Proqarmın qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının rəhbəri, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycan həqiqətləri haqqında yapon tamaşaçılara geniş məlumat veriblər.
DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib ki, Canlı efirdə aparıcının suallarını cavablandıran qonaqlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, Azərbaycan torpaqlarının işğal edilməsi,
azərbaycanlıarıan bu ərazilərdən qovulması barədə ətraflı danışıblar.
Əlibəy Məmmədov və Xəlil Kələntər Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini və bu siyasəti dəstəkləyən bəzi dövlətlərin mövqeyini pisləyiblər. Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT-nin qətnamələrini xatırladan soydaşlarımız Ermənistan hakimiyyətinin buna məhəl qoymadığını, beynəlxalq hüquqa hörmətsizlik, saymazlıq etdiyini vurğulayıblar.
Əlibəy Məmmədov və Xəlil Kələntər dünya ictimaiyyətini Ermənistana qarşı ciddi tədbirlər görməyə, doğma yurdundan didərgin düşmüş bir milyonadək azərbaycanlının öz torpağına geri qayıtması üçün konkret addımlar atmağa çağırıb.
Verilişdə XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqrımı da diqqət mərkəzində saxlanılıb və yapon tamaşaçılara bu barədə geniş məlumat verilib.
Proqramda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun xəritəsi, eyni zamanda Ermənistanın işğalı altında olan və xarabalığa çevrilmiş Azərbaycan şəhərlərinin videogörüntüləri yerli tamaşaçılara təqdim edilib.
Müsahibədə aparıcının sualına cavab olaraq 2016-ci ilin aprel ayında yaşanan və “4 günlük müharibə” adı ilə tarixə düşən hadisələr barədə də məlumat verilib.
Bildirilib ki, Azərbaycanın mülki əhalisini hədəfə alan Ermənistanın işğalçı qüvvələrinəadekvat cavab verilib və döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri, kəndləri düşməndən azad edib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.