Dövri mətbuatda bədii publisistik yazıları və şeirləri dərc olu-nur. Azər¬baycan Jurnalistlər Birliyinin üzvü, Uğur yolu TV.az saytının təsisçisi, Anasan Anadolu Sanatçılar Birliyinin Azərbaycan-Qarabağ nümayəndəsidir.
Biz də hörmətli Raziyə xanıma yeni-yeni uğurlar arzu¬layır və aşa¬ğıda onun bir neçə şeirini dəyərli oxucu¬larımıza təqdim edirik.
ZiM.Az
AZƏRBAYCANIM
İşıqlı səhərimsən,
Gözümün didəsisən,
Döyünən ürəyimsən,
Canım Azərbaycanım!
**
Damarımda qanımsan,
Müqəddəs məkanımsan,
Sən odlar diyarımsan,
Canım Azərbaycanım!
**
Ər igidlər oylağı,
Dahilərin ocağı,
Tanrının gur çırağı,
Canım Azərbaycanım!
İKİ QARDAŞ
İgidlər, Ərənlər ayraq əlində,
Türkük hamımız ənəl-həqq dilində,
Doğma Qarabağı azad edəndə,
İki xalq, bir millət sirdaş olubdur,
Türkiyə, Azəri qardaş olubdur!
**
Əzəldən bir olmuş arzu diləyi,
Yaranandan bir-birinin köməyi,
Hər an qoşa vurmuş qəlbi, ürəyi,
Ağır, çətin gündə yoldaş olubdur,
Türkiyə, Azəri qardaş olubdur!
**
"Bir millət, iki dövlətik" dedilər,
Böyük Atatürk, dahi Ulu Öndər,
Ərdoğan, İlham qardaşıq dedilər,
Biri birinə arkadaş olubdur,
Türkiyə, Azəri qardaş olubdur!
AZƏRBAYCAN ƏSGƏRİ
Məğrur dayan səngərdə ,
Qoru kəndi,şəhəri,
Ulduzların qoynunda
Uğurla aç şəhəri
Azərbaycan əsgəri.
**
Sən döyüş yollarında
Qazandın hər zəfəri,
Xalqımın ürəyindən,
Sildin qəmi,kədəri,
Azərbaycan əsgəri.
**
Düşmənlə vuruşalarda
Titrəməmiş əlləri,
Yağı düşmən başına
Səpəndə güllələri
Azərbaycan əsgəri.
CAN AZƏRBAYCAN
Hər dağın, dərən geyinib al-əlvan,
Ərənlər oxuyur düşmənə meydan,
Qələbə sevinci verir ruha can,
Zəfərin mübarək, can Azərbaycan!
**
Hər oğlun, hər qızın bir qəhrəmandı,
Canıyla, qanıyla tarix yazandı,
Bizə zəfər sevincin yaşadandı,
Zəfərin mübarək, can Azərbaycan!
**
Doğma Qarabağa sancıldı bayraq,
Vermədin yağıya bir qarış torpaq,
Deyirəm fərəhlə, qürur duyaraq,
Zəfərin mübarək, can Azərbaycan!
**
Heyran oldu cahan igidlərinə,
Yüksəldilər şəhidlik zirvəsinə,
Kamilqızı nəğmə yazdı şəninə,
Zəfərin mübarək, can Azərbaycan!
DƏMİR YUMRUQLU
ALİ BAS KOMANDAN!
Ulu öndərin davamçısısan,
Şanlı ordumuzun sərkərdəsi
Doğma Qarabağın xilaskarısan,
Səninlə fəxr edir elin oban da
Dəmir Yumruqlu Ali Bas Komandan!
*
Səsinlə dünyaya meydan oxudun,
İgidlər səsinə səs verdi həmən
Mənfur düşmənlərdən qisas alındı,
Dəmir Yumruqlu Ali Baş Komandan!
**
Ata vəsiyyətini yerinə yetirən,
Üçrəngli bayrağı ucaldı göylərə,
Rəşadətli ordunla qan uddurdun düsmənə,
Dəmir Yumruqlu Ali Baş Komandan!
GENERALIM
Vətənə canım qurban deyə-deyə,
Qarabağda sən girdin ilk döyüşə,
Öz zəhmətinlə yuksəldin zirvəyə,
Dahi sərkərdə əziz General!
**
Doğuldun Vəndamda dağlar qoynunda,
Vurmuşdun,döyüşdün Vətən yolunda,
Sən şəhid oldun Tovuz elində,
Dahi sərkərdə əziz General!
**
Səninlə fəxr etdi,hər bir əsgərin,
Ön cəbhə oldu sənin şəngərin,
Çaldın necə qələbə,neçə zəfər,
Dahi sərkərdə əziz General!
**
Döyüşdün əsgərlərinə,yanbayan,
Etdin sən canını vətənə qurban,
Kamilqızı yazar şəninə dastan,
Dahi sərkərdə əziz General!
QANLI YANVAR
Ürəyimə dağ çəkən ey müdhiş gecə,
Adını tarixə yazası oldum.
Qan tökməyə gələn rus əsgərinə
Qan içən adını verəsi oldum.
**
Nahaq qan tökməkdə ad alanların,
Namərdin gözündə ucalanların,
İyirmi yanvarda qan salanların,
Əlimlə qəbrini qəzası oldum.
**
And içdilər üçrəngli bayrağına
Dağ çəkdilər düşmənlərin sinəsinə,
Qurban getdilər vətənin torpağına-daşına
Kəfənlər büründu al qərənfilə
**
Yerdə qalmaz xalqımın nahaq qanı,
Eşitmirsənmi fəryad edən ananı,
Məzarlar üstə saçını yolanı,
Qaniçəndən qisas alası oldum.
**
Qana boyandı küçələrin daşı,
Ağladı qərənfil, tökdü qan-yaşı,
Qoymaram qala leş üstə başı,
Düşməni vətəndən qovası oldum.
ÇƏRXİ-FƏLƏK
Bələyibdir məni dərd adlı bələk,
Həsrətə hicrana dözməyir ürək,
Saldın məni oda ey zalım fələk,
Çox zülm eyləmə mənə çərxi-fələk.
**
Məhəbbət yandırıb yaxır qəlbimi,
Bir sevgili yar aldı ürəyimi,
Dağladı getdi könlümü, qəlbimi
Çox zülm eyləmə mənə çərxi-fələk.
**
Yatsa da qəlbim özüm oyaq kimi,
Yar da gəldi yuxuma qonaq kimi,
Sübh oyanıb ağladım uşaq kimi,
Çox zülm eyləmə mənə çərxi-fələk.
**
Kamilqızıyam, incə qəlb, kövrəyəm,
Eşq, məhəbbət Tanrısı, ilahəyəm,
Cənnət bağçasında huri-mələyəm,
Çox zülm eyləmə mənə çərxi-fələk.
ANAMIN LAYLASI
Dedilər saçındakı ağ qardımı,
Əllini ötüb yaşın, bəyazdımı,
De anadan əziz kimsə vardımı,
Anamın laylasını istəyirəm mən.
**
Həyatda hər kəsdən uzaqlaşmışam,
Ata-anasız kövrəlib, dolmuşam,
Elə bil yenidən uşaqlaşmışam,
Anamın laylasını istəyirəm mən.
**
Gəzərdi titrək əlləri telimdə,
Hiss edirdim nəfəsini üzümdə,
Acılı, şirinli xoş gunlərimdə
Anamın laylasını istəyirəm mən.
XOCALIDA
Qarlı, boranlı qara gecə idi,
Xain qarı düşmən hücuma keçdi,
Neçə igidlər canlarından keçdi,
Qopdu o gecə tufan Xocalıda.
**
Sarıldı silaha hər oğlun, qızın,
Yüksəldi göylərə səsi silahın,
Axdı qanı neçə məsum insanın,
Qopdu o gecə tufan Xocalıda.
**
Gözü yaşlı qaldı neçə analar,
Süngüdə oynadı körpə balalar,
Girov, əsir düşdü gəlinlər, qızlar,
Qopdu o gecə tufan Xocalıda.
**
Neçə evlər xaraba, viran qaldı,
Gör neçə körpə, uşaq yetim qaldı,
Kamilqızı göz yaşı ilə yazdı,
Qopdu o gecə tufan Xocalıda.
BAĞIŞLAYARMI
Məni bağışlayarmı usaqlığım,
Uşaqlara qoşulub oynamağım,
Onu uşaq tək yaşaya bilmədim,
Onlarla danışıb-gülə bilmədim.
**
Gəncliyim necə keçdi, bilmədim,
Onu vecsiz insanlara xərclədim,
Heç kimin qəlbini qıra bilmədim,
Öz qəlbimi param-parça etdim.
**
Hər kəsin hayına, dadına çatdım,
Hər bir kəsi yaddaşımda saxladım,
Özümü unutdum, yaddan çıxartdım,
Öz imdadıma, hayıma catmadım.
**
Bağışla boşa verdiyim illərim,
Kiməsə qurban etdiyim günlərim,
Kamilqızıyam, açılıb gözlərim,
Qayıdarmı bir də gənclik illərim?
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.