MAHMUD DALĞA (1969)

MAHMUD DALĞA (1969) Mən،Mahmud Bəniadəm Dizəc (Mahmud Dalğa) 1969-ci ildə, Güney Azərbaycanda, Təbriz şəhərinə yaxın bir balaca kənddə (Dizəc Alı Qolu Beg) də dünyaya göz açmışam, ilk oxulu bu kənddə başa çatdırmışam.
Sonralar ailəmiz üçün iş olmamaq, səbəb olubdur Kərəc şəhərinə köçub orda yaşayaq. Mən bu şəhərdə electronic öyrəncisi olub bu işə davam vermişəm. Ana dilində (Türkcə) yazıb, oxumaq İran ölkəsində çox çətindir. Burda hamı yazılar gərək farca dildə olsun! Mən Ana dilimi az–çox özüm öyrənib ve bu dilə könüldən bağlı qalmışam...(bizim dil bu ölkədə yasaq saıyrır.)
Əlbətte, Bir neçə yazım “Güney Azərbaycan uşaq ədəbiyyaı” antologiyasında çap olubdur.


VƏTƏN

Baltadır,
Dəhrədir,
Oraqdır, sənsən.

Şəpədir,
Qirovdur,
Sazaqdır, sənsən.

Yaşıldır gözlərin sarı meşədə,
Doğranan saçlardır,
Daraqdır,sənsən.

Dağlardır,
Yollardır,
Uzaqdır,sənsənş

Diləkdir,
Ürəkdir,
Oraqdır,sənsən.

Sözlərim qorxudan qara geyinib!
Gecədir,
Ulduzdur,
Sayaqdır, sənsən.

BU DA OLAR

Ayna kimi sınıb ürək
Parçaları səpələnib!
Nur taxıllar qaranlığa.
Gözu qara,
Özü qara,
Üxü qara bu gecəni,
Günəş gəlib, disgindirib, daxıdacaq.
Inan gözəl,
Sinar ürək,
Parçalanar dilim – dilim
Hər dilimi, hər parçası
Bir dağ olar,
Ağır,
Ağır,
Dik dayanar.
Dağ başından birdən biri,
Çixar yanar,
Çiraq olar,
(Babək)olar,
(Həcər)olar,
(Koruğlu)na xəncər olar.
Zülmün evin yarar – yarar,
(Eyvaz) olar.
ALMAŞIQ

Könlümdə daş keçir,
Bir ağac keçir!
Deyirəm dünyanın, başın əzəsən.
Yaltaqçı şaırın,
Dil – dodağını,
Yalançı göyçəgin, qaşın əzəsən.
Qəfəsin adıda,
Yadıda mənin,
Bağrımı dağlayır,
Canımı alır,
Deyirəm qəfəsın, adın əzəsən.
Bu dünya vəfasiz,
Köhnə palandır!
Palanı boşlayıb, Nalın əzəsən.
Dilimdən sallanıb,
Qurtuluş bir söz,
Könülsüz sözlərin, sazın əzəsən.
Burda bir dağ var,
Adı ayrılıq,
Bu dağın sazağın, qarın, əzəsən.
Namərdın könlündə,
Hər nələr varsa,
Hər zadın boşlayıb,
(Na)ın əzəsəzn.
Qaranlıq günlərin,
Qara bağrını,
Ulduzsuz gecənin, Ayın əzəsən.
Burda bir söz var,
Gizlin deyieəm!
Vətənsiz millətin,
Qanadsız quşun,
Qafıldan tökülüb, başın əzəsən.
Dağlara çən gələ,
Meşələr gülə,
Dorasan dağların, daşın əzəsən.
Bağlarda ağaclar
Yan – yana düşür,
Baltanın dəmirdən olan boğzın,
Boş verib,
Baltanın sapın əzəsən.

KƏPƏNƏ

Ginə gəldi yaz, bahar,
Açdı güllər bağçada.
Hər yan çıçəklənibdir
Hər yan gözəlləşibdir.
Köcəmızə uşaqlar,
Gülür qaçır,
Hay salır,
Qar əryib su axır.
Güllü, gülüş bağçada
Çərçi gəlib gül satır.
Kəpənək bir don alıb,
Min rəngi vardir donun.
Çiçəklərin içində,
Geyib nazlı dolanır.
Uşaqların səsləri,
Gülüşləri bəhsləri,
Çiçəklənən bağçalar
Səni yadıma salır.
Darıxıram qafıldan
Gözlər gizlin ıslanır.
Kəpənək, ay kəpənək,
Uçma burdan, qal bizdə!
Uçarsan göz vurarlar
Qanadların sınarlar
Qonça kimi solarsan.
Küsər birdən yaz bizdən
Payız gələr, qiş olar
Donar bizim arzular,
Sözlər qalar boğazda
Yarımçıliq baharda.

DƏLİ CEYRAN

Darıxan kim olacaq,
Ürəgi çirpinacaq?
Kim gəlib qişda, qırovda,
Mənə yad saxlayacaq?
Batıram mən!
İtirəm mən!
Getirəm damcı kimi,
Sary, solmuş axacın
Köklərinə can qatıram mən.
Darıxan olmuya keşgə,
O gözəl, gözlərə şeh dolmuya keşgə,
Arzular solmuya keşgə,
Sözləri qorxu gəlib, boğmuya keşgə,
Dəli baş dağda duram mən
Uca boyda, uca səsdə
Bağıram mən,
Çağıram mən,
Sevirəm mən səni gəl!
Ay dəli ceyran, dəli ceyran.
Gözlərim yaşla dola,
Göydə bulutlar qovşa,
Ağlayan mən,
Darıxan mən,
Sevinən dağda çıçəklər,
Bağda ağaclar
Yaz gələ, güllü çıçəklər.
Səs düşə bu dərəyə,
Uca dağlarda bir oğlan,
Çağıra:
- Ay dəli ceyran, dəli ceyran.

YUXU

Qapı bağlı,
Pencərə bağlı,
Dil bağlı.
Mən özümü duvarlara çalıram!
Yadımdadır,
Bir gecə mən yuxumda
Bir quş gördüm, uçdu keçdi duvardan,
Qanad çaldı, qaçdı, getdi durmadı,
Yorulmadı, ağlamadı, qalmadı.
Amma ginə, bağlı qaldı
Qara qapı, pəncərə,
Duvarların dalındakı həncərə.
Mən yuxu gördüm bir gecə sevindim
Elə bildim əllərimdən tutan var!
Mənlə gəlib,bağçalara qaçan var.
Qaçarqan o dəli yellər gələndə
Dağlar səsə düşüb, meşə güləndə
Koruğluna, Nigar könül verəndə
qollarimi salım yarın boynuna
bağlı qapı, pencərələr açılsın
şirin dilim,
aşıqların sazında,
darıxmasın, gülə - gülə çalınsın.
Kaş yuxular şirin – şirin biteidi!
Gözlərimdən qara duvar iteidi.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: