Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub

Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olubTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət !" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Türkiyənin Bolu şəhərində "Yeni Yurd" Sosial İnkişaf"Beynəlxalq Avrasiya araşdırmalar institutu" ictimai birliklərinin dəstəyi ilə Xocalı soyqrımının qurbanlarının anım tədbiri və Bolu şəhərinin Qarabağ parkında Xarı bulbul abidəsinin açılış mərasimi olub.

"Yeni Yurd Sosial İnkişaf " ictimai birliyinin sədri Mahirə Əsədova Bolu bələdiyyəsinin təşkilati dəstəyi ilə keçirilən anım tədbirində bələdiyyə sədri Aeleddin Yılmaz, ictimai birliyin sədri Mahirə Əsədova, Xocalı sakini Aqil Məmmədov, heykəltəraş Akif Əsgərov, Azərbayan Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Asif Rüstəmli, "Xocalı soyqrımını tanıtma" ictimai birliyinin sədr müavini Dilbər Sultanova, Bosna-Hersoqovina Respublikasının Zivilcə bələdiyyəsinin sədri Samir Eminoğlunun başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Bolu bələdiyyəsinin sədr müavini Emine Davarçıoğlu tədbir təşkilatçılarını salamlayaraq anım tədbirinin ictimai əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova bildirib ki, Xocalı soyqırımı ermənilərin zaman-zaman xalqlarımıza qarşı törətdikləri cinayətlərin davamı və ən dəhşətlisi, inkarı mümkün olmayan bəşəri cinayətdir. Dünya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırıldıqca erməni millətçiliyinin iç üzü daha yaxşı görünür.

Daha sonra mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva uydurma "erməni soyqırımı"nın siyasi gündəmə gətirilməsinin iyrənc məqsədlərindən söz açaraq diqqətə çatdırıb ki, Osmanlı dövlətinə xəyanət və düşmənçilik edən ermənilər tarixin bütün dövrlərində Türkiyə və Azərbaycana qarşı böyük qüvvələrin əlində alət olublar. Çıxışçılar diqqətə çatdırıblar ki, Türkiyə və Azərbaycan xalqları heç zaman zəif xalqlara qarşı pis niyyətli, pis əməldə olmayıb. Təəssüf ki, xalqlarımıza qarşı soyqırımları həyata keçirənlər uydurma "soyqırımı" mövzusu ilə tarixi cinayətlərini ört-basdır etməyə cəhd göstərirlər.

Anım mərasimindən sonra Bolu bələdiyyəsinin Qarabağ parkında xarı bulbul abidəsinin açılışı olub.

Tədbirdə Bolu valisi Aydın Baruş, bələdiyyə başkanı Əlaəddin Yılmaz, Bolu Universitetinin rektoru, Prof.Dr.Hayri Coşkun, heykəltəraş, professor Akif Əsgərov, Prof. Dr.Asif Rüstəmli, Aqil Məmmədli, İlkin Məmmədzadə, Natiq Qasımlı, Dilbər Sultanlı, şəhər ziyalıları, mədəniyyət və təhsil işçiləri, şəhər əhalisi iştirak ediblər.

Heykəltəraş, professor Akif Əsgər "Xarı bülbül"ün ləçəkləri üzərində Qarabağ Muğam üçlüyünü, Xurşid Banu Natəvanın, Molla Pənah Vaqifin obrazını, Gövhərağa Məscidini böyük ustalıqla canlandırmışdır. Akif Əsgərov heykəltəraş, professor Abidənin açılış mərasimində çıxış edənlər Qarabağ parkının və "Xarı bülbül" abidəsinin yaradılmasında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki,
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və "Yeni Yurd Sosial İnkişaf " ictimai birliyinin sədri Mahirə Əsədovanın dəstəyi ilə Xarıbülbül abidəsi qoyulub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: