(Kiçik poema)
Tarix boyu sərvətinə, torpağına göz dikən yağılardan nələr çəkməyib Azərbaycan xalqı? Keçmişdən günümüzə kimi dəfələrlə yağmalanıb, dağıdılıb. Mənfur qonşuları tərəfindən neçə yerə bölünüb. Bir hissəsini (cənubi Azərbaycanı) İran adlı İslama xain, “guya islam dövləti” özü üçün zəbt elədi. Bir hissəsini də (Borçalını) Gürcüstana “hədiyyə” verdilər. Bir hissəsini isə (Dağıstanı) Rusiya özü üçün zəbt elədi. Bir hissəsində də qondarma Ermənistan adlı dövlət yaratdılar. Bütün bunlar rusların əməlləridir. Geridə qalanını da guya müttəfiq respublika kimi, yenə də ruslar öz əsarətində saxladı. Beləcə Azərbaycan türk dövlətini bütün dünyanın gözü önündə bu iki türk düşməni – ruslar və farslar parça-parça edib dağıtdılar. Nəhayət, bu nəhəng İttifaq dövləti dağılıb paramparça oldu. Bu qarışıqlıqdan istifadə edən ulu türkün qədim-qayım düşməni mənfur ermənilər yenə rusların köməyi ilə oturduqları Azərbaycan torpaqları ilə kifayətlənməyib, mənfur rus cəlladlarının yardımı ilə Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu (Azərbaycanın 20%-ni) işğal elədilər. 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində baş verən bu qanlı hadisələr hamının yaxşı yadındadır. Düz 30 il bu torpaqların sərvətini talan edib, kəndləri və şəhərləri viran qoydular. Bununla da gözləri doymayan acgöz ermənilər bu 30 ildə demək olar ki, hər gün Azərbaycana təcavüz etdilər. Saysız-hesabsız əsgərlərimiz şəhid oldular. Analar gözü yaşlı, atalar sinə dağlı qaldılar. Nəhayət, bu qədər zülmə dözməyən Azərbaycan xalqı cənab prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ayağa qalxdı, ölüm-dirim savaşına başladı. 30 il yağı tapdağında, əsarət altında olan torpaqları 27 sentyabrdan başlayaraq (2020-ci ildə) 44 gün ərzində bu əzazil yağılardan azad elədi. Hələlik kiçik bir hissəsi (Rusiya prezidenti V.Putinin müdaxiləsi ilə) qalıb ki, onun da inşallah, yaxın gələcəkdə siyasi yollarla azad olunduğunu görəcəyik. Bu tarixi qələbə heç şübhəsiz ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin hünəridir. Bu işdə canbir, qanbir qardaşımız Türkiyənin hər cür dəstəyi böyük rol oynadı. Türkiyə Cümhuriyyətinin prezidenti, cənab rəis R.T.Ərdoğanın qardaş kimi birbaşa müdaxiləsi Azərbaycana çox böyük dəstək oldu. Yaxın Şərqdə öz sözünü deyə bilən qüdrətli Pakistan dövlətinin baş naziri İmran Xanın mənəvi dəstəyi də çox iş gördü. Bütün bunları hamımız gördük, bilirik. Dostumuzu və düşmənimizi də daha yaxından tanıdıq.
44 günlük bu müharibədə borçalılar da geridə qalmadı. 500. 000-dən çox türkü olan Borçalıdan 500-dən çox əsgər və zabit bu döyüşdə iştirak etdilər, bir çoxları şəhid və qazi oldular. Onların içində təyyarəçi də, tankçı da, topçu da və. s. vardı. Ağ xalatlı Borçalı tibb işçilərimiz döyüş bölgəsində yerli həkimlərlə birlikdə ön cəbhədə canfəşanlıqla fəaliyyət göstərdilər. Şuşa alınan gün üç rəngli Azərbaycan bayrağını orada ucaldanlardan biri də Borçalı balası idi. Onu demək istəyirəm ki, biz borçalılar heç vaxt özümüzü Azərbaycandan kənarda hesab eləməmişik. Ağır günlərini dərdimiz bilib, şən günlərində onlarla birgə biz də sevinmişik.
Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində, siyasətində, müxtəsəri, hər cür sahələrində Borçalı türkləri olub və var. Bundan sonra da olacaq. Bunları deməkdə məqsədim odur ki, mən inanıram ki, yaxın gələcəkdə Azərbaycan yenə də (şimal-cənub) öz bütövlüyünə qovuşacaq. Bu torpaqlardan erməni və fars deyilən yezidlərin kökü kəsiləcək. Çünki, bu torpaqlar əzəli Azərbaycan türkünün torpaqlarıdır. Su axan yerdən bir də axar – deyib atalar. O günləri biz görməsək də, nəvə-nəticələrimiz görəcək, Allahın iznilə. Yaşasın Azərbaycan! Şəhidlərimizin ruhu şad olsun! Amin!
Fevral 2019
1-ci hissə
Azərbaycan, ulu türkün
Qədim odlar diyarısan.
Bu millətin doğma yurdu,
Həm dövləti, həm varısan.
Torpağının hər qarışı
Bir tükənməz bar-bəhərdir.
Hər çınqılı, hər qayası
Sadə deyil, ləl-gövhərdir.
Buna görə yağı düşmən
Torpağında at oynatdı.
Nə zaman ki fürsət görsə,
Fitnə-fəsad, şər qaynatdı.
Parçaladı dilim-dilim,
Pay da verdi sümsük itə.
Rusun, farsın əllərində
Döndün yağlı, şirin ətə.
Yedikcə lap harınlaşdı
Boynu yekə gəlmə yadlar.
Birləşdilər rusla farslar,
Peyda oldu özgə adlar.
Doymadılar, zaman-zaman
Sərvətini taladılar.
Tapdaq oldu Qarabağın,
Nə odlara qaladılar.
“Özünə dön!” kəlməsini
Söyləmişdi Bilgə Kağan.
Yağıların üzərinə
Türk oğluydu coşub yağan.
Cavanşirin bir şir kimi
Od püskürür, hayqırırdı.
Babək kimi ər oğulun
Düşmənləri hey qırırdı.
Azərbaycan dövlətini
Şah Xətai yaratmışdı.
Yadellini pərən salıb,
Zor gücünə dağıtmışdı.
Pənah xanın qüdrətiylə
Çiçəkləndi o Qarabağ.
O torpaqlar oldu bizim
Gözümüzdə uca bir dağ.
Daha sonra boy göstərdi
Böyük kişi Məmməd Əmin.
Üç rəngli şux bayrağıyla
Rəhbər oldu yurda həmin.
Qanlı Sovet imperyası
Yetmiş ildə nələr etdi?..
Millətimin öndərləri
Zorbalığa qurban getdi.
Taladılar, məhv etdilər
Dövlətini, sərvətini,
Torpağında bəslədilər
Yadın gəlmə, pis itini.
O itlər ki, çörəyini
Yeyib yaman qudurdular.
Axırda da havalanıb,
Üzünə də şax durdular.
Doymadılar bu qədərlə,
İstədilər yenə yemək,
Bu yaramaz ermənilər
Rusdan aldı təzə kömək.
Zəbt eləyib taladılar
Gözəl, göyçək Qarabağı,
Azərbaycan torpağına
Çəkdilər çox yaman dağı.
Düz otuz il o torpaqlar
Qan ağladı zor əlində,
Azərbaycan türklərinin
Ağı oldu söz dilində.
93-də Azərbaycan
Yaşayanda qara günlər,
Pələng kimi peyda oldu
Heydər baba, ulu öndər.
İlahidən bir sur kimi
Yetdi xalqın imdadına.
Rus quyruğu, fars quyruğu
Yandı özü öz oduna.
Dedi, gərək tədbir ilə
Düşmənlərdən öc alına!
Bütün dünya heyran qaldı
Onun ağlı-kamalına.
Çox çalışdı var gücüylə,
Nizamlı bir ordu yığdı.
Onun belə qayıdışı
Düşmənlərə sinədağdı.
***
Dünyanın qarışıq, zor zamanında
Nələri itirdi Azərbaycanım.
Millət paralanıb, bölüklənəndə
Bir oğul yetirdi Azərbaycanım.
Satqınlar ölkəni talayan zaman,
Babək, Cavanşirmi durdu yerindən?
Yağılar odlara qalayan zaman,
Qaşları çatıldı möhkəm, dərindən.
Millət “Heydər” dedi, Heydər “Xalq” dedi,
Nicat yollarını xalq onda gördü.
Qırdı caynağını qanlı kabusun,
Elə ki meydanda şahanə durdu.
Səsinə səs verdi obalar, ellər,
Xalqa arxa oldu Heydərim mənim.
Dahi zəkasıyla, iti ağlıyla
Oldu düşmənlərə yenilməz qənim.
Arzusu, istəyi bir çiçək kimi
Açılır İlhamla həyatda indi.
Gözəl əməllərlə, xoş niyyət ilə,
Uğurlu gələcək millətimindi!
***
Azərbaycan, gözəl məkan,
Başın neçə bəla çəkdi.
Vurhavurlar, qovhaqovlar
Səni haldan hala çəkdi.
Haqdan gələn sərvətin də
Sənə qəddar yağı oldu.
Çiçəklənmək istəsən də,
Zaman-zaman gülün soldu.
Zülm əlindən gəldin cana,
Hər yetən bir qapaz vurdu.
Vicdansızlar, namussuzlar
Hər gün yeni kələk qurdu.
Səs vermədi harayına
Sülhməramlı heç bir qurum.
Didərginlər, qaçqınların
Gözləyirdi hələ yorum.
Neçə igid oğlun, qızın
Şəhid oldu haqq yolunda.
Torpağına susayanlar
Tələ qurdu sağ-solunda.
Səni azad görmək üçün
Fəda oldu şirin canlar.
İçində də hələ çoxdur
Qarnı qurdlu, xəbis “yan”lar.
Ancaq səbrin yolu uzun,
Haqq-ədalət tələsməyir.
Gün doğacaq gül üzünə,
Səmum yeli hey əsməyir.
O torpağa tökülənlər
Şəhidlərin al qanıdır.
Şanlı vətən övladların
Bir müqəddəs, pak canıdır.
O canlardan, o qanlardan
Fışqıracaq yeni hiddət.
Türk oğlunun qayıdışı
Çəkməyəcək uzun müddət.
***
Gözləyirəm yollarını,
Hardasan ey ərən türküm?
Gör kimlərə qalıb yurdun,
Övladların pərən, türküm.
Yetir yeni qəhrəmanlar,
Qoy göstərsin hünər onlar.
Şəhid olub neçə canlar,
Sağ qalıbdır haran, türküm?
Tamahkarın zorbasından,
Yadellinin hərbəsindən,
Müxənnətin zərbəsindən,
Sızıldayır yaran, türküm.
Ayaq üstə qalacaqsan,
Aləmə hay salacaqsan.
Yenə özün olacaqsan,
Öz yaranı saran, türküm.
Haqq axtaran saf gözün var,
Deyilməmiş çox sözün var.
Tarixlərdə mərd izin var,
Zamanları yoran türküm...
Xeyli fasilədən sonra
Sentyabr 2023
2-ci hissə
Bura qədər yazdıqlarım
İşğal vaxtı olanlardı.
Zaman gəldi türk oğlunun
Hayqırtısı yenə coşdu.
Səs-sədası bir sel kimi
Sərhədləri aşdı-daşdı.
Cavab gəldi o qocaman
Türkiyədən tez zamanda.
Ərdoğanla Heydər oğlu
Birləşdilər həmin anda.
Bir məsəli bu yerdə
Deməsəm doğru olmaz.
Sözlərimin qiyməti,
Dəyəri də sayılmaz.
Türkün türkdən özgə yox
Nə dostu, nə qardaşı.
Bu qardaşlar bir olsa,
Türkün ağrımaz başı.
Bu amalla birləşdi
Türkiyə, Azərbaycan.
Yağını öz qanına
Etdilər yaman qəltan.
***
Yeni tarix yaratdı
İlhamla Ərdoğanım.
Düşməni ordan atdı
İlhamla Ərdoğanım.
Birləşdi türklər yenə,
Zalımın taxtı dönə.
Can dedi bir-birinə,
İlhamla Ərdoğanım.
İki can bir qəlb oldu,
Düşmən saralıb soldu.
Dedilər haqq bu yoldu,
İlhamla Ərdoğanım.
Haqdan gələn səsdilər,
Tufan kimi əsdilər.
Yağı önün kəsdilər
İlhamla Ərdoğanım.
***
Tarixinin əvvəlindən
Nələr çəkib Azərbaycan.
O sərvəti, var-dövləti
Qan uddurub ona hər an.
Ac qurd kimi tökülüblər
Üzərinə amansızlar.
Bu talanı izlədikcə
Tarixin də canı sızlar.
Bu torpaqlar əzəlindən
Türkün halal torpağıdır.
Bunun əksin düşünən kəs
Dost deyil o, bir yağıdır.
Putin, Makron, bir də farsın
Azğınlaşmış quduz iti
Nə etsən də barışmazlar,
Düşməndirlər türkə qəti.
***
Otuz illik bir arada
Talan oldu o Qarabağ.
Ermənilər vəhşi kimi,
Eylədilər onu dağ-dağ.
Türk oğlunun bitti səbri,
Aslan kimi durdu yerdən.
Hayqırtısı ön cəbhədən,
Qarabağdan gəldi birdən.
Qırx dörd gündə nələr oldu,
Ağlımızda hələ onlar.
Pakistanın, Türkiyənin
Dəstəyini düşmən anlar.
Azərbaycan, Ermənistan
Türk yurdudur, bilsin yağı.
Ruslar, farslar gözün çəksin,
Azad etsin Qarabağı.
Orda mənim millətimin
Neçə-neçə şəhidi var.
Vətən üçün canın verib,
Qanın töküb o insanlar.
Torpağının hər qarışı
Müqəddəsdir varlığı tək.
Bir çərək də verməz daha,
Bu torpaqdan gözünü çək.
***
Şükür kərəminə ey uca Tanrım,
Düşməndən qisası aldı əsgərim.
Otuz il dözmüşdü bir əsarətə,
Yağıya vəlvələ saldı əsgərim.
Yıxdı qalasını, yıxdı bürcünü,
Göstərdi tükənməz, sınmaz gücünü.
Üzünü bozardıb aldı öcünü,
Onların içinə daldı əsgərim.
Axır ki ədalət tapdı yerini,
Atdı bir tərəfə dərdi-sərini.
Cəmlədi özündə hər hünərini,
Zəfəri bu yolda bildi əsgərim.
Tarixdə olmayan bir hünər etdi,
Əzmlə düşmənin üstünə getdi.
Qarabağ yarası çəkildi, bitdi,
Üzüağ qəhrəman oldu əsgərim.
Əflatun, hayların yoxdu çarası,
Onlardır dünyanın pis üzqarası.
Türkün torpağında yara-xorası,
Onu da kökündən sildi əsgərim.
***
Tarixin təkəri geriyə döndü,
Yatmış div yuxudan oyandı daha.
Şərəfsiz, hiyləgər bu qan soranlar
Divlə qabaq-qarşı dayandı daha.
Olsa da zalımın arxa-dayağı,
Məzlumun Allahı başı üstədi.
“Gec olar, güc olar” deyib atalar,
Müxənnət başına daşı istədi.
İndi yaxşı gördü bu kəmfürsətlər,
Özgə torpağında sülənmək nədir?
Halaldan özündə olmayan şeyi,
Haramla özgədən dilənmək nədir?
Bilmirdin təpiklə vurduğun zərbə
Bir zaman qayıdıb özünə dəyər?
Ölkə rəhbərinin güclü pəncəsi
“Dəmir yumruq” olub gözünə dəyər?
Girin yuvanıza siz ey zalımlar,
Bizim yolumuzdur Qurana doğru.
Artıq zaman gəlib, vaxt yetişibdir,
Gedir ULU TÜRKÜM TURANA DOĞRU!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.