QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR

QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR Addım-addım irəliləyən duyğulu poeziya aləmində öz ədəbi imzalarını yazılarında əks etdirən istedadlı gənclərin sənət yolu hər zaman müasir ədəbiyyatda diqqət çəkibdir. Bu isde-dadlı gənc yazarlardan biri də Dəniz Rüzgar imzası ilə tanınan gənc yazar Xanım Rasim qızı Şirinovadır. Onun poeziya tumurcuqları "İlk Məhəbbətim" adlı ilk şeirini məktəb illərində qələmə aldığı şeirlə başlayır. Daha sonra gənc şairə qələmlə sirr yoldaşlığı edir, şeirlərinin əvvəlində ürəyi ilə sirdaş olub dərdləşir, umur-küsür üsyan edir.

Çox küsmüşəm bu dünyanın özündən
Su içmərəm taleyimin gözündən
Nə olar ki, dönük çıxma sözündən
Ölüncə sinəmdə döyün ürəyim.


"Dənizin səsi" adlanan ilk kitabını 2019-cu ildə, "Sevginin yeddi rəngi" adlı ikinci kitabını 2023-cü ildə oxucularının ixtiyarına verən gənc şairənin şeirlərində sadə və səmimi bir dil vardır ki oxucu tərəfindən tez anlaşılan və rəvan olan. Sevgi duyğuları, yalnızlıq, sənsizlik, səssizlik gənc şairənin şeirlərinin ilk nuba-rıdır. Gəncliyinə hicran odunu ələyən duyğularına "sənsizlik" deyir və küsən kimi olur özü-özündən. Əslində bu bir ədəbiyyat ərköyünlüyüdür.

Dəniz Rüzgar həm də istedadlı bədii qiraətçidir. Vətənpərvərliyi ilə göz önündə olan, qəhraman ogulları öz yazılarında, çıxışlarında hər zaman canlandıran gənc yazar öz yazılarına, eləcə də müxtəlif yazarların qələmə aldığı yazılara öz səsi ilə daha da bir ahəng qatır.

Gənc yazarların "Şeirin Günü" lahiyəsinin rəhbəri, Zefer-tv.az rəsmi xəbər saytının təsisçisi və baş redaktoru olan Dəniz Rüzgar bir çox titulların və fəxri adların da sahibidir. “Heydər "Əliyev” Fəxri media və "Qızıl qələm" mükafatları laureatıdır. “Xurşidbanu Natavan” medalı ilə təltif olunub. Türkiyənin "Al-tın Mutluluk Sevgi media", "İmaj magazin 24 illik sanat", "Yer Yüzü Onur" ödülleri, eləcə də, “İlin qazeteçi yazarı”, “İlin gənc xanım yazarı” (2019, “Bizim media”) və s. fəxri mükafatlarla təltif olunub.

Ədəbiyyat haqqında tez-tez işlənən bir ifadə var: "Ədəbiyyat canlı orqanizmdir". Dünya ədəbiyyatını canlı bir orqanizmə bənzətsək, onda Azərbaycan ədəbiyyatıda dünya ədəbiyyatının bir hissəsidir. Dəniz Rüzgarın da şeirleri, qələmə aldığı yazıları yaşadığı müddətcə canlanacaq, böyüyəcək, inkişaf edəcək və əminik ki, gələcəkdə bu əbədi aləmə bir işıq, bir nur saçaçaqdır.


QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR Biz də aşağıda
Dəniz Rüzgarın bir neçə şeirini
dəyərli oxucularımıza
təqdim edirik,
ona yeni-yeni yaradıcılıq uğurları,
yazarlıq həyatında daha da işıqlı
yeni bir ədəbiyyat yolu, eləcə də,
şəxsi həyatında və əmək fəaliyyətində
yeni-yeni nailiyyətlər arzulayırıq.

Raziyə KAMİLQIZI,
AYB və AJB-nin üzvü
ZiM.Az




QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGARBURDA BİR OĞUL YATİR

Şəhid Nurlan Məmişovun
əziz xatirəsinə


Qönçə ömrun açılmayan xəzandı
Günahkarı bəxti qara yazandı
Dedilər ki qəza sənin qəzandı
Boğ hirsini al qisası səsi batır
Burda bir oğul yatır.

Canın verdi xalqın haqq savaşında
Qəhraman tək qaldı el yaddaşında
O şəhid oldu tam iyirmi yaşında
Allah hüzurunda zirvəyə qalxır
Burda bir oğul yatır.

Baş daşı hüzünlü bir qəm heykəli
Boğur ailəsini qəmli dərd seli
Daha qalxmayacaq silahlı əli
Gör neçə ürəkdə ocaqlar yanır
Burda bir oğul yatır.

Düşmənin bağrına od qoyub yaran
Köçdün öz yurdundan ay igid Nurlan
İndi səndən geriyə xatirə qalan
Məzar daşındakı şəkilin baxır
Burda bir oğul yatır.

Xəyalları puç olan qəlbi arzuyla dolu
İgid qəhraman xalqımın vuran qolu
Biraz dayan ayaq saxla el oğlu
Gözünü aç başın yuxarı qaldır
Burda bir oğul yatır.


QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR MƏNİM ÖLMƏYƏN
ŞƏHİD QARDAŞIM

Şəhid
Vaqif Vüqar oğlu İsmayılzadənin
əziz xatirəsinə


Sən vətən harayına çatdın qəhraman
Ax yurdundan didərgin salmışdı zaman
Cəbrayılda doğulub Füzulidə can qoyan
Əbədi tarixlərdə qalan qardaşım
Mənim ölməyən şəhid qardaşım.

Qanınla azadlığa yüksəldi millət
Çəkildi üstümüzdən bu qara zillət
Səsini her yanda dünyaya dinlət
Görsünlər qorunur torpağım daşım
Mənim ölməyən şəhid qardaşım.

Övlad candı iki candan keçmisən
Onlar üçün azad həyat seçmisən
Şəhadət şərbətin vaxtsız içmisən
İki körpən əmanətim yadigarım
Mənim ölməyən şəhid qardaşım.

Ana qucagını isti doğma saymayan
Vətəni sevməkdən sevib doymayan
Özü üçün bircə ağ gün qoymayan
Kəsdiyim çörəyim yediyim aşım
Mənim ölməyən şəhid qardaşım.

Sevinclə getdiyin yoldan qayıtdın
Düşman fitnəsilə əbədi yatdın
Qəfil bir yuxudan bizi oyatdın
Gəldin üzərimdə şanlı bayragım
Mənim ölməyən şəhid qardaşım.


QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGARAĞLAMA ANAM

Cəbrayıl sevdalısı
Şəhid Emin İsmayilovun
əziz xatirəsinə


Bir sevgiyə çatmır ömrüm
Vaxtlı-vaxtsız çatır ölüm
Vətən darda necə gülüm
Haqsızlıq deşir sinəmi
Ağlama anam ağlama məni.

Dogulsaydım yenidən mən
İlk kəliməm olar vətən
Beşiyimdə keşik çəkən
Qoruyardım qeyrətimi
Ağlama anam, ağlama məni.

Sən böyütdün mərdi mərdanə
Mən baş əymərəm axı düşmənə
Ölüm olsa keşikçiyəm vətənə
Arxamca boylanıb gəzmə izimi
Ağlama anam, ağlama məni.

Bükülüb bayrağa son kəs gəlmişəm
Ən uca zirvəni qalxıb seçmişəm
Gedərkən qarşında səcdə etmişəm,
Başını uca tut yaşat Emini,
Ağlama anam, ağlama məni.

Dəniz RÜZGAR,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: