Şirin Mirzəyev adına Subartezian quyu və bulağın açılış mərasimi olacaq

Şirin Mirzəyev adına Subartezian quyu və bulağın açılış mərasimi olacaq Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovanın verdiyi məlumata görə Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş və Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev adını daşıyan subartezian quyu və bulağın bu il oktyabrın 8-də açılış mərasimi olacaq.

"Yeni Yurd" ictimai birliyinin maliyyə dəstəyilə inşa olunan su quyusundan Quzanlı qəsəbəsində yaşayan onlarla yaşayış evinə su verilir.

Xatırladıram ki, 2015-ci il iyun ayının 15-də bu Təşkilatın maliyyə dəstəyilə Ağdam rayonunun Əhmədağalı kəndində şəhid Şəmsəddin İsgəndərov adına Subartezian quyu və bulaq istifadəyə verilmişdi.

Şamilə Şamil qızı,
"Ana harayı"qəzetinin müxbiri.
Bakı şəhəri,1 oktyabr 2016-cı il
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: