1997-ci ildə Cəlilabad rayonunda orta məktəbi bitirib.
Daha sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” fakültəsində davam etdirib.
“Xalçaçılıq üzrə rəssam” ixtisasını bitirib.
Hazırda Bakı şəhərində yaşayır. Subaydır.
Uşalıq illərindən şer yazır.
Bir neçə dəfə qəzetlərdə şeirləri dərc olunub.
Biz də Vəfa xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!
Bayram AŞIQLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
“Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatı
ZiM.Az
İNSAN
Dünya üçün əriyirik,
Dünya üçün sönürük biz.
Arzuları, ümidləri
Sonda yerə gömürük biz.
Nə qazandıq, nə itirdik,
Həyat adlı bu ünvanda?!.
Gəlir bir-bir göz önünə
Son gedişdə, o son anda.
Oldumu heç ağlamayan,
Gedişində gülən insan.
Oldumu geri qayıdıb,
Bir də geri gələn insan.
Əgər belə puçsa dünya,
Çəkinmə de düz üzünə.
Əgər belə heçsə dünya
Sahib ol sağkən özünə.
İnsan oğlu, sən insansan,
Dünya sənsiz qalacaqdır.
Bir gün cənnətə ucalsan,
O, sənə əl çalacaqdır.
GEDİRƏM
Çəkib əllərimi bu gen dünyadan,
Özüm öz xoşumla çıxıb gedirəm.
Pəncərə deyilən dünya evinə
Qırıq cam ardından baxıb gedirəm.
Gələrkən qurduğum xəyallarımı,
Özümçün yazdığım masallarımı.
Arzudan taxdığım qanadlarımı
Oda atəşlərə yaxıb gedirəm.
Qəlbi qara olan üzü ağları
Mən uca bildiyim alçaq dağları,
Nəfəs alıb verən ölü sağları
Arxamda buraxıb çıxıb gedirəm.
Nəyçündü gəlişim, nədən gedişim?
Bilmədim həyatda nə imiş işim,
Gülmədim üzümdə dondu gülüşüm,
Gözümün yaşların sıxıb gedirəm.
QARDAŞ
Gəlişiylə mənə sevinc gətirən,
Pis günümdə tez özünü yetirən,
Ölümümdə son mənzilə yetirən,
Qardaşım hardadı? Ellǝr hardadı?
Susub ağı deyən dillər hardadı?
Bir zamanlar körpəcəydi mələyim,
Qollarımda gəzdirdiyim ürəyim,
Zərif gülüm fəsli-bahar çiçəyim,
Soldu, xəzan oldu güllər hardadı?
Susub ağı deyən dillər hardadı?
O öldü, mən yaşaıram niyə bəs?
İndi mənə kimlər bacı deyə bəs?
Ey ürək, hayqır sən, sal aləmə səs,
Getdi, geri dönməz günlər hardadı?
Susub ağı deyen dillər hardadı?
DÜNYA
Əgər bir gün gedər olsam,
Sən arxamca ağla, Dünya.
Qəlbdən ağlayanım yoxdu,
Qara bağlayanım yoxdu,
Sən qaralar bağla Dünya.
Sən arxamca ağla Dünya.
Heç olmadı könül dostum,
Hara getdim, ayaq basdım,
Külək olub boşa əsdim,
Sonunda özümə küsdüm,
Sən xətrimi saxla Dünya,
Sən arxamca ağla Dünya.
Heç gördünmü dost vəfası?
Qohum-qardaşın səfası?
İnsanlığın əlifbası,
Bax yadında saxla, Dünya,
Namərdlikdi ağla, Dünya,
Sən arxamca ağla, Dünya,
MƏHƏBBƏT
Yerləri ağladar, Göyü ağladar
Özün od-alova vurar Məhəbbət.
Nə bağlı qapılar, nə dar döngələr,
Tanımaz dağıdıb qırar Məhəbbət.
Körpə uşaq kimi gözü yaşlıdı,
Yüz yaşlı qocatǝk ağır başlıdı,
Axı niyə belə başı daşlıdı,
Soruşub hər kəsə sorar Məhəbbət.
Bir anda ayaqlar altda çul olar,
Özü ağa ikən dönüb qul olar,
Bəzən də qönçədə qızılgül olar,
Açmamış yerində solar Məhəbbət.
DÖN GERİYƏ, DÖN GERİYƏ, AY ATA
Biz dünyanı sənin üçün sevərdik,
Həyatı sən, səni həyat bilərdik.
Güləndə də şirin-şirin gülərdik,
Getdin! söndü göydə günəş, ay Ata,
Dön geriyə, Dön geriyə, ay ATA.
Gör! qalmışıq nə yiyəsiz, nə tənha,
Hər gecəmiz sənsiz dönür sabaha,
Yorulmuşuq gözləməkdən biz daha,
Qurban olum özüm sənə qoy, Ata,
Dön geriyə, Dön geriyə, ay Ata.
Bax! boş yerin, boş yatağın darıxır,
Sənə həsrət lal otağın darıxır,
Qərib qalmış öz ocağın darıxır,
Hayqırıram dünya boyda duy, Ata,
Dön geriyə, Dön geriyə, ay Ata.
Sən qoymazdın boynumuzu bükülə,
Gözümüzü bir yol yola dikilə,
Üzümüzdən pərişanlıq tökülə,
Gǝl! yenə də qapımızı döy, Ata
Dön geriyə Dön geriyə, ay Ata.
Gör nə vaxtdır, gül üzünü görmürəm,
Lal olmuşam, Ata deyə bilmirəm,
Sən öldün... de, bəs mən niyə ölmürəm,
Gəl hay ver, harayıma hay, Ata,
Dön geriyə, Dön geriyə, ay Ata.
BƏNÖVŞƏ ƏTİRLİ İLK MƏHƏBBƏTİM!
Səndən bənövşənin qoxusu gəlir,
Fələyin evimi yıxası gəlir,
Ağlımın başımdan çıxası gəlir,
Eşqim, səadətim, acı qismətim,
Bənövşə ətirli İlk Məhəbbətim.
Titrəyir qəlbimin titrək simləri,
Bu eşqdə qınayım axı kimləri?
Bu ayrılıq rəngli sarı günləri,
Belə keçirirəm, bitmir həsrətim,
Bənövşə ətirli İlk Məhəbbətim.
Gizli-gizli bağrım başı sökülür,
Göz yaşlarım ürəyimə tökülür,
Yadıma düşəndə boynum bükülür,
Niyə taleyimiz belə? Bilmədim!
Bənövşə ətirli İlk Məhəbbətim.
Vəfa Bayramqızı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.