DƏYANƏT OSMANLI: KEFİNDƏN KOR YAZARIN PORTRETİ

DƏYANƏT OSMANLI: KEFİNDƏN KOR YAZARIN PORTRETİ * * *

Bir zaman demokratdı...
keçmişi söyürdü,
şivən qoparırdı,
hələ yeri gələndə
haqqı da qısqanırdı
abırsız vicdanına...

İndi yenə görəvdə
zəncirsiz köpək kimi,
tərəddüd edir
ziyalı,
yazıçı və şair statusunda..
Bir zaman söydüyünə
dil uzadıb yalmanır,
yekə quyruq bulayır,
iri göbək bağlayır,
çünki dadlı yalı var.
Yazar gəlin-arvadlar
yanında naz satırlar...
Xaşal qarnı,
ailəsinin gözü doyur,
millətin acığına
murdar nəfsi toxtayır.

Kefindən tanımır salam verəni,
yeriyir bir zibil çəlləyi tək.
Hələ artıq yeyəndə
öz üstünü kirlədir
bir tualet milçəyi tək.

Keçmişini zorlayır,
sonra da qətl edərək
bu gün qatil axtarır
məsumlar arasında.

Bir ayağı "gorda",
bir ayağı burda.
Bir əli müxalifətin,
bir əli iqtidarın ətəyində.
Özəl durağı var
hər iki düşərgədə.
Bir kahbe sayğısıyla
fırlanır ortda.
Mükafat,
ənam,
ianə,
şöhrət və mənsəb qazanır.
Adı bütün siyahılarda
şərəfli qələmlə yazılır.
Adımızın acığına
haqqımızın qəbri dərin...
çox dərin qazılır.


* * *

Bir şeir yazıb bölüşdüm,
dostların çoxu
qaçıb gizləndi
güvənli bildiyi yerdə.
Bir az zirək olanlar
gözlərini qapadı,
bir az hiyləgərləri -
zamanı qabaqlayanlar
odasında işığı söndürdü...
Haykırdım Tanrıya sarı:
sənin verdiyin o söz
ən böyük kabusdu,
pantürkçülükdə ittiham edilib
asıldı lal dilindən...

Dəyanət Osmanlı

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: