1974-cü ildə İ.Mürşüdov adına Aşağı Quşçu kənd orta məktəbini bitirib.
1976-cı ildə Tovuz rayon Karlar Cəmiyyətində katib-mühasib vəzifəsinə təyin edilmişdir.
1982-ci ildən həmin Cəmiyyətin sədri seçilmişdir.
Hazırda həmin vəzifədə çalışır.
1970-ci ildən "Həqiqət" qəzetinin nəzdində fəaliyyət göstərən "Varislər" ədəbi-birliyinin üzvüdür.
2014-cü ildə "Bir saman çöpünün üstədir dünya" adlı ilk şeirlər kitabı, 2021-ci ildə "Dağlar sənə yolum düşdü" adlı ikinci kitabı çap olunmuşdur.
12 mart 2015-ci ildə "Qızıl qələm" media mükafatına layiq görülmüşdür.
30 mart 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Şeirləri bir çox dövrü mətbuatda çap olunmuş, sözlərinə bəstələnmiş "Quşçu kəndin mahnısı” 2021-ci ildə Az.TV-də "Karvan" verilişində səslənmişdir.
2011-ci ildə R.Məsimovun "Anlar, zamanlar, məkanlar" adlı almanaxda şeirləri çap olunmuşdur.
Professor Qəzənfər Paşayevin "Qoca Azaflıyam” kitabında Nazim Əhmədoğlunun M.Azaflıya həsr etdiyi şeirlər də çap olunmuşdur.
Nazim Əhmədoğlu ictimai işlərdə fəaldır.
El şənliklərində aparıcılıq edir.
Evlidir, 2 oğlu var.
Biz də Nazim Əhmədoğluna şəxsi həyatında, eləcə də bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularmıza təqdim edirik.
ZiM.Az
ZƏFƏR GÜNÜDÜR
Azərbaycan gözün aydın,
Qələbə müjdəsin yaydın.
Torpaq azad,- geri qaydın
Yurda bir səfər günüdür!
Bu gün bil Zəfər günüdür!
Düşmənləri lərzə saldıq,
Şəhid olduq,qisas aldıq
Qazi olduq,zəfər çaldıq
Yurda bir səfər günüdür!
Bu gün bil Zəfər günüdür
Siz ey Şəhid anaları,
Şəhidlərin sonaları,
Qoruyun gül balaları,
Yurda. bir səfər günüdür!
Bu gün bil - Zəfər günüdür !
Nazim ,-şükür çatdı bu an
Qalib gəldi Azərbaycan,
Səslənirik biz ucadan,
Yurda bir. səfər günüdür!
Bu gün bil,- Zəfər günüdür!
08.11.2021
AZƏRBAYCAN-TÜRKİYƏ!
Eşitsin ulu bəşər,
Soyqırımı türkə şər,
Yumruq kimi birləşər,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!
Əcdadı bir, soyu bir,
Kədəri bir, toyu bir,
Birdir ömrü boyu, bir,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!
Bizi ayırmaq olmaz,
Ayırıb qırmaq olmaz,
Türkü sındırmaq olmaz,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!
Haqsızlığı boğandı,
Heç vaxt pozmaz bu andı,
İlhamdı, Ərdoğandı,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!
Nazim, bu bir həqiqət,
Bir millət, iki dövlət,
Ayırmaq olmaz əlbət,
Bölünməzdir ikiyə,
Azərbaycan-Türkiyə!
AZƏRBAYCAN HƏM TÜRKİYƏ
Bir qartalın cüt qanadı
Azərbaycan həm Türkiyə.
Bir ananın cüt övladı
Azərbaycan həm Türkiyə
Birdi arzu, birdi dilək,
Bir sinədə iki ürək.
Bir vuracaq axıradək
Azərbaycan həm Türkiyə.
Biri Günəş, biri Aydı,
Biri dəniz, biri çaydı,
İnsanlıga ülvü paydı,
Azərbaycan həm Türkiyə.
Məkan ayrı, özü birdi,
Haqq yolunda sözü birdi,
Ocağı bir, közü birdi,
Azərbaycan həm Türkiyə.
Nazim də çox bəxtəvərdi,
Türkdü soyu, yoxdu dərdi,
Döyüşlərdə müzəffərdi,
Azərbaycan həm Türkiyə!
AMANDI
Xocalı faciəsinə
26 fevral, şaxtalı bir qış günü,
Qəfil dəhşət bürüdü Xocalının üstünü
Bəşər uda bilərmi? Qan qoxuyan tüstünü
İnsanların fəryadı qalxdı, ərşə dayandı,
Unutmayın bu anı, unutmayın amandı!
Heç unutmaq olarmı, bu dəhşətli gecəni,
Günahsız insanların, çəkdiyi işgəncəni,
Tarix heç vaxt unutmaz, bu qanlı faciəni,
Bir gecədə bir şəhər, kül oldu oda yandı,
Unutmayın bu anı, unutmayın amandı.
Bələkdəki körpənin axı nədi günahı,
Tanrı yerdə qoyarmı, bu naləni, bu ahı?!
Hər zülmət gecənin, var nurlu bir sabahı,
Haqqa düz qiymət verən geci-tezi zamandı,
Unutmayın bu anı, unutmayın amandı.
Xeyli dözdü, dayandı, durdu möhkəm Xocalı,
Tank səsinə oyandı, talehi kam Xocalı,
Öz qanına boyandı, çəkdi sitam Xocalı,
Kim haqlıdı, kim haqsız, yer üzünə bayandı
Unutmayın bu anı, unutmayın amandı.
Nə yaxşı ki bu anı Çingiz lentə alıbdı,
Tarixin yaddaşında, dalil, sübut qalıbdı,
Nazim daha millətin səbri çox daralıbdı
Haqq yerini almayıb bu iş yaman uzandı,
Unutmayın bu anı, unutmayın amandı.
21.02.2008
ŞƏHİDLƏR
Şəhidlərimizin əziz xatirəsinə
Düşmənin gözünə dim-dik baxdılar
Özünü döyüşə atan Şəhidlər!
Torpağın üstündə al bayraqdılar
Torpağın altında yatan Şəhidlər
Dünya heyran qaldı sücayətinə
Vətən sevgisinə,sədaqətinə
Qovuşdu ən uca şəhadətinə
Qanını torpağa qatan,Şəhidlər
Naziməm,- göynədir bu dərd sinəmi,
Qəmdən buz bağlayıb gözümün nəmi
Hər səhər doğacaq al Günəş kimi
Müqəddəs zirvəyə çatan Şəhidlər!
21.01.2021
ZiM.Az
.