KÖNÜL İBRAHİMSOY (1972)

KÖNÜL İBRAHİMSOY (1972) Könül İbrahimsoy (Yusifova) - 1972-ci il mayın 9-da doğulub.
Ailəlidir, 3 övladı var.
Mirvarid Dilbazi Ədəbi Məclisi İB-nin, "Nur ocağı", "Söz mülkü", "Kəlağayılı qızlar" qruplarının üzvü və "Əkinçi" Gənclərə Dəstək İB-nin fəalıdır.
Şeirləri müxtəlif mətbuat orqanlarında, poeziya antologiyalarında, o vümlədən, "Zirvə", "Zəfər", "Buta" və s. ədəbi məcmuələrdə, zim.az, zirve.info, ziya.info.az və s. internet saytlarında dərc olunub.
"Zirvə""Xan qızı Natəvan" mükafatları laureatıdır.

Könül xanıma biz də yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



GÖZ AÇMIŞAM

Cənnət kimi iddialı arzu nə ki,
Mən cənnətlər diyarında göz açmışam,
Tayı yoxdu heç bir yanda özü təki,
Məhəbbətlər diyarında göz açmışam.

Hər qarışı gül-gülüstan,çiçək dolu
Xəzinədir hər tərəfi,sağı,solu,
Burdan keçir əzəmətlə "İpək yolu"
Fəxarətlər diyarında göz açmışam.

Torpağında min naz nemət, bəhəri var,
Nur tökülən al günəşli səhəri var,
Kəm baxana,ağısı var zəhəri var,
Ədalətlər diyarında göz açmışam.

Qəlbi təmiz,üzü nurdu insanları
Əməli də, özü birdi insanları,
Zəfər çaldı,öndə durdu insanları
Ləyaqətlər diyarında göz açmışam.

Azərbaycan,elim,günüm,ana yurdum,
Türk eliyəm,qürurumla öndə durdum
Qüdrətlidi mərd,yenilməz, Milli Ordum
Cəsarətlər diyarında göz açmışam.


Doğub ZƏFƏR GÜNƏŞİ

Bu gün qürur duyur el,
Ey əsgər, hünərinlə
Mətin addımlarla gəl,
Qalibsən, zəfərinlə.

Hər biriniz qəhrəman,
İgidsiniz, ərsiniz,
Qarabağda sancılan
Bayraqlar qədərsiniz...

Həkk olundu yaddaşa
Bu tarixi, keçmişi..
Azərbaycan, min yaşa,
Doğub ZƏFƏR GÜNƏŞİ!


ZƏFƏR BİZƏ ÇOX YARAŞIR

Qoy sevinsin Turan eli
Bayram günü yaxınlaşır,
Məhv elədik düşmənləri,
Səmada bayraq sayrışır,
Zəfər bizə çox yaraşır.

Xankəndim "Zəfər!"söyləyir,
Zəngəzurum yol gözləyir,
Hamı təbriklər söyləyir,
Sevincimiz aşıb daşır,
Zəfər bizə çox yaraşır.

Azad,abad məmləkətim,
Odlar yurdu-səltənətim.
Dünyaya çatdı şöhrətim
Ay ulduzumla yarışır,
Zəfər bizə çox yaraşır.

İlham durdu elə dayaq,
Qələbədən verdi soraq,
Birlik olub ,qoy ucalaq,
Dost-düşmən bizdən danışır,
Zəfər bizə çox yaraşır.

Ey türk oğlu,mətin dayan
Türkiyədi sənə hayan
Birləşəcək Azərbaycan
Küsülülər də barışır,
Zəfər bizə çox yaraşır!
08.11.2023


OLSUN, OLSUN

Mən bu şeri yazanda hələ tam Zəfər əldə olunmamışdı.
Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Agdam və bir çox kəndlərimiz alınsa da, Xanləndimiz, Ağdərəmiz, Xocalımız hələ yol gözləyirdi.
Şükür, biz bu qələbəni əldə etdik. Bayrağımız Qarabağda dalğalanır. Qürur və sevinc hissindəyik.
Bu sevinci bizə yaşadan prezidentimiz başda olmaqla, Milli Ordumuza, şəhidlərimizə, qazilərimizə, bu yolda can qoyan, qan qoyan igidlərimizə borcluyuq.
Hər birinizi təbrik edirəm.


Vətən işğalında bayram edənlər,
Düşüb ortalığa yallı gedənlər,
Biz Zəfər çalanda gözdən itənlər
Görüm yorğanına qor olsun, olsun.

Elin havasından çuşa gəlirəm
Güldən çələng hörüb başa gəlirəm
Ziyafət etməyə qoşa gəlirəm
Lavaşın içində nor olsun,olsun.

İgid oğlanlardı elin dayağı
Hər yana yayıldı şanı-sorağı
Göylərə ucaldı türkün bayrağı
Dünya erməniyə dar olsun,olsun.

Kəkotu çiçəyin biçməyə gəlin
Suları buz kimi içməyə gəlin
Yığılıb vətənə köçməyə gəlin
Xəstənin dərmanı nar olsun,olsun.

Bir daha görməyək yağı savaşı
Üstümüzdən getsin duman, yağışı
Ağsaqqal, ağbirçək dua, alqışı
Alaq,tale bizə yar olsun, olsun.

Musiqi dünyamdı,şerin özüyəm
Hər sözü ibrətli elin sözüyəm
Vətənə bağlıyam, Göyçə qızıyam
Bütün türk elləri bir olsun,olsun.


ŞƏHİDLƏR

Tarixdə "Basılmaz Ordu"-ad aldı,
Mərdlik,cəsarətlə yadlarda qaldı,
Düşmənə həqiqi qələbə çaldı
Əymədi başını önə, şəhidlər!

Baxıb analara ürəyim sızlar,
Qara bağlamasın gəlinlər, qızlar,
Tarixi yazdılar unudulmazlar,
Qurub könüllərdə bina, şəhidlər!

Aldı neçə yara ayaqdan,qoldan,
Gah sağdan girdilər, gah da ki soldan,
Uğruna getdiyi müqəddəs yoldan
Bir dəfə görmədik dönə şəhidlər.

Aldı Qarabağı Milli Ordumuz,
Axır,azad oldu qədim yurdumuz,
Köçüb ürəklərdə yuva qurdunuz
Torpaq oldu sizə ana, şəhidlər!


ƏSGƏR BACISININ DİLİNDƏN...

Döyüş başlayandan yamandı halım
Bu dunya fanidi,yalandı,zalım
Qırılıb qanadım qırılıb qolum
Mənə qardaşımdan bir xəbər yetir

Fəxrim,vüqarımdı başımın tacı
Qardaş ilə ürəklənər hər bacı
Bir xoş xəbər olar dərdim əlacı
Mənə qardaşımdan bir xəbər yetir...


BİR HƏRBÇİNİN DİLİNDƏN…

Dondu damarımda qanım dayandı
Bir qız məndən qardaşını soruşdu
Alışdı ciyərim,ürəyim yandı
Bir qız məndən qardaşını soruşdu.

Mən ona xəbəri verə bilmədim
Ümidini yerə sərə bilmədim
Buna edim necə çarə bilmədim
Bir qız məndən qardaşını soruşdu..

Gözlər ümid dolu,gözlər qəm dolu
Gözləyir həsrətlə qardaşın yolun
Axı necə deyim,apardı ölüm....
Bir qız məndən qardaşını soruşdu...
22.01.2021


BİZİMKİDİR QARABAĞ!

44 günlük savaşda yazdığım
bir həyat hekayəsi
(mənzum)


Ana ogul böyüdür,
el üçün, vətən üçün
Gecə yatmır yuxusun
Gündüz dincliyi yoxdu
Balası indi harda
Görən acdı ya toxdu...
Üşüyürmü əlləri
Görən əyni qalınmı
Cırılıb corabları?...
Ayaqları yalınmı?..
Dolur ana gözləri
Gizlədir ürəyində
Qəlbindəki sözləri..
Bax ata da büzüşüb
İsti soba yanında
Qızmır əli ayagı
Neçə gündü oglunun
Gəlmir səsi,soragı..
Nə zəng çatır,nə xəbər
Narahatdı ata da..
Müharibə düşəndən
Yuxu gəlmir yata da...
Aman-zaman bir ogul...
Gözün ona dikmişdi
Balası sag qayıtsa
Ona qurban demişdi
Gəlsəydi bircə xəbər
Ona ümid olardı
Ata hey düşünürdü...
Ata fikrə dalırdı...
"Bax oglum qayıdacaq,
Mənə dayaq olacaq...
Sevdiyi qonşu qızı,
Fəridəni alacaq..
Toy edəcəm magarda
Axı niyyət etmişəm..
Çoxdan nişan üzüyü
Alıb hazır etmişəm
Bircə tez qurtaraydı
Bu qanlı müharibə!
Balam da qayıdaydı
Obasına,elinə...
Yenə düşünür ata...
Yenə fikrə dalırdı..
Hərdən də baxışları
Telefonda qalırdı...

Hər gün xəbər tuturdu
Cəbhədə olanları
Birbəbir izləyirdi
Şad xəbər gözləyirdi..
Bax,Füzuli alındı...
Zəngilanı da aldıq...
Kəndlər də alınıbdı..
Necə sevinir ana..
Necə fəxr edir ata!
Şükr edir Yaradana!...

Bur gün bir xəbər gəldi
Atanın bagrın dəldi
Ananın ah-naləsi
asimana yüksəldi…
Gözünün ag-qarası
Ciyərinin parası
Oglu,şəhid olmuşdu
Cənnətə qovuşmuşdu.
Şəhadət zirvəsinə
qovuşmuşdu balası
Bir daha enməyəyəcək
zirvələrdə qalası
Bayragını sancmışdı
o Şuşa şəhərinə...
Düşməni məhv edərək,
İgidlik göstərərək
O məqama çatmışdi...
Namərdlərdən qisasın,
layiqincə almışdı...
Neçə -neçə igidlər
canın fəda etdilər
Qanları bahasına,
canları bahasına
Yurdu azad etdilər!...

Əzizinəm Qarabag,
Şuşa, Laçın, Qarabag
Yadelliyə vermərik
Bizimkidir Qarabag!

Şəhid mənim qardaşım
Şəhid mənim balamdı,
Qarabag haqq savaşım
Şuşa qanlı qalamdı...

Üçrəngli bayragımı
Fəxrlə daşıyıram
Daha mən alnıaçıq,
Üzüag yaşayıram!..


EVLƏRƏ ŞƏHİD GƏLİR...

Günəş qəfildən solur,
Analar saçın yolur,
Gözlərim yaşla dolur,
Evlərə şəhid gəlir...

Bacılar haray, deyər,
Qardaş deyər, inləyər,
Örpəyi qara geyər,
Evlərə şəhid gəlir...

El gəlib sorağına
Naləsinə,ağına,
Bükülüb bayrağına
Evlərə şəhid gəlir…

Axır, qisas alındı,
Yeni zəfər çalındı
Tarix təkrar olundu.
Bayrağımız yüksəlir,
Evlərə şəhid gəlir...
21.09.23

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: