MEHRİBAN DÜŞMƏN - SİQARET

MEHRİBAN DÜŞMƏN - SİQARET Deməyə bilməzdik!..

Elşən Alarlı (Elşən Elman oğlu Şirbağırov) - 1994-cü il 5 yanvarda
Yardımlı rayonunun Alar kəndində dünyaya göz açıb.
2001-ci ildə Bakının Səbail rayonundakı Müşviq və Mehman Məhərrəm oğlu
Nəbiyev qardaşları adına 51 saylı tam orta məktəbində 1-ci sinifə daxil olub.
2012-ci ildə orta təhsilini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya fakültəsi üzrə “televiziya rejissoru” ixtisasına qəbul olub.
2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən “Azərbaycan ailəsi” 6-cı film festivalında xüsusi fərqlənən tələbə filminə görə mükafat alıb.
2014-cü ildə Azərbaycan Universiteti və “Səs” qəzetinin ali məktəb tələbələri arasında keçirdiyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci və hakimiyyətə qayıdışının 21-ci ildönümünə həsr olunmuş “Mən əminəm ki Azərbaycanın gələcəyi etibarlı əllərdədir” adlı inşa yazı müsabiqəsində fərqləndiyimə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi kimi 3-cü yerin qalibi olub.
2015-ci ildə Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Heydər Əliyev Fondu və BMT-nin əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailəsi” 7-ci film festivalında fərqlənən tələbə filminə görə xüsusi mükafata layiq görülüb.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “İlin Ən İstedadlı Gəncləri” layihəsində məqalə üzrə 2-ci yerin qalibi olub.
2016-cı ildə “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadinform” İnformasiya Agentliyinin elan etdiyi “Paytaxt yollarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı ən yaxşı foto və video-süjet” mövzusunda keçirilən müsabiqədə 3-cü yerin qalibi olub.
2016-cı ildə ali məktəbi bitirib.2016-cı ildə Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailəsi” 8-ci film festivalında fərqlənən tələbə filminə görə xüsusi mükafata layiq görünüb.
2016-cı ildə Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzi və Xəzər Psixoloji Xidmət Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Əlillik və Əlilliyə Münasibət” adlı məqalə yarışmasında 3-cü yerin qalibi olub.

Aşağıda Elşən Alarlının "MEHRİBAN DÜŞMƏN - SİQARET" adlı məqaləsini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni uğurlar arzulyırıq!


ZiM.Az



MEHRİBAN DÜŞMƏN - SİQARET

“Siqaret çəkmək insanın təfəkkürünü zəiflədir və düşüncələrini bulandırır”
Lev Tolstoy

FAKT: “Beynalxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbi xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretlə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək”.


Fərqli növ və çeşidli, müxtəlif adlı, cəlbedici, göz oxşayan, çəkisi qablaşdırma üsullu. Siqaretdən danışırıq.Onun varlığına hər kəsin fərqli və maraqlı yanaşması var. Kimi özünü sakitləşdirmək,əsəblərini rahatlatmaq, kimi ruhunu dincəltmək üçün çəkdiyini deyir, kimi vərdişçi olduğunu, kimi isə məşğuliyyəti hesab edir. Hətta onu ən yaxın sirdaş, dərddaş və yoldaş sayanlar var. Pis odur ki, sayılanlar içində ilkliyə liderlik edir bu alışdırıcı. Pislərdən daha pisi də odur ki, qida rasionunda onu ilk sırada görənlərin sayı da az deyil. Fasiləsiz, vaxt, saat və an bilmədən sümürənlərin sırasında da sıxlıqdı. İrqindən, rəngindən, milliyətindən asılı olmayaraq bu mehriban düşmənin dostlarının sayı hesabı yoxdur . İnsanla mübarizədə çox vaxt o qalib çıxır təəssüf ki. O bacarır. İradəsizləri tərəfdaşa çevirmək bacarığına sahib olan nəsnələrin çox azındadı siqaret. Onu özünə dost bilənlərin xəbəri yoxdur ki, onun tək dostu var . O da onların içini didib parçalayan və gələcək həyatını darmadağın edən xəstəliklərdi. Başqa heç kim və heç nə. İnsan orqanizminin müxtəlif nayihələrində baş qaldıran nasazlıqlarda onun izini axtarmasan belə görünür. İşarə və işartılar sonucda onun üzərində dayanır. Və bu ispatlanmış bir həqiqətdi. Bu həqiqətin möhürünü vuranlarsa mütəxəssislərdir. Təcrübələrinə və müşahidələrinə əsaslanır, arxalanır və xəbərdarlıq edirlər. Orqanizmə qan udduran siqaretin törətdikləri cinayətləri saymaqdan bezmirlər. Və ünvanları göstərirlər. Qaralan, saralan, çürüyən və əriyən dişlər onun əlindən qan ağlayır. Ağrıyan, sızlayan, hərdən də sanki partlamayacaq kimi görünən beyin onun əlindən divara çırpmaq istəyi özünü . Ürəyin, ciyərin, mədənin ah-naləsini isə sözə sığışdırmaq mümkün deyil. Dünya təbibləri belə onun dağıdıcı gücünün törətdiyi və yaratdığı faciələri sadalamaqdan yorulmur, fəsadların ünvanlarını dəqiqliklə sadalayır, həyəcan təbilini fasiləsiz çalırlar. İnsanlar, bu zəhərləyicidi, məhvedicidi, ondan uzaq durun, görəndə görməzliyə çəkiləndə qınağa çevirin., heç nə deməyi bacarmırsızsa, çəkənə etiraz edə bilmirsizsə,onda susun və aralanın onu çəkəndən.
FAKT: “İnkşaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri kişilərdə olduğu kimi,qadınlarda da ən əhəmiyyətli ölüm səbəblərindəndir.İnfakt riski siqaret çəkən 35-64 yaş arası qadınlarda 3 dəfə artıb.15 yaşından əvvəl siqaretə başlayan qadınlarda infakt riski siqaret çəkməyən yaşıdlarına görə 9,3 dəfə çoxdur. İnfakt çəkilən siqaret miqdarı və müddəti ilə əlaqəlidir”.
Deyirlər, haray çəkirlər, hayqırırlar və bəzən də qışqırırlar. Anlamazları anlatmağı məslək və vicdan borcu sayırlar. İnsan sağlamlığına cavabdeh olanların tövsiyəsi və xəbərdarlığı bir vəzifə və məslək borcudursa, bu zəhərin fəsadlarından kimləri isə çəkindirmək həm də bir insanlıq borcudur deyirlər. Bu borcluluğu hətta onun istehsal və satışından ildə milyon və milyardlarla gəlir götürənlər belə anlayır və qutunun üzərində qorxulu xəstəliklərin yarada bilməsi ehtimalını xatırladırlar, xəbərdarlıq edirlər.İnsan orqanizmini zəhərləyir deyirlər.Sanki bununla öz vicdanlarını sığortalayırlar.Və dolayısı ilə bütün məsuliyyəti onun və ona asılı olan insanın üzərinə qoyurlar.Və bəlkə də düz edirlər.Ağlı.Zəkası və düşüncəsi ilə yaradılmışların ən mükəmməli olan insanın bilə-bilə. Dərk edə-edə orqanizminə ziyan vurmanı seçilərsə deməli onlar ya tam mükəmməl deyil, ya da şüurlu və məntiqli şəkildə zəhərlənməni seçməklə sonlarını tez gətirirlər.O son ki, orda xəstəlik, ağrı, acı və fayda verməyən peşimançılıq var.
Peşimanlıq yaşayanlar bu təssüfü kimsənin yaşamasını istəmir və onlar da xəbərdarlıq edirlər. Deyirlər ki, birdəfəlik bu düşməni atın deyin ki, daha səni çəkən deyiləm , ziyankarsan, sən siqaret, hətimla bərabər dünyamı da qaralda bilərsən, necə ki, neçələrini yarı yolda, yarımçıq mənzildə qoymusan. Sağlamlığını əlindən, xoşbəxtliyini göz önündə dondurmusan.. Sənə ziyankar demək azdı, sən insanlığın düşmənisən.Deyin insanlar, deyin. Və edin, yoxsa faydası olmayacaq sonrakı peşimançılığın.Dünyanın təbibləri də dünyanın bəzəyi olan insana xatırlatma etməkdən yorulmur, usanmırlar. Qorxunc rəqəmləri durmadan söyləyir, haray çəkirlər.5 milyon insanın siqaretdən yaranan xəstəliklərdən dünyasını dəyişdiyini və tükürpədici proqnozların statistikasını da xatırladırlar.Hələ bu qorxulu rəqəmin 20 milyona çata bilmə ehtimalından da danışırlar.İnsanlar bu zəhərin bir qutusunun yaratdığı fəsadın nəticələrinə diqqətlə qulaq asın deyirlər.
Hər gün bir qutu siqaret çəkən insanın bədənində 3 ayda 90 qram,20 ildə isə 7 kiloqram qətran yığılır.İnsan orqanizminin ən qəddar düşməni sayılan qətranda isə 63 növ xərçəng yaradan maddənin olduğunu dönə-dönə söyləyirlər.63 növ xərçəng qorxusu ilə qarşılaşmaq və hər an bunlardan birinə tutulmaq həyacanı ilə yaxalanmaq sizə məcburidirmi? Sorğusunu da verirlər.Yemək borusu, nəfəs yolları.Ağ ciyərlər,mədə,ayaqlar,sinirlər,damarlar.Daha nələr,nələr.Sizə istənilən yerə getməyə yardımcı olan ayaqlarınıza düşmənçilik lazımdırmı? Yaşam meyarınızın səbəbkarı nəfəsinizdə problem axtarmaq vacibdirmi? Sizə dünyanın gözəlliklərini görmək şansı verən gözlərinizlə dostluq daha üstündü.Yoxsa siqaret? Könlünüzün sultanına çevrilən ruhunuza oxşamaq lazımdır,yoxsa siqaretə alışdırmaq? Alışdırmayın,oduna siz yanacaqsız.Tüstüləndirməyin yoxsa siz boğulacaqsız.Dünya nemətlərindən zövq alın, zəhərlə zəhərlənməyin, yoxsa dünyanız qaralar.Yaradanın buyurduğu gözəlliklər içində uyuşdurucuların adı yoxdu,siqaret onlardan biridi,birincidi.Yaradanın seçdiyini və məsləhət bildiyini edin.İnsanlar dərd və kədər,faciə və acı,hüzn və ələm,sevgi,səadət,bir sözlə,rəngli və əlvan gözəlliklərlə dolu bir dünyanın sakini olmaq şansınızdan yaralanın və siqaretə yox deyin.Qoy yanıb-yaxılsın və yox olsun.Həmişəlik itsin insanın həyatından.Yox olsun siqaret..Yox deyək.Zəhərlə və gözəlliklərə xoş gəldin deyək hamımız birgə.
SON SÖZ ƏVƏZİ VƏ YA ƏLAHƏZRƏT FAKT: “Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib“.

Elşən Şirbağırov
3 saylı Bakı “Asan xidmet” mərkəzində könüllü.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: