NİZAMİ HÜSEYNOV (1960)

NİZAMİ HÜSEYNOV (1960) Nizami Hüseynağa oğlu Hüseynov – 12 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Xəlilli kəndində anadan olub.
1985-ci ildə ADPU-nun filologiya fakültəsini bitirib.
Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində yerləşən
Elçin Qaranzadə adına 270 N:-li tam orta məktəbdə
Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Eyni zamanda, DİM-də ekspertdir.
Metodik vəsaitin həmmüəlliflərindən biridir.

"Qabaqcıl maarif əlaçısı" və "Baş müəllim" adlarına layiq görülüb.

Nizami müəllim həm də gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur. Şeirləri “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, "zim.az""zirve.info" saytlarında, "Zirvə" poeziya antologiyasında, "Ziya", "Zəfər", "Heydər zirvəsi", "Canım Azərbaycanım", "Turan", "Şah dağı", "Qara-Arxac" və s. ədəbi məcmuələrində dərc olunub.

“Çağlayan bulaq” adlı ilk şeirlər kitabı 2020-ci ildə "Borçalı" nəşriyyatında çap olunub.
Hazırda ikinci kitabı çapa hazırlanır.

“Abdulla Şaiq”, “Zirvə”, “Zəfər”"Qızıl Qələm" mükafatları laureatıdır.

Ailəlidir. İki övlad, 3 nəvəsi var.

Biz də Nizami müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!

ZiM.Az



NİZAMİ HÜSEYNOV (1960) XANKƏNDİ, QARABAĞ
AZƏRBAYCANDIR!

Bu gün qürur hissi keçirir hamı
Xankəndi, Qarabağ Azərbaycandır!
Ölkə rəhbərinin şəstlə dayanıb
Bayraq ucaltması bir iftixardır!

Tarixdə belə bir sərkərdə yoxdur,
Bu qədər torpağı yenidən alsın.
Bütün dünya ilə üz-üzə durub
Yeni tarix yazıb qələbə çalsın!

Belə bir sərkərdə İlham Əliyev!
Eşitsin qoy bunu dost da,düşmən də!
Hamı kimi qürur hissi keçirib
Bunu vəsf eləmək istədim mən də.

Ulu Öndərimin layiqli Oğlu,
Ata vəsiyyəti yerinə yetdi.
Öndərin qəlbində əkilən arzu
Sizin sayənizdə cücərdi, bitdi!

Siz tarix yazdınız - yeni bir tarix.
Bütün bəşəriyyət buna mat qaldı.
Sonda Xankəndidə ucalan bayraq
Hər yerə möhtəşəm səs-soraq saldı!
15.10.2023


QƏLƏBƏ QAZANIB
BİZİM ÖLKƏMİZ!

Azğın düşmənləri susdurmaq üçün
Yenə mərd oğullar döyüşə girdi.
Bir an içindəcə düşmən sədlərin
Darmadağın edib hərbi bitirdi!

Xankəndi,Ağdərə, Xocalıdakı
Düşmən yuvaların tar-mar etdilər
İllərlə inləyən o torpaqları
Bir gün ərzindəcə xilas etdilər.

Qarabağımızı azad edərək
Canınızdan belə keçdiz, igidlər
Əhdiniz torpağı azad görməkdi
Artıq əhdinizə yetdiz,igidlər

Qarabağımız azaddır bu gün
Qürur hissi ilə danışırıq biz.
Hərb tarixində yeni üsulla
Qələbə qazanıb bizim Ölkəmiz!


NİZAMİ HÜSEYNOV (1960) MÜƏLLİM

Gecələr sübhədək yatmayıb bəzən,
Sabahkı dərsini düşünər müəllim.
Yeni bir üsulu kəşf eləyərsə,
Bir qanadlı quşa dönər müəllim.

Elmin yollarında şam kimi yanar,
Hər ağrı- acını gizlədər, danar
Şagird sorağıyla yollara qonar,
Sevincdən kükrəyib daşar müəllim.

Qaranlıq yolları işıqlandırar,
Gecələr tez yatıb səhər tez durar,
Özünü çox xoşbəxt bir insan sanar,
Elmli şagirdi olan müəllim!


DAĞLARA-DAĞLARA

Eloğlular,yurda dönək
Çıxaq dağlara,dağlara!
Yamaclarda gəzə-gəzə
Baxaq dağlara, dağlara!

Sadatlı kəndindən keçək
Kəhrizdəki sudan içək,
Toplamaqçün məlhəm çiçək,
Qalxaq dağlara,dağlara!

Hacı dağı göz oxşayan,
Köksündə dərdlər daşıyan,
Bilzlərsiz yetim yaşıyan
Varaq dağlara,dağlara!

Hərdən yurdu yada salaq,
Bircə günlük orda qalaq,
İstərəm ki bir gün olaq
Qonaq dağlara,dağlara!


NİZAMİ HÜSEYNOV (1960) TANRIM, ELƏ YAZ KI…

Tanrım, elə yaz ki, qalan ömrümü
Hörmətdən düşməyim dil bazarında
Dünyamı dəyişib mən olmayanda
Xəcalət çəkməsin heç məzarım da.

Heç vaxt deməsinlər,riyakar idi,
Desinlər, haqq söylər, düz danışardı.
Kimsəni incitməz,xətrinə dəyməz
Küsməzdi, küssə də tez barışardı.

Xeyirxah olaq ki, unudulmayaq
Həmişə qürurla ansınlar bizi.
Yaddan çıxarmayıb hərdən olsa da,
Ziyarət etsinlər qoy qəbrimizi.


UNUTMA

Həyatda heç zaman çox da öyünmə
Bir gün əvəzini çox pis alarsan.
Rişxənd edib kimlərəsə sən gülmə
Gülünc vəziyyətdə bur gün qalarsan

Əvvəlin necəydi onu unutma,
Yoxsa özün də tez unudularsan.
Yaxın olanlara pislik eyləmə
Tanrı tərəfindən pis vurularsan

Barın ağırlığı ağacı ǝyǝr
Bu ona heç zaman xələl gətirməz
Şöhrətə uyaraq yaxınlarını
Ağıllı insanlar heç vaxt itirməz.

Çalış yaxşılıq et həyatda hər vaxt
Bu yoldan çəkilmə,bezmə heç zaman
Bir gün göçəcəyik fani dünyadan
Bizlərdən qalacaq yaxşıyla yaman!


NİZAMİ HÜSEYNOV (1960)İSTƏRƏM

Vətən, torpağında bir çay da axır,
Qəlbləri odlara yandırır, yaxır.
O taydan qardaşım həsrətlə baxır,
O baxan qardaşa çatmaq istərəm.

Arazın ürəyi aramla vurur,
Yolumda ən böyük bir sərhəd durur,
O tayda qardaşlar boynunu burur,
Sərhəddi aradan atmaq istərəm.

Hər səhər bu taydan o taya baxıb,
Qəlbimi alovsuz odlara yaxıb,
Şəhriyar çeşəməyin gözünə taxıb,
Savalan dağına baxmaq istərəm.

Nizami sözünü düzgün anlayın,
Ustad Şəhriyarı tapın, yanlayın,
Qorxmaz ərənləri yığın,sanlayın,
O tayı bu taya qatmaq istərəm.


ŞAD OLAR

Oğrun-oğrun həsrət ilə baxan yar,
Elə baxma, ürəyimi qəm alar.
Baxışıyla məni dərdə salan yar,
Könül versən, mənim qəlbim şad olar.

Hamı bilir, qışda boran, qar olar,
Sevən qəlblər geniş olar, dar olar
Sənin kimi gözəl mənə yarl, olar,
Könül versən, mənim qəlbim şad olar.

Sənsiz həyat mənə bir zindan olar,
Ürəyim həsrətdən odlanıb yanar,
Səni görcək ,gözəl, dərdim azalar,
Könül versən, mənim qəlbim şad olar.


ŞAD OL, KÖNÜL

Ömrün gözəl bir çağıdır,
Şad ol, könül, nə məlulsan.
Hər tərəf cənnət bağıdır,
Şad ol, könül, nə məlulsan.

Əsir düşmüşdü Şuşamız,
Susmuşdu şən avazımız,
Azad oldu torpağımız
Şad ol, könül, nə məlulsan

Əridi dağda qarımız,
Gəldi çiçəkli yazımız,
Hasil oldu muradımız,
Şad ol, könül, nə məlulsan.


BİLMİR Kİ...

Şərəfdən, düzlükdən danışır biri
Bunlar nə deməkdir, anlamır onu.
Ləyaqət, insanlıq tapdalanırsa,
Bəlkə, yetişmişdir dünyanın sonu.

Kiçik böyük bilmir,söz dinləməyir,
Ağlına nə gəldi, onu eyləyir.
Günahkar olana irad tutursan,
Özün haqlı bilir, hədyan söyləyir.

Hamıdan özünü çox güclü sanır,
Bilmir ki, dünyanı bir yaradan var?
Bilmir ki, hər şeyi idarə edən
Bir gün bu dünyanı ona edər dar.


NƏ YAXŞI...

Pislik edənlərə yaxşılıq eylə,
Qoy bu yaxşılıqdan pislər utansın.
Pislik eləməyə nə var ki, axı
Gərək yaxşılığa insan can atsın.

Həyatda özünün yolun olmalı,
Kimsənin diqtəsi xeyir gətirməz.
İnsan insanlığın qorumalıdır
Nəyin xətrinəsə onu itirməz.

Nə yaxşı həyatda bəzi insanlar
Səhvlər etsələr də, belə deyillər.
Onlar dərk edirlər,hörmətdən salar
İnsanı yabançı belə meyillər.


NİZAMİ HÜSEYNOV (1960) ***


ANAMA İTHAF

Nə vaxtdır, mən səni görmürəm, ana
Yaman darıxmışam, ana, ay ana!
Sənin nəvazişin düşür yadıma
Buludtək doluram, ana, ay ana!

Sənin təndirdəki əl izlərini,
Mənə baxıb gülən o gözlərini,
Baldan şirin olan o sözlərini
Anıb darıxıram, ana, ay ana!

Yadıma düşürsən, kəndə gedirəm,
Özün orda yoxsan, bunu bilirəm,
Məzarın ki, ana, görə bilirəm,
Təskinlik tapıram, ana, ay ana!

Nizami unutmaz heç vaxt sizləri,
Taqətsizdir vallah sizsiz dizləri,
Niyə başsız qoyub getdiz bizləri?
Cavabsız qalıram, ana, ay ana!
Cavabsız qalıram, ana, ay ana!..


EY AĞACI KƏSƏN,
ƏL SAXLA, DAYAN!..

Meşədə ağaclar sevinirdilər,
Kəndlərə qaz xətti çəkiləcəkdir.
Nəhayət, bizləri kəsməyəcəklər,
Hələ çoxlu ağac əkiləcəkdir!

Uşaqlar donmasın, isinsin deyə
Bizləri baltayla qırıb-çatırlar
Bizim övladımız bəs övlad deyil,
Onları nə üçün kəsib atırlar?

Ey ağacı kəsən, əl saxla, dayan!
Axı ağacın da var övladları.
Sənin övladların uşaqlarınsa,
Onun da övladı bil, budaqları.

O da insan kimi canlıdır axı,
Budağın kəsirsən, o da ağlayır.
İsinir övladın, sevinirsən sən,
Onunsa ağısı qəlbi dağlayır.

İstərdik, hər kənddə qaz xətti olsun,
Ağaclar kəsilib məhv edilməsin.
Meşələrə gediş gəzməkçün olsun,
Ağac kəsmək üçün heç gedilməsin!


RUHUN ŞAD OLSUN,
SƏNİN, AY ZAHİD...

Hövsanda market var hər kəsə tanış,
Rəhmətlik Zahidin adın daşıyır.
Zahidoğlu kimi tanıyır hamı,
Demək, o ölməyib, bu gün yaşayır.

Rəhmətlik qayğıkeş, xeyirxah idi,
Hər kəsə yaxşılıq o eləyərdi.
Bəzən işçilərə özü çay verər,
Onlarla atatək rəftar edərdi.

İşçilər də onu bir ata kimi
Hədsiz dərəcədə çox sevərdilər.
Çətinə düşəndə heç çəkinmədən
Kömək etməsini istəyərdilər.

Etibar azalan bu zəmanədə
Etibarlı bir dost, bir sirdaş idi.
Çətin zamanlarda inanın, vallah,
Dostlara əvəzsiz bir qardaş idi.

Çox heyif qəfildən qəlbi dayandı,
Zahidsevərləri bürüdü kədər.
Əcəl yaxaladı iş başındaca,
Allahdan beləymiş, yəqin ki, qədər.

İndi oğlanları Zahid dostumun,
Onun davamçısı,varisidirlər.
Marketi yenə də əvvəlki kimi
Hamıya, hər kəsə çox sevdirirlər.

Yeganə, Fəridə, Nərgiz daha çox,
Şirin dilləriylə hörmət qazanıb.
Belə işçiləri olan bu market
Hövsanda çox böyük izzət qazanıb.

Ruhun qoy şad olsun, sənin, ay Zahid.
Zahidoğlu kimi market yaratdın.
Onun sayəsində sən öz adınla
Ən uca görünən zirvəyə çatdın!


GÖZƏL

Bu gün əvvəlkitək gözəlsən yenə,
Tanrı tam qüsursuz yaradıb səni.
Sənin gözəlliyin elə gücdə ki
Vallah məftun edir yoldan ötəni.

Danışığın şirin, gülüşün şirin.
Axı bu şirinlik hardandır səndə?
Bir az da rəhm elə, nazını az et
Hər kəs sehrlənir səni görəndə.

Gözəlliyin heç vaxt itməsin sənin,
Yayılsın hər yana şanın, şöhrətin.
Nəğmələr, mahnılar qoşulsun sənə,
Bundan qürur duysun sənin millətin!..


***

Üzünə baxanda qibtə edilir,
Tanrı necə gözəl yaradıb səni.
Gözünə baxanda sehrləyirsən
Tanrı necə özəl yaradıb səni.

Baxışın, duruşun, səmimiliyin,
İnan ki, hər kəsi valeh eləyir.
Səninlə bircə an danışmaq vallah
İnsanı əməli saleh eləyir.

Sənin gözlərində elə tilsim var,
Baxanı inan ki, tez tora salar.
Kimə diqqət ilə sən əgər baxsan,
Baxışından donub yerində qalar.

Adına mahnı da qoşulub sənin
Nərgiz gülü kimi ətir saçırsan.
Saatlarla sənlə söhbətə dəyər,
Heyif ki, vaxtın yox, sən hey qaçırsan.

Nə qədər söhbət də eləsən sənlə,
Şirin söhbətindən heç doymaq olmaz.
Sənintək insanla ailə quran,
Deyirəm, heç zaman, vallah qocalmaz!




ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: