Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək

Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək.

21-22 oktyabr BərdəTərtər, 4-5 noyabr tarixlərində isə AğdamGoranboy rayonlarında baş tutacaq seminarların keçirilməsində məqsəd "Elektron hökumət", elektron xidmətlər barədə region əhalisinə məlumat vermək, əhalini bu sahədə həyata keçirilən islahatlardan faydalanmağa dəvət etməkdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən təşkil olunan seminarlar məmur-vətəndaş təmasının maksimum azaldılmasına, şəffaflığın və rüşvətxorluğun aradan qaldırılmasına istiqamətlənən dövlət siyasətinə ictimai dəstək məqsədi daşıyır.

Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəsinə zəng edərək müraciət edə bilər.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: