Biz də Samir Nihana yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
BİR ÜMÜDƏ EHTİYACIM VAR MƏNİM
Bir gülüm var rəngi tamam solubdu,
Pərvanələr ləçəklərin yolubdu,
Yenə gözlər qəm içində dolubdu,
Bir ümüdə ehtiyacim var mənim.
Mən azadkən yaşadım məhbəs ömrü,
Tükəndirdi xəyanətlər bəs ömrü,
Dedim fələk zülüm yetər kəs ömrü,
Yetərincə dərdim acım var mənim.
Səs eylərsəm səsimə səs verən yox,
Boğularkən mənə nəfəs verən yox,
Yaşamağa biraz həvəs verən yox,
Saraylarda taxtı tacım var mənim.
Əqlim kamalımdır varım, dövlətim,
Var Qarabağ boyda vətən həsrətim,
Yağılardan öc almaqdı niyyətim,
Əsirlikdə anam, bacım var mənim.
Xeyir deyən, xeyir deyər nəs etməz,
Sakitliyi qoruyan kəs səs etməz,
Gözlərimdən axan yaşlar bəs etməz,
Kökü susuz çox ağacım var mənim,
Bir ümüdə ehtiyacim var mənim.
***
Gülən gözüm betərdi sənsiz,
Hər bir anım kədərdi sənsiz.
Dur qapımın astanasında,
Gör nələrlə üz üzəyəm mən.
Dərd ilə ölüm arasında,
Dayanmışam göz gözəyəm mən.
Xatirəmdə yaşatdıqlarım,
Külək əsdi sovurdu getdi.
Əllərimi uzatdıqlarım,
Üz gözünü çevirdi getdi.
İndi anladınmı dərdimi,
Ömrüm acı əsərdi Sənsiz.
Gülməyimə baxma ey gülüm,
Gülən gözüm betǝrdi Sənsiz.
Sən mənim hər anımda vardın,
Gözlərimdə tükənməz idin,
Bir zaman ki yanımda vardın,
Məndən ayrı görünməz idin.
Hanı o illər, o fəsillər,
Səni mənə qaytaraydılar.
Biz yaşayan saxta nəsillər,
Ayrılıq sorağın yaydılar.
Səndən ayrılanadan ömrümü,
Şəkillərin bəzərdi Sənsiz.
İndi anladınmı dərdimi,
Ömrüm acı əsərdi Sənsiz.
İndi bu gözlər qəm içində,
Baxır durur yollara hər gün.
Mən həsrətli görkəm içində,
Ürǝyə vurdum vara hər gün.
O sakit küçələr, döngələr,
Hər ötəndə səni andırır,
Xəyalıma gəlir gör nələr,
Məni o duyğular yandırır.
Sən ayrısan uzaqda mənsiz,
Mən çəkirəm bu dərdi Sənsiz
İndi anladınmı dərdimi,
Ömrüm acı əsərdi Sənsiz.
***
Ruhumu göylər apardı,
ölürəm ağlama, yarım.
mənə yas tutma amandır,
qarələr baglama, yarım.
xoş idi əzəl səninlə,
məhəbbətin dadı vardı.
ya üz çevir, ya da dinlə,
bu sevginin adı vardı.
hara getsək danışırdı,
hər kəs bizim bu sevgidən.
yadlar yanıb alışırdı,
qəlbləri biziydik didən.
sən yaşa mənsiz həyatla,
məni soraqlama yarım.
bir gün gələcək ağ atla,
deyib sayaqlama yarım.
doğulan ümüdlər ki var,
bir gün öləcəkmis demə.
mən düşən həsrət intizar,
səni də çox salar qəmə.
sənin məhəbbətin gülüm,
bir damla yaş qədər imiş.
sən demə sənin qəlbinin,
bərkliyi daş qədər imiş.
sən mənim bu saf esqimi,
əzib ayaqlama yarım.
sonda peşman olmuş kimi,
köksünü dağlama, yarım.
PAYIZ
Yolunda ayağım izi qalanda,
Sevgimə gətirdin nişanı Payız.
Arxamca ellərin gözü qalanda,
Yağdırdın çollərə xəzanı Payız.
Səndə bir aşiqlik havası varmış,
Hər eşqin öz ayrı duası varmış,
Aşiqin sulardan sonası varmış,
Pozmadın sevgidə mizanı Payız.
Çiçəyə əlvida deyə bilmərəm,
Mən Yazın xətrinə dəyə bilmərəm,
Hər donu əynimə geyə bilmərəm,
Sevmərəm əhdini pozanı Payız.
Gülüşü gözümə sən gətirmisən,
Sən məndən bir ayrı mən gətirmisən,
Ömrümə bir yarı tən gətirmisən,
Saxlaram mən səndən Rizani Payız.
GƏLƏCƏKDİR
Səbr eylə gözüm, sevgili canan gələcəkdir,
Qalma belə həsrətdə nigaran gələcəkdir.
Məntək fəqirin yoxdu gücü neyləyə billəm,
Ol gun ki geler canima bir can gələcəkdir.
Ismi düşə bilməz bu dilimden, dodağımdan,
Hərgah bilirəmki o gözəl an gələcəkdir.
Cahildir o kəslər gözünü xaliqə yumsun,
Bir gün o həmən gözlerə də qan gələcəkdir.
Dunya malina aludəçi olmayaq hec vaxt,
Olsaq bizə dünyada nə peyman gələcəkdir.
Həsrətli qalan gözlərimin yoldadı meyli,
Qalmaz bu qədər halı-pərişan gələcəkdir.
Aşiqlərin artıq gücü yoxdur təbib istər,
Göndərmiş onu xaliqi sübhan gələcəkdir.
Çox eyləm ahh xəstə könül səbr elə, gözlə,
Artiq bilirəm ki sənə dərman gələcəkdir.
Səslər Nihan öz yarını hər gün gecə-gündüz,
Yəqin bitəcək aşiqə hicran, gələcəkdir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.