Vətən Sizə oğul deyir, Əsgərim!

Vətən Sizə oğul deyir, Əsgərim! Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliklərinin birgə əməkdaşlığı nəticəsində ötən il yarım ərzində Müdafiə Nazirliyinin tabeçiliyindəki 14 hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Bu tədbirlərin çoxunda "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu" nun sədri Hacı Ədalət Məhərrəmov, "Gəncliyə Yardım Fondu" nun vitse-prezidenti Salman Əliyev, "Qürur" Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri,Şəhid Milli Qəhrəmanımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova,"Sosial Rifah və Tədqiqatlar" ictimai birliyinin sədri Əkrəm Bəydəmirli, 20 Yanvar Cəmiyyəti sədrinin müavini Mustafa Qaramanlı," Xebertv.az" saytının baş redaktoru Əvəz Almədətov və digər ictimai fəallar iştirak ediblər.

Şəkildə: Cəbhənin ön xəttində "N"hərbi hissəsində nümunəvi xidmət göstərən əsgərə Diplom təqdim olunur.
Vətən Sizə oğul deyir, Əsgərim!

Şamil Sabiroğlu,
Bakı,14.XI.2016.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: