət, Vətən uğrunda, şəhid...

Ola Saləddinə qismət bu şərbət məqamı,
İçsəm onu mənə cənnət Vətən uğrunda şəhid...


SALƏDDİN DƏMİRÇİ (1964)YENİ YAŞIN MÜBARƏK

Şəhid
İsayev Elşad Yaşiyar oğluna


Ana Vətən dardadır mərd əsgərim,
Vətən deyib qalxdın igid şəhidim.
Əlbəyaxa mərd hünər meydanında,
Türk oğlu qalibsən igid şəhidim.

Torpaqdan pay olmayıb Vətən bizim,
Namus bizim qeyrət bizim el bizim,
Vətən sənin Vətən mənim yurd bizim,
Vətən oğlu zəfərli yurd şəhidim.

Vətən üçün ömrü girov qoydun sən,
Taleyini qurban deyib qalxdın sən,
Şöhrətini dildən dilə saldın sən,
Vətən oğlu şərəfli yurd şəhidim.

Vətən birdir iki yerə bölünməz,
Torpaq bizim sənin mənim bilinməz,
Şəhidimsən igid adın silinməz,
Vətən oğlu təpərli yurd şəhidim.


YOL ƏHLİYƏM MƏN

Əlimdə qələm könlümə söz dola,
Duyğular anlada gedilən yola,
Niyyətin bir dünya köksünə sala,
Dastana yazılan yol əhliyəm mən.

Ömür yollarını köçür dəftərə,
Ruhun hazirlaşır uzaq səfərə,
İçində bəslənən sərrast zəfərə,
Misraya düzülən yol əhliyəm mən.

Hissin ürəydə nələrdi gileylədin?
Qəm kədərləri min dərdi söylədin,
Ruhunda ərməğan yolu teylədin.
Kollarda uzülən yol əhliyəm mən.

Şair sevgisinin seçilən qolu,
Bilnsin tanınan var keçilən yolu,
Sevdasında bu ürək doludur dolu,
Səfərə dözülən yol əhliyəm mən.

Daha geri yol yox, ümid Allaha,
Öz qüdrətinlə addımla sabaha,
Allahım yar olsun yazmaz günaha,
Sehrində çözülən yol əhliyəm mən.


GƏL ÇƏK

İş yoldaşım Anar rəssama
Ithaf edirəm


Rəssam, dayanmışam susub qələm,
Sən kötür varağlan düzülüb gəl cək,
Duyğular içində qoy özüm çəkim,
Misralar marağlan üzülüb gəl cək.

Şair qələminin dürlü sehrini,
Salmış vərəqlərə güclü mehrini,
Əlində qələmin sirli zəhmini,
Dəhrində sorağlan süzülüb gəl çək.

Çək onun duyğulu zəngin baxışın,
Onun yorğun sərrast susqun duruşun,
Fıça ilə yaşat nikbin naxışın,
Tabloda yarağlan düzülüb gəl çək.


VAQİF MÜƏLLİM

Gəyəçöl kəndimizin təqaüdçü müəllimi
Şükürov Vaqif müəllimə ithaf edirəm.


Saçında düm ağ zirvənin qarı,
Təmkinli tədbirli Vaqif müəllim.
Elin ağsaqqalı əzmi vüqarı,
Zəkalı ziyalı Vaqif müəllim.

Bilikdir meyarı fikrində qəti,
Ədəblə ərkanla verər qiyməti,
Əxlaqlı ədalı eldə hörməti,
Doğma Gəyəçöldə Vaqif müəllim.

Dəryadan görünən nur bir mayakdır,
Çağlayan dənizdir işıq çıraqdır,
Parlayan günəşdir eldə dayaqdır,
Eşqində Vəfalı Vaqif müəllim.

Sözündə ötkəmdir elmi biliyi,
Qaməti duruşu kəndə gərəyi,
Halal yolda halal zəhmət çörəyi,
Böyükdür zəhmətin Vaqif müəllim.

Halaliq boynuna elə biçilib,
Zamanında doğru düzgün seçilib,
Zövqündə tükənməz andı içilib,
Fənadan rəğbətin Vaqif müəllim.

Hamiya doğmasan,əzizlər kimi,
Safsan çaylar kimi, dənizlər kimi,
Hikmətin əvəzsiz bənizlər kimi,
Bənzərsiz hikmətin Vaqif müəllim.

Dəyərlərin böyükdür kəndimizdə,
Mehri -məhəbbətin ürəyimizdə,
Elmindən söz açdım diləyimizdə,
Nəzmimdə sərvətin Vaqif müəllim.


Düşüncələrim silsiləsindən

KİMDƏN UZAQDA


Qədəmlərin söz salır
Dolur məndən uzaqda
Demə dəniz mərcani
Solur qəmdən uzaqda.

Qərarım başım üstə,
Ümid çiçəyim həvəsdə
Solan dünyam qəfəsdə,
Eşqin səndən, uzaqda.

Sənsiz güllər açılmaz,
Qəlbə sevinc qaçılmaz,
Bir birindən seçilməz,
Sevdan kimdən uzaqda.

Nurunda saçaq ömrü,
Ruhunda qaçaq ömrü,
Arzuma yasaq ömrü,
Sazın nəmdən uzaqda.

Yayı dartıb fələyin,
Nişan alıb kələyin,
Nəğmə deyir ürəyin,
Mizrab kindən uzaqda.

Bu günün, sabahında,
Saxlasın pənahında,
Qramda yox günahında,
Səbrın məndən uzaqda.


GƏLMİŞƏM GÖRÜŞƏ
DƏNİZİM YENƏ


Gələcəyəm deyib,inam bəslədim,
Gəlmişəm görüşə dənizim yenə.
Baxıb ünvanına səni səslədim,
Gəlmişəm dənizim görüşə yenə.

Zaman azaldıqca vaxt ötüşür,
Ruhum,canım səninlədir görüşür
Arzularım xəyalınla öpüşür,
Gəlmişəm dənizim görüşə yenə.

Səndən aldım İlhamımın bəhrəsin,
Sevən aşiqinə verdi, pöhrəsın,
Səninlə qurmuşam xəyal çohrəsin,
Gəlmişəm dənizim görüşə yenə.

Sahilində daima öz yolumuz,
Yaraşıqdır kənardan sağ solumuz,
Astaca ötuşür həyat qolumuz,
Gəlmişəm dənizim görüşə yenə.

Dərin dəryalardan duyğular yenəm,
Ürəkdə köksündə çağlayam enəm,
Rahat nəfəs alır qoynunda sinəm,
Gəlmişəm dənizim görüşə yenə.

Səmada ay ulduz ilə qoşadı,
Saf eşqim bilirsən sənlə yaşadı,
Saləddin səninlə baş başadı,
Dənizim gəlmişəm görüşə yenə.


Düşüncələrim silsiləsindən

BAXIM SƏNƏ


Gəl özünə arxalanma,
Dərya dəniz çalxalanma,
Coşub daşıb dalğalanma,
Sahilimdə baxım sənə.

Hey kükrədin yaman əsdin,
Arxayın yolumu kəsdin,
Nədir bu qərəzin qəsdin?
Dayan bir az baxım sənə.

Yoxsa Səndə çıxdın dönük,
Oldun yaman əhdə dönük,
Düz ilqarın eşqdə sönük,
Gürla biraz baxım sənə.

Dəniz çağlayan təpərdir,
İlmə bağlayan zəfərdir,
Qəlbi dağlayan hünərdir
Doyunca hey baxım sənə.

Səsində tüğyan sərsəri,
Dalğası bir rəsm əsəri,
Əsas yoxdursa kəsəri,
Sən dalğalan baxım sənə.

Ötər zaman düzələrsən,
Vaxt gələr əzab çəkərsən
Saləddini itirərsən,
Qoy doyunca baxım sənə.


ÖZÜNDƏ ARA

Kükrəyən sularda çaylardan axan,
Çeşməli bulağın,gözündə ara.
Qocaman şairin saylardan baxan,
Ağaran saçlarda,üzündə ara,
Ruhunda,saflaşan sözündə ara.

Fənadan gözəldir vətən torpağın,
Çoşub məcrasında düzündə ara.
Yamacında yaşıllaşan yarpağın,
Meşənin ormanın,izində ara,
Səfalı oylağın özündə ara.

İlahi gözəllik vermiş rəngini,
Mənalı baxışın, gözündə ara.
Ecazkar təravət şux ahəngini,
Vətənin bənzərsiz üzündə ara,
Füsunkar torpağın düzündə ara.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: