Şəhidimizə böyük ehtiram



Şəhidimizə böyük ehtiram Şəhidimizə böyük ehtiram Şəhidimizə böyük ehtiram 2016-cı il Dekabrın 29-da
Ermənistan-Azərbaycan dövlət sərhədini pozan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun
növbəti təxribat əməlinin
qarşısı alınan zaman
qəhrəmancasına
şəhid olmuş
Çingiz Salman oğlu
Qurbanovun xatirəsinə
Azərbaycan Texniki
Universitetində (AzTU)
anma guşəsi yaradılıb.


“ZiM.Az” xəbər verir ki,
bu günlərdə şəhidin ailə üzvləri AzTU-da olub, universitetin rəhbərliyi, professor-müəllim heyəti
və tələbə kollektivi ilə
görüşüblər.

Böyük hörmət və ehtiramla keçirilən görüşdə universitetin rektoru vəzifəsini icra edən
Xalıq Yahudov
vurğulayıb ki, Çingiz Qurbanovun məzun olduğu bu ali təhsil ocağının tələbə və müəllimləri onu
heç vaxt unutmayacaqlar.

Görüşdə şəhidin atası Salman Qurbanov
oğlunun nəşinin geri qaytarılması ilə bağlı
görülən işlər barədə Müdafiə Nazirliyindən,
Qızıl Aypara Cəmiyyətindən, həmçinin
digər aidiyyəti dövlət qurumlarından və
ictimai təşkilatlardan ona mütəmadi
məlumat verildiyini bildirib.

RUHUN ŞAD OLSUN, ƏZİZ ŞƏHİDİMİZ
- Çingiz Salman oğlu QURBANOV!..



Müşfiq BORÇALI,
ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: