Xüsusi yaradıcılıq qabiliyyətinə görə orta məktəbdə oxuduğu illərdə və hərbi xidmət dövründə dəfələrlə Fəxri fərmanlara layiq görülüb, Fərqlənmə diplomları ilə təltif olunub. Müxtəlif mətbuat orqanlarında şeirləri işıqüzü görüb.
Biz də Tural Xanhüseynoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..
ZiM.Az
VƏTƏN
Cavid, Müşfiq, Yusif, Cavad,
Vətən ücün doğulmuşlar.
Bolşevikin dəryasında
Vətən üçün boğulmuşlar.
Bəs nə üçün son nəfəsdə
Son sözləri vətən olmuş?
Bəs nə ucün həyat deyil,
Vətən ucün gözlər dolmus?
HEYDƏR ƏLIYEV
Xalqımızın ümummilli liderinə
Sən tarixi şəxsiyyət, tarixi hökmdardın,
Millətinlə gülərdin, millətinlə ağlardın.
Siyasət meydanına, atılmışdın nər kimi,
Vətən üçün canından keçən bir əsgər kimi.
Xalqın qara günündə əllərindən tutmusan,
Böhrandan xilas edib dünyaya tanıtmısan.
Düşmənlər qarşısında əyilmədin sınmadın,
Xalqımızın yadından çıxmayacaqdır adın.
Millətimiz yolunda xidmətlərin böyükdür,
Dövlət başçısı olmaq həddən çox ağı yükdür.
Müqəddəs bir insansan, Atatürksən ikinci,
Bir də yaranmayacaq sənin kimi bir inci.
İnkişaf edir indi Azərbaycan dövləti,
Dayandığı zirvədən etməyəcəkdir qəti.
Varisin İlhamındır görkəmli liderimiz,
Vətəni ucaltmağda bizim ümid yerimiz.
2007
O GÖZƏL ÜZÜNƏ HƏSRƏT QALMIŞAM
Ulu öndərimiz Heydər Əliyevə həsr olunub
Neyləyim, ay baba, bu dünya sıxır,
Məndə öz meylimi sənə salmışam.
Babasız yaşamaq ömrümü yıxır,
O gözəl üzünə həsrət qalmışam.
Kədəri özünə əkir bu ürək,
Parçalanmış xalqı tikir bu ürək.
Millətin dərdini çəkir bu ürək,
Bu işdə gücümü səndən almışam,
O gözəl üzünə həsrət qalmışam.
Bu yurd bizim deyil dünya dilində,
Vətənin yarısı düşmən əlində.
Hələ qovusmayıb on dörd ilində,
Sənin tək yurduma həmdəm olmuşam,
O gözəl üzünə həsrət qalmışam.
Yazarkən tökülür gözlərimdən yaş,
Ürəyi bürüyür qorxunc bir təlaş,
Deyirəm, Sən indi sağ olaydım kaş,
Sənə səcdə edib iman qılmışam,
O gözəl üzünə həsrət qalmışam.
Sağ olsaydın mənə yol göstərərdin
Qəlbimdən kədəri, qəmi silərdim.
Vətənə şəhidəm, özün görərdin,
Dərdindən elə bil lap qocalmışam
O gözəl üzünə həsrət qalmışam.
Mən öz vətənimə keşik duracaq,
Zamanı yoracaq,qəlbi yoracaq,
Bir uca suala cavab tapacaq,
Bilirəm, vətənə qul doğulmuşam,
O gözəl üzünə həsrət qalmışam.
Sən məni görmədin,bax görəcəksən,
Nə vaxtsa mənimlə goruşəcəksən.
O zaman mənimlə fəxr edəcəksən,
Məndə bu millətə bir ogulmuşam
O gözəl üzünə həsrət qalmışam.
VƏTƏNİM
Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkə
Vətən mənim damarlmda axan qandır,
Vətən mənim bədənimdə olan candır.
Vətən mənim ürəyimdə məhəbbəti ucaldandır.
İsdərəm ki, həyatımı vətən üçün qurban verim,
İsdərəm ki, ürəyimi vətənin önündə sərim.
İstəmərəm, vətənimdən bir daş belə əskik ola,
İstəmərəm, vətənimin çiçəyinin biri sola.
İstəmərəm, çünki ana vətənimə baglıyam mən.
Qarabağım duşməndədir hələ qəlbi daglıyam mən.
Qarabagı görməsəm də, Xəyalımda yaşadıram,
“Azadlığı isdəmirəm qram-qram,
İsdəyirəm qolumdakı zəncirləri qram, qram...”
Arzum budur,
Qarabağda milli bayrağımı qaldıram.
2003
Dostlar, bu şeiri 20 il əvvəl yazmışdım…
Şukurlər olsun ki, artlq Qarabağ azaddır
və Qarabağın hər yerində üçrəngli
milli dövlət bayrağımız dalğalanır.
ŞƏHİD ANASI
Məchuldur bu fani dünyanın işi,
Apardı oğlunu düşmən atəşi.
Oğlunun həyatdan vaxtsız gedişi,
Qəlbini incidir, şəhid anası!
Vətən yağıların əlində qalıb,
İntizar çəkməkdən rəngin saralıb.
Ağlamaqdan ürəyində qocalıb,
Gözlərin nəmlidir, şəhid anası!
Sən bizim vətənin qürur yerisən,
Şəhid övladınla fəxr etməlisən.
Həyatdan inciyən, həyatdan küsən,
Ürəyin qəmlidir şəhid anası!
Qoymarıq üstünə kədər, qəm yağa,
Görəndə ürəyin dönəcək dağa.
Vətəni yağıdan geri almağa,
Oğulların gedir, şəhid anası!
2008
Allah şəhidlərimizə rəhmət eləsin.
Şükürlər olsun ki, Şəhidlərimizin qanı yerdə qalmadı.
Vətən azadılğa qovuşdu...
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.