Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilibHərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib "ZİM.AZ" xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədris planına əsasən aprelin 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb. O, təməl, orta və təkmilləşdirmə qruplarından ibarət təşkil edilən kursları bitirən dinləyicilərə gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: