Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mərasim keçirilmişdir

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mərasim keçirilmişdir Laqodexi, 11 may, 2014, (AZƏRTAC).
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində ulu öndərin Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.


Kənddəki 2 nömrəli məktəbin direktoru Şahismayıl İslamov, 1 nömrəli məktəbin tarix müəllimi Bəkir Yunisov, Laqodexi Rayon İcra Hakimiyyətinin Qabal kəndi üzrə nümayəndəsi Namaz Allahverdiyev, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Mehman Rəsulov, kənd ambulatoriyasının baş həkimi Rəfail Paşayev, uşaq bağçasının müdiri Tamella Vəliyeva, “Heydərnamə” poemasının müəllifi Ağəli Əsgərov, “Ozan” cəmiyyətinin sədri Kamil Kirəcli mərasimdə çıxış etmişlər. Onlar ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən, Azərbaycanı inkişaf yoluna çıxarmasından danışmışlar.

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov tədbirdə iştirak etmişdir. Diplomat Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı söhbət açmış, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin parçalanmaqdan, hərc-mərclikdən, vətəndaş qarşıdurmasından, səriştəsiz rəhbərlikdən xilas edildiyindən danışmışdır.

V.Məmmədov ümummilli lider Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycanın taleyinin etibarlı əllərdə olduğunu vurğulamış və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dünya dövlətləri sırasında layiqincə təmsil olunduğunu, beynəlxalq aləmdə nüfuzunun artdığını, davamlı inkişafın, sabitliyin təmin edildiyini bildirmişdir. O qeyd etmişdir ki, xaricdə yaşayan soydaşlara qayğı və diqqət göstərilməsi istiqamətində Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətinin başçısı tərəfindən uğurla davam etdirilir.

Əsl kənd şənliyinə çevrilmiş tədbirdə “Heydərnamə” poemasından parçalar səsləndirilmiş, mərasim musiqi sədaları altında davam etdirilmişdir.

İslam ƏLİYEV,
AZƏRTAC-ın xüsusi müxbiri
Laqodexi.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: