Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb

Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb Bu gün Gürcüstan Parlamen-tində Xocalı soyqı-rımı ilə bağlı məsələ qaldırılıb. Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev çıxışında Xocalı soyqırımı haqqında məlumat verib.
O qeyd edib ki, bu hadisələrə ədalətli hüquqi qiymət verilməli-dir. Hazırda Gürcüstan parlamen-tinin sessiyasında bu məsələ ilə bağlı müzakirələr getməkdədir. Təklifin təşəbbüskarlarından olan Gürcüstan parlamentinin azər-baycanlı deputatı Ruslan Hacı-yev bu barədə mətbuata açıqla-ma verib.


O qeyd edib ki, 26 fevral günü bütün dünya Azərbaycanlıları üçün faciəli bir gündür, bu faciə nəinki Azərbaycan xalqına, bu insanlığa qarşı edilmiş cinayətdir və hər birimizin yaramızdır:

“Bu gün 22 fevral tarixində Gürcüstan parlamentində ilk dəfə olaraq Savalan Mirzəyevin Xocalı soydırımı ilə bağlı səsləndirdiyi faktlar və təkliflər onu göstərir ki, bu soyqırımın hüquqi qiymətinin verilməsinə və tanıdılması olduqca önəmlidir. Vətənimiz Gürcüstan da, müstəqillik tarixidə çox haqsızlıqlarla qarşılaşdı, Azərbaycanda olduğu kimi, Gürcüstanında ərazisinin 20% işğal altındadır, minlərlə qaçqın və məcburi köçkün öz evlərindən didərgin düşüblər. Bu ədalətsizlik hələdə davam edir. Lakin Gürcüstan-Azərbaycan əlaqələri çox yüksəkdir, bizim dostluq əlaqələrimiz tarix boyu davam edir.”

Ruslan Hacıyev eyni zamanda bu günlərdə qondarma rejimin, keçirmək istədiyi “referendum”a etiraz edən Gürcüstan hökumətinin bu addımına da fikir bildirib.
O vurğulayıb ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir: “Başqa cür ola da bilməz, Azərbaycan dövləti də hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim ölkələri çox sıx tellər bağlayır, bu əlaqələrin əsrlər boyu tarixi var. Bizim əlaqələrimizi heç bir qüvvə poza bilməz”.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: