SADAY QAZAXLI (1962)

SADAY QAZAXLI (1962) Saday Yusif oğlu Eminov (Qazaxlı) - 1962-ci il martın 31-də şairlər diyarı Qazax rayonunun Ağköynək kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Gənclik illərindən bədii yaradıcılıqla məşqul olur.
Şeirləri 1983-1986-cı illərdə Qazax rayonunun yerli mətbuat orqanı olan "Qalibiyyət Bayrağı" qəzetində, 1993-1996-cı illərdə "Göyəzən" qəzetində mütəmadi olaraq dərc olunub.
1997-ci ildə Bakıya köçüb. O vaxtdan şeirləri həm də “Ədalət” qəzetində, 2021-ci ildən isə “Telli Sənəm” jurnalında və “Murov Qartalı” antologiyasında dərc olunub.
2023-cü il Mart ayının 31-də "Dur bir Qazağa gedək” adlı ilk şeirlər kitabı işıqüzü görüb.

Biz də Saday Qazaxlıya yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı

ZiM.Az



AZƏRBAYCAN

Min doqquz yüz on səkkizdən,
İyrmi səkkiz may günündən,
Müstəqillik qazandın sən,
Ey arzusu çiçək acan,
Azərbaycan, Azərbaycan!

Nur alırsan, al şəfəqdən,
Ucalırsan, günü-gündən.
Məmmədəmin qüdrətindən,
Günəş kimi, şəfəq saçan,
Azərbaycan, Azərbaycan!

Ucaltdın üç rəngli bayraq,
İllər verir mənə soraq.
Məndə olub sənə dayaq,
Lap yolunda, verǝrǝm can,
Azərbaycan, Azərbaycan!

Köklərindir, bir ulu soy,
Budaqların, o tay - bu toy.
Təzələndi dərdlərim oyyy!...
Bir ürəkdə, ey iki can,
Azərbaycan, Azərbaycan!

Geyib Əskər paltarını,
Verdilər son qərarını.
Torpaq uğrunda canını,
Şəhidlərin etdi qurban,
Azərbaycan, Azərbaycan!

Hər bir guşən olub seyran,
Saday olub, sənə heyran.
Qismət oldu bizə devran,
Sevinir, cavanın qoçan,
Azərbaycan, Azərbaycan!


ANA QOY UYUYUM, QALIM YANINDA

Öz qoynunda, böyütmüsən, sən məni,
Bilinməyir, nələr cəkdin, yolumda.
Oxuyaraq, şirin lay-lay nəğməni,
Dolaşmısan, həm sağımda, solumda,
Ana qoy uyuyum, qalım yanında.

Gözlərimi, açıb səni, görmüşəm,
Qucağını, isti ocax bilmişəm.
Nəfəsinlə, qiğildayıb, gülmüşəm.
İndi yoxsan, solub rəngim, ruhum da,
Ana qoy uyuyum, qalım yanında.

Uşaq ikən, çox çəkmisən, qayğımı,
Öyrətmisən, bizə sayi, sayqını.
Unutmaram, Ana haqqı, sayını,
Baxıram görmürəm, indi yanımda,
Ana qoy uyuyum, qalım yanında.

Öz balanın, xeyir işin, görmədin,
Nənə olub, xoşbəxt ömür sürmədin,
Nə şirinmiş, nəvə dadı, bilmədin,
Bir doyunça, süzənmədin, toyumda,
Ana qoy uyuyum, qalım yanında.

Uzaqdasan, indi məndən, çox uzaq,
Görüşməmiz, olub səninlə yasaq.
İndi qəbr evində olmusan dustaq,
Sənsiz qırılıbdır, qol qanadım da,
Ana qoy uyuyum, qalım yanında.


QAYIDA BİLSƏN

Bağlar çiçək açar, çələng toxuyar,
Hər tərəf, gül-çiçək ətri qoxuyar.
Qəlbim cuşa gələr, cəh-cəh oxuyar,
Sən mənim ömrümə, qayıda bilsən.

Sən mənim ömrümdə, açan çıçək ol,
Sevincimə qarış, üyimə dol.
Mən sənin səcdənə, gələrəm min yol,
Sən mənim ömrümə, qayıda bilsən.

Demə ayrılığın, sonu olarmış,
Baharda acılan, qışda solarmış.
Büsal gəlişinlə, saçın yolarmış,
Sən mənim ömrümə, qayıda bilsən.

Haraya çağırsan, dalınca gəlləm,
Sevinc kədərimi, səninlə bölləm.
Qal desən qalaram, öl desən ölləm,
Sən mənim ömrümə, qayıda bilsən.

Əzəl gündən ürəyimi calmısan,
Bu ömrumu, mənim ilə qalmısan.
Sadayın qəlbində, məskən salmısan,
Qayit gəl ömrümə, qayıda bilsən.


DOSTLUQ DASTANI

6 fevral 2023 cü ildə Türkiyənin
10 vilayətini ağuşuna almış,
7,7 bal gücündə Kahraman Maraş zəlzələsi
XXI əsrin ən faciəli bir fəlakətidir. Bu fəlakət zamanı
öz köhnə arabası ilə gündəmə gələrək
Türkiyə - Azərbaycan dostluğunu bir daha öz əməli ilə
bütün dünyaya isbatlayan Sərvər Bəşirlinin əməlindən
ilhamlanaraq yazdım.


Bu gün, Vətən qapısı, döyüldü çox şiddətlə,
Bu xəbər qəlbimizi, duyğulamış hiddətlə.
Zəlzələ Türkiyəni, almışdı ağuşuna,
Orda bacı qardaşlar, uğramışlar qırğına.
Bu bir dəhşət-fəlakət, yerdən-göyə şikayət,
Fələk özü görməmiş, belə qanlı fəlakət.
Daş üsdə daş qalmayıb,çöküb hündür binalar,
Bu olaylar insana, axirəti anladar.
Qoca-cavan, gəlin-qız,uçqun altında qalmış,
Ana öz yavrusundan,burda xəbərsiz qalmış.
Çığır bağır səsləri, bürümüşdü aləmi,
Tanrım özüdə görür, bu sitǝmi nalǝni.
Bu qanlı fəlakəti, de fələkmi törətmiş?
Belə bir fəlakəti, heç fələkdə görməmiş.
Ana baladan ayrı, sızlayır için için,
Göz gəzdirib axtarır, balada ana üçün.
Nalə fəryad ahların, səsi bürüyüb ərşı,
Tanrım de necə qıydın, Türkə belə gərdişı?

Hər yan bir xarabazar, kim qurub bu oynu,
Elə bilki dünyanın, artıq çatıbdır sonu,
Qardaş Azərbaycanda,bunu qəlbiylə duydu,
Nə gəlirdi əlindən, qardaş yolunda qoydu.
İki dövlət bir millət, bir ürəkdə iki can,
Daima birlikdədir, Türkiyə - Azərbaycan.
Şüar edib bunları, birlikdə yaşamışıq,
Sevinci həm kədəri, birgə qarşılamışıq.
İki qardaş ölkənin, bir olubdu amalı,
Turan dövlətin qurub, birlikdə yaşamalı.
Sən indi saydığın say, gör fələk nə sayırdı,
Türkiyənin bəxtinə, gör bir nələr ayırdı.
Çəkdi Türkü sınağa, çətinliklə baş-başa,
Amma arxa olubdur, daim qardaş-qardaşa.
Qardaşı darda qoyub, qaçmayıbdı babalar,
Tarixi biz unutsaq, bax bu bizə ar olar.
Hələ cox qədimlərdə, əsrin əvvəllərində,
Ənvərlə Nuru paşa, ordusuyla birlikdə.
Gəlmişdilər köməyə, böyük Türk ellərindən,
Bu Azəri Türkünün,düşməz bir an dilindən.
Neçə şəhitlər verib, Türkün məğrur ordusu,
Azəri oğlanları, Bozqurdlardı doğrusu.
Türk - Azəri bir olub, hələ daim qədimdən,
Onlar od götürüblər, qədim Oğuz elindən.
Necə ki Qarabağda, tez gəlmişdi köməyə,
Gəlmişdi böyük qardaş, öz sözünü deməyə.

Dəmir bir yumruq olub, birləşib iki qardaş,
Deyərək öz sözünü,qoydu düşməni çaş-baş.
Qarabağ azad oldu, iki qardaş sevindi,
Qəlblər sevinclə doldu,düşmən səhvini bildi
Bunu nə Türk unudar, nədə biz unutmarıq,
Quruçuluq yolunda, daim bir addımlarıq.
İndi növbə bizimdir, dar günüdür qardaşın,
Yanında olmalıyiq, daim böyük qardaşın.
Çox böyük bir sınağa, çəkib Türkü təbiyyət,
Orda qardaşlarımız, çəkirlər çox əziyyət.
Bütün Türk qardaşları, birləşərək mərdliklə,
Bu bəladan qardaşı, qurtararıq elliklǝ.
Türk özü də bilmədən, yanında hazır olduq,
Böyük qardaşla birgə, çiyin-çiyinə durduq.
Dövlət səviyyəsində, çox işlər görülürdü,
Qara millət özü də, çox yanıb tökülürdü.
Hamı istərki etsin, qardaşına bir kömək,
Qardaş darda qalıbsa,lazımtdır kömək etmək
Yağı düşman sevinir, dostların üzü gülməz,
Amma Türkün də beli, asanlıqla əyilməz.
Türkün dostu Türk olar, daim yanında olar,
Qardaşın dar günündə, qardaşı kömək olar.
Azərbaycan elliklə, qoşulub bu köməyə,
Hərə öz işin bilir, gərək yox söz demǝyǝ.
Gecə saat ikidir, gözə yuxu da getmir,
Hərə öz aləmində, qardaşa kömək edir.

Kimi yük qablaşdırır, kimi də yük daşıyır,
Kimisi də yükləri, tırlara yerləşdirir.
Yer yox millət əlindən, məntəqədə bu ara,
Kim əlindən nə gəlir, daşıyırdı oraya.
Yaradılıb bir neçə, tədarük məntəqəsi,
Hər bir məntəqələrə, axışır xalq kütləsi.
Artıq səhər açılıb, yuxu gözlərdən qaçıb,
Hələ də görüləsi, çox iş yarımçıq qalıb.
Ard-arası kəsilmir, yardım gətirənlərin,
O, qardaş Türk xalqına, sayqı göstərənlərin.
Qarlı qış, soyuq hava, dəhşətdir Türkiyədə,
Körpə-körpə uşaqlar, kimsəsiz kücələrdə.
Uçqunlar altda qalıb, annə, ata, babası,
Kiminin qucağında, ağlayırdı yavrusu.
Çox dəhşətli mənzərə, yaradıbdı təbiyyət,
Qarda soyuqdan çəkir, yazıq millət əziyyət.
Ayaq yalın-baş acıq, qalıblar küçələrdə,
Ac-yalavac soyuqdan, donubdur iliklərdə.
Heç bir yana getməyib, səbrlə gözləyirlər,
Uçqunların altından, bir ümid gözləyirlər.
Neçə günahsız canlar, uçqun altda qalıbdı,
Körpə - fidan qönçələr, açılmamış solubdu.
Dayanmadan gedirdi, sürəkli axtarışlar,
Onlara dikilibdi, ümid dolu baxışlar.
Burda baş qarışıqkən, axtarış işlərinə,
Soyuq yada düşməyir, heç deyil veclərinə.

Amma ki qardaş ölkə, Azəri qardaşları,
Yaddan cıxarmır bir an, soyuqda qalmışları.
Onun üçün hər nə var, yorğan döşək pal-paltar,
Kim nəyə gücü çatır, gətirirlər hər nə var.
Təki köməyə yetsin, qardaşa yardım etsin.
Gətirdiyi hər nə var, kiminsə hoyna yetsin.
Kəsilmir ard - arası,müdam gələn dostların.
Tanrı köməyi olsun, hər bacı-qardaşların.
Gətirirlər hərnə var, gətirir sevə-sevə,
Bəlkə bu yolla çata, qardaşına köməyə.
Budur bir qardaş gəlir, köhnə bir “Jiquli”də.
Maşın görünməz olub, yorğan döşək əlində
Yığıb evdə hər nə var, yükləyibdi maşına,
O köməyə tələsir, böyük Türk qardaşına.
Türk-Azəri bayrağı, sancılıbdı maşına,
Ki,yolda ləngiməsin, iş acmasın başına.
Heç özüdə bilmədən, kameraya tuş olub,
Əməliylə bu qardaş,həmin gün məhşur olub
O, Sərvər Bəşirlidir, bir LAÇINIı balası,
O, da çox görmüş idi, qaçqın ağrı-acısı.
Bir zamanlar LAÇINdan, qaçqın düşəndə millət,
Qar-boranda sazaqda,çox çəkmişdi əziyyət.
Onunçün də bilirdi, ağrı-acı nə demək,
Vaxt olubki tapmayıb, qarın dolusu yemək.
İndi eşitcək bunu, o günlər düşdü yada,
Düşündü nələr etsin, yetişmək üçün dada.

Özü kasıb olsa da, ürəyi geniş idi,
Bu ürəyi genişlik, onun dadına yetdi.
Yiğib evdə hər nə var, olandan olmazından,
Yorğan döşək barxana,paltardan ya palazdan
Əlinə nə keçdisə, yığıb qoydu maşına,
Özünü tez çatdırdı, o, da mənzil başına.
Xəbərsizdi bu işdən, kameraya düşməkdən,
O, bu hərəkətiylə, gündəmə düşməyindən.
Bütün tele kanallar, ondan danışırdılar,
QOQLE YOTUB da hər kəs, onu paylaşırdılar.
Yorğan döşəklə yüklü, köhnə maşın “Jiquli”,
Hər kəsi hər görəni,YOTUB da çəlb edirdi.
Zaman kecdi bu xəbər, yayıldı Türkiyǝyǝ.
Bir Türk qardaş ürəkdən, jest elədi Sərvərə.
Səbahəttin Civələk, o, bir Türk oğlu gerçǝk,
Bir maşın bağışladı, o, bu şəkili görçək.
Sərvər kasıb olsada, belə bir işi görmüş,
Bizədə ki bir maşın,hədiyyə etmək düşmüş.
Sərvər az iş qoymamış, bu işiylə ortaya,
Türk-Azəri dostluğun,sübut etmiş dünyaya.
Bu bir amac deyildir, tarixdir bir aracdır,
Türk-Azəri dostluğu, tarixdə qalacaqdır.
Səbahəttin Civələk, söylədi belə gerçək,
Sərvər qardaşımıza, bir evdə tikmək gərək.
Belə gözəl ürəyin, sahibidirsə Sərvər,
Onun gün - güzəranı, olsun gərək sərbəsǝr.

Bunun üçün qərara, gəlmişik biz əzəldən.
Sərvər qardaşın evi, tikiləçək təzədən.
Türk-Azəri dostluğu, daima qoy var olsun.
Dostları qoy sevinsin,düşmanları xar olsun.
İki dölət bir millat gardas olub abadi.
Bunun üçün qərara, gəlmişik biz əzəldən.
Sərvər qardaşın evi, tikiləçək təzədən.
Türk-Azəri dostluğu, daima qoy var olsun.
Dostları qoy sevinsin,düşmanları xar olsun.
İki dölət bir millət, qardaş olub əbədi,
Türkü Azərbaycandan, ayırmaq olmaz qǝti.
Bunlar bizlərə qalıb, o, ulu kökümüzdən,
Heç ayırmaq olarmi, özmüzü özümüzdən?
Türk - Azəri dayaqdır, əzəldən bir-birinə,
Buna cəhd eləyənlər, özü düşər çətinə.
Batıdan Doğuyadək, Türkün əli uzanır,
Türkün yanında olan, özünə dost qazanır.
27.03.2023.



Saday QAZAXLI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: