Ermənistan Silahlı Qüvvələri və onların havadarları ilə təmas xəttini qoruyan ərənlərimizin qarşısında tonqal qalanacaq, tonqal ətrafında maraqlı ədəbi-bədii gecə təşkil olunacaq.
Nümunəvi xidmət edən zabit, gizir və əsgərlərə qiymətli hədiyyələr təqdim ediləcək.
Martın 19-a planlaşdırılan səfərdə incəsənət ustaları da iştirak edəcək.
Bayram tədbirində hər iki Təşkilatın rəhbərləri və onların fəal üzvləri, o cümlədən də, "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Kanal24" İnternet Televiziyasının rəhbəri, istedadlı jurnalist Tural Əhmədov, "Yeni Yurd" İctimai birliyinin ən gənc üzvü, Bakı məktəblisi Nurəli Sultanov da iştirak edəcək.
Yeri gəlmişkən, martın 16-da Nurəli Sultanov növbəti ad gününü öz doğmalarıyla qeyd edəcək.
Dərs əlaçısı olan Nurəli, 2015-ci ilin Novruzunu da ön cəbhədə qeyd etmişdi."Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliklərinin bütün fəalları və "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun sədri Hacı Ədalət Məhərrəmovun adından Nurəli Sultanovu ad günü münasibətilə təbrik edir, sağlam və mənalı ömür arzulayırıq.
Arzu edirik ki, Azərbaycanın bütün gəncləri Nurəli Sultanov kimi milli ruhda böyüsün.
Lalə Rafiqqızı,
Şamilə Şamilqızı.
"Ana harayı"qəzetinin müxbirləri.
Bakı şəhəri, 16 mart 2016-cı il
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.