Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilib

Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilib Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilibRabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilib Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilib
Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilib Rabitə və Nəqliyyat Kollecində 26 fevral Xocalı soyqrımı ilə əlaqədar toplantı keçirilib Fevralın 25-də Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yenicə istifadəyə verilmiş akt zalında 26 fevral Xocalı soyqrımının 24-cü ildönümü ilə əlaqədar geniş toplantı keçirilib.


Toplantını giriş sözü ilə Kollecin direktoru Bəxtiyar Bəxtiyarov açıb.

Xocalı soyqrımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Bəxtiyar Bəxtiyarov öz çıxışına davam edərək qeyd edib ki, 20-ci əsrdə Azərbaycanın musiqi beşiyində Qarabağda baş verən bu faciə dünyada analoqu olmayan hətta Xatin, Xorosimo faciələrindən də ağır bir qətliyamdır. Həqiqətən də Xocalı dərdini daşıya bilmirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə divan tutuldu, evləri yandırıldı, insanları vəhşicəsinə qətlə yetirilib.
Erməni daşnakları Rus havadarlarının köməkliyi sayəsində Azərbaycanın qədim bir yaşayış məntəqəsini xəritədən tamamilə siliblər və vəhşiliklər törədiblər. Şaxtalı qış axşamı körpə uşaqları, qız-gəlinləri, cavanları, qoca-qarıları qəddarcasına qətlə yetiriblər.
Yaralı insanlar şaxtalı gecələrdə Xocalı meşələrində donub ölüblər.
Qəddar erməni daşnakları bu vəhşilikdən həzz alaraq hətta qətlə yetirdikləri insanların başlarını, qulaqlarını, ayaqlarını kəsərək Azərbaycan xalqına olan nifrətini açıq şəkildə bəyan ediblər. Lakin çox əfsuslar olsun ki, Demokratiyadan dəm vuran Dünya birliyi indiyə qədər Azərbaycan xalqına qarşı törədilmiş bu soyqrıma göz yummaqda davam edirlər. Demək olar ki, 26 fevral gecəsi Xocalı adlı bir yaşayış məntəqəsi qan gölünə dönmüşdür.
Məhz XX əsr Azərbaycan xalqının yaddaşında soyqrım əsri kimi daxil olmuşdur.
Hal-hazırda Xocalı soyqrımının dünya dövlətlərinin parlametlərində, senatlarında tanınmasında Heydər Əliyev fondu, o cümlədən vitsi-prezidenti Leyla Əliyeva böyük işlər görmüş və görməkdə davam edir. Məsələn "Xocalıya ədalət!" kompaniyası.
Bəxtiyar müəllim onu da qeyd edb ki, Xocalının mühasirədə qalmasında o vaxt ki, ölkə rəhbərliyinin böyük günahı olmuşdur.

Sonra söz Kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədova verilib.
Şahmurad müəllim bildirib ki, Xocalı soyqrımının baş verməsində əsas günahkar 366–cı motoatıcı alayın və onun başında duran Rus hakimiyyətidir.
Qırmızı İmperiya Erməni cəlladlarına arxa duraraq uşaqları, cavanları, qocaları, hamilə qadınları amansızcasına qətlə yetirmişlər. Xocalı faciəsi bəşəriyyətin faciəsidir. Neçə ki, Xocalı soyqrımına ədalətli qiymət verilməyib onların ruhu bizi bağışlamayacaqdır. Biz Ali Baş Komandanın əmri ilə tezliklə Xocalıya, o cümlədən bütün Qarabağa qayıtmalıyıq.

Sonra tarixçi alim Hakim İsakov, metodist Nigar Xəlilova çıxış etmişlər.

Tələbələrin hazırladığı
“Ana mən əsgər gedirəm”
kompazisiyasının təqdimatı olmuşdur.
Tədbirdə 300-ə yaxın müəllim və
tələbə heyyəti iştirak etmişdir.

Fevralın 26-da isə kollecin kollektivi
Bakı Şəhəri Xətai rayonu ərazisində
Xocalı soyqrımı qurbanlarının
xatirəsinə ucaldılmış abidəni
ziyarət etmiş və gül dəstəsi qoymuşlar.
Bununla da tədbir başa çatmışdır.

Aygün MUSAYEVA,
AzTU nəzdində Bakı Dövlət
Rabitə və Nəqliyyat Kollecinin
Həmkarlar İttifaqı Komitəsinin sədri


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: