Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan
Müdafiə Nazirinin
sabiq müavini,
polkovnik
Mehman Səlimov
dövlət başçısına,
Ali Baş komandan
İlham Əliyevə
müraciət edib.

Zim.az xəbər verir ki, müraciətdə bu gün
İstintaq Təcridxanasında saxlanılan şəxslərin bir nəfər kimi silaha sarılaraq düşmənlə döyüşə getmək istədikləri bildirilir:


“Cənab Ali Baş Komandan, mən Azərbaycan ordusunun yaradılmasında, əsgər-zabit heyətinin formalaşmasında xüsusi xidmətlər göstərmişəm və Qarabağ döyüşlərində iştirak etmişəm.
1999-cu ilə qədər müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışmışam.
Bu gün həbsdəyəm. Şübhə etmirəm ki, haqq öz yerini tapacaq, mənim günahsızlığım sübut olunacaq və bundan sonra da bütün varlığımla Azərbaycana xidmət edəcəm. Bununla belə, mən həbsdə rahat yata bilmirəm. Mənfur, azğın düşmənlərimiz torpaqlarımıza ağır artilleriya və müxtəlif iri çaplı silahlardan hücum edərək dinc sakinləri qətlə yetirirlər. Şübhəsiz ki, müharibə itkisiz olmur və sevinirəm ki, bu gün güclü Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurur, ermənilər pərən-pərən olub. Artıq terrorçu Ermənistan dövləti Azərbaycanın qarşısında diz çöküb. Məhz Sizin qətiyyəntiniz, siyasətiniz, peşəkarlığınız, ordumuzun gücü sayəsində düşmən xeyli geri çəkilmişdir.
Cənab Ali Baş Komandan, bu gün həbsxanada onlarla gənc mənə müracitə edirlər ki,
döyüşmək istəyirik.
Mən ehtiyatda olan polkovnik kimi Sizdən xahiş edirəm ki, mənim, eyni zamanda burada həbsdə olan onlarla gəncin xahişini nəzərə alasınız və bizi cəbhəyə düşmənlə döyüşə göndərəsiniz.
Bir hərbçilər üçün ən şərəfli yol döyüş meydanıdır.
Xahiş edirəm, dövlətimə, millətimə yenidən xidmət göstərməyim üçün məni buradakı dustaqlarla birlikdə cəbhə xəttinə göndərəsiniz.
Biz ölməyə yox, öldürməyə hazırıq! Son qanıma qədər döyüşə hazıram.
Vaxtilə erməni ordusuna vurduğum zərbələri bir daha təkrarlamaq istəyirəm!”.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: