Təşkilat üzvləri əvvəlcə erməni hücümları nəticəsində dağılan evlərə baxıblar.
Daha sonra Mahirə xanım, Ağdam rayonunun İcra başçısı Raqub Məmmədovla görüşüb.
Görüşdən sonra Kanal24-ə açıqlama verən Mahirə xanım deyib ki, ermənilər tarixən xalqımıza qarşı vandalizm siyasəti yürüdüblər: "Zaman-zaman torpaqlarımıza göz tikən mənfur düşmənlərimiz dinc insanları qətlə yetirib, qadınları, ana və bacılarımıza olmazın müsibətini yaşadıblar. Bu gün də onlar öz çirkin əməllərini bütün dünyaya sərgilədilər. İri çaplı silahlardan istifadə edərək dinc sakinlərimizin evlərini dağıdıblar, onlara məxsus təsərrüfat sahələrini məhv ediblər." - deyə, təşkilat sədri bildirib.
Mahirə xanım onu da qeyd edib ki, Ali Baş Komandan, prezident İlham Əliyevin həyata keçirdi uğurlu siyasətin nəticəsidir ki, bu gün ordumuz sürətlə inkişaf edib, ən müasir silahlarla təchiz olunub. Silahlı Qüvvələrəmiz son olaylar zamanı ermənilərə əsl gücümüzü göstərdi. Düşmənlərimiz əmin oldular ki, artıq 1992-1993 cü illər deyil. Və onları susdurmağı bacaran güclü Azərbaycan Ordusu var.
Ağdam rayonunda olmaqdan məmnun olduğunu diqqətə çatdıran təşkilat sədri deyib ki, rayon rəhbərliyi xüsusəndə Ağdam Rayon icra başçısı Raqub Məmmədov bu gün bir daha əsl vətənpərvər oğul olduğunu sübüt edib. O, dinc sakinlərə diqqət və qayğı ilə yanaşaraq onlara əlindən gələn köməyi əsirgəmir.
Daha sonra sakinlərlə görüşən Mahirə xanım Əsədova onlarla vətənpərvərlik mövzusunda söhbət edib. Yüksək əhval-ruhiyyədə olan sakinlər bildiriblər ki, ermənilərlə döyüşə hər an hazırdılar.
Təşkilat üzvləri torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçərək şəhid olanların ailə üzvlərinə başsağlığı veriblər.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.